Liv Bona Dea Hospital Tibbi Bölmələri

Dünya səviyyəli və keyfiyyətli səhiyyə müəssisəsi olaraq "Liv Bona Dea"-da qaraciyər transplantasiyası, ürək-damar xəstəlikləri, qabaqcıl onkolojik əməliyyatlar, qabaqcıl ortopedik cərrahiyyə, onurğa cərrahiyyəsi, doğuşdan etibarən hər cür rutin və genetik skrinning testləri, uşaqlar və böyüklər üçün hərtərəfli sağlamlıq xidmətləri, diaqnostika və müalicə xidmətləri mövcuddur. Həmçinin sağlamlıq risklərinin qiymətləndirilməsi üçün xüsusi check-up proqramlarından fərdiləşdirilmiş üzvlük sistemlərinə, evdə qulluq xidmətləri və onlayn müayinələrə qədər bir sıra xidmətlər təklif olunur. Hospitalımızda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mamalıq-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, otolarinqologiya, oftalmologiya, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, radiasiya diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya və mərkəzi sterilizasiya kimi sağlamlıq xidməti sahələri var.