Nəsilləri Yaradan Qadın Gücünün Cəmiyyətdəki Yerini Önə Çıxarmaq

14.09.2022
Liv Bona Dea Hospitalda ''Nəsilləri Yaradan Qadın Gücünün Cəmiyyətdəki Yerini Önə Çıxarmaq'' adlı tədbir keçirilib.

Görüşdə Türkiyə və Azərbaycandan iş adamları, millət vəkilləri, müxtəlif dövlətlərin Azərbaycandakı səfirliklərinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir şəhidlərimizin əziz xatirəsinə ithaf olunaraq 1 dəqiqəlik sükutla yad edilib. Əsas məqsəd Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, tibbi müstəvidə də qardaşlıq münasibətlərini inkişaf etdirmək, qadınların cəmiyyətdəki rolunu işıqlandırmaqdır.