liv sağlamlıq guşəsi

Stress Ürək Xəstəliyinə Yol Aça Bilər!

Stress ürək xəstəliyinə yol aça bilər!

Stressin ortaya çıxmasının ən əsas səbəblərindən biri beyində amiqdala adlanan hissənin yüksək aktivliyidir. Bu, insanlarda ürək xəstəlikləri və insult riskini artırır.

Ümumiyyətlə həddindən çox işləyən, yuxu rejimi düzgün olmayan, stress və əsəbləri qabarıq olan insanlarda ürək damar xəstəliyi riski olduqca yüksəkdir. Psixoloji və duyğusal zorakılıqlarda həyəcan səbəbindən adrenalin səviyyəsi çox yüksələr ki, bu da qan təzyiqində yüksəlməyə və ürək atımlarının sürətlənməsinə səbəb olaraq ürək xəstəlikləri riskini artırır.

Özünüzü stresdən, həyacandan qoruyun!

Fiziki aktivlik stressin ürəyə olan təsirini azaldır. Bu səbəbdən stress vəziyyətlərinə düşdükdə daha aktiv olun - idmanla məşğul olun, havada gəzin.

Yuxu rejiminə diqqət edin. İstirahət də ürəyin sağlamlığı üçün çox vacibdir. Gün ərzində bir neçə dəfə uzanmaq və dincəlmək lazımdır. Bu ürək-damar sistemini işini yüngülləşdirir, orada yaranan gərginliyi azaldır.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə