Təməl Həyat Dəstəyi Təlimi

7.10.2022
Təməl həyat dəstəyi təlimi tibbi və qeyri tibbi heyət üçün nəzərdə tutulub. Bu təlim hospitala çatdırılana qədər, və ya daha təkmil tibbi yardım göstərilənə qədər zədələnmiş/xəstə insanları həyatda saxlamaq bacarıqlarını əhatə edir.

AÜA THD kursuna daxildir:

•    Böyük və uşaqlar üçün ÜAR (Ürək ağciyər Reanimasiyası)
•    2 xilasedici üçün ssenari (AMBU kisəsini işlətməklə)
•    Tənəffüs yollarının yad cisimlə tıxanması (huşlu və huşsuz vəziyyətdə)
•    Avtomatik xarici defibrillator (uşaqlar üçün AXD daxil)
•    Xüsusi xilasetmə halları
•    Ürək ağciyərlə bağlı digər təcili hallar

THD kursunda iştirak edə bilərlər:

•    Həkimlər
•    Tibb bacıları
•    Paramediklər (feldşerlər)
•    Təcili yardım işçiləri
•    Sənaye təbabəti həkimləri
•    Həkim assistentləri
•    Tibb tələbələri
•    Digər tibbi personal

Əlavə olaraq THD təlimləri polis işçiləri, yanğınsöndürənlər, müəllimlər, ofis işçiləri, dəniz işçiləri fitnes mərkəzi, hotel və restoran işçiləri və digər qeyri tibbi heyət üçün uyğun ola bilər.