100 Yaşına qədər Sağlam Yaşlanmanın Sirrləri

7.04.2023
7 Aprel Liv Bona Dea Hospitalda ''100 Yaşına qədər Sağlam Yaşlanmanın Sirrləri'' adlı elmi-konfrans keçirildi. Liv Hospitalın Qrup Koordinatoru Meri İstirotinin moderatorluğu ilə keçirilən tədbirdə sağlam yaşamaq üçün önəmli mövzular müzakirə olundu. Xüsusi olaraq konfransın açılış nitqində çıxış edən ASK vitse-prezidenti Zakir Nuriyevə Liv Bona Dea Hospital adından təşəkkürümüzü bildiririk. 



Konfransda spiker kimi çıxış edən həkimlərimiz:
  • Uzm. Dr. Altay Əliyev - Tibbi Onkoloq;
  • Uzm. Dr. Dilqəm Məmmədov - Plastik və Rekonstruktiv Cərrah;
  • Uzm. Dr. Məhərrəm Nəsifov - Kardioloq;
  • Uzm. Dr. Emin Məmmədov - Uroloq;
  • Uzm. Dr. Aygül Nadirova - Nevroloq;
  • Uzm. Dr. Ramin Qələndərov - Onkoginekoloq;

Konfransın sonunda iştirakçılar arasından təsadüfi yolla seçilən 5 nəfərə Check-up paketi hədiyyə edildi. Liv Bona Dea Hospital adından qalib olan şəxsləri təbrik edir və konfransda iştirak edən hər bir şəxsə təşəkkür edirik! 

Liv Bona Dea Hospital - Sağlamlığın Gələcəyi!