Parkinson və Hərəkət Pozuntuları Mərkəzimiz Fəaliyyətinizdədir!

23 Dekabr tarixində Liv Bona Dea Hospitalın konfrans zalında “Parkinson Cərrahiyyəsi” adlı elmi konfrans keçirildi.



Konfrans zamanı hospitalımızın həkimləri və Türkiyədən dəvət olunmuş həkimlərimiz tərəfindən aşağıdakı mövzular müzakirə olundu:

- Dərin Beyin Stimulyasiyası prosedurlarında xəstə seçimi və proqramlaşdırma;
- Distoniya və Essensial Tremorda Cərrahi müalicənin yeri və seçimi;
- Parkinson və Hərəkət Pozğunluqları üzrə Cərrahi müalicə seçimində psixiatrik dəyərləndirmə;
- Parkinson və Hərəkət Pozuntularında radioloji görüntüləmə;
- Parkinson və Hərəkət Pozuntularında DBS cərrahiyyəsi;
- Parkinson Cərrahiyyəsində Neyroanesteziya;
- Cərrahiyyədən sonra Reabilitasiya.

Konfransda Boston Scientific və NeuroBio rəsmiləri iştirak ediblər.

Qurumumuz haqqında imzalanma mərasimində;
“Boston Scientific Azerbaijan Exclusive Partnership NeuroBio Engineering MMC” ilə imzalanıb

Konfransda iştirak edən hər bir şəxsə xüsusi olaraq təşəkkür edirik.