Türkiyə - Azərbaycan Qardaşlığının 360 Dərəcə Dəyərləndirilməsi

10.09.2022
“Liv Bona Dea Hospital” Bakıda “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi” mövzusunda tədbir keçirib.

 Görüşdə Türkiyə və Azərbaycandan iş adamları, eyni zamanda türk könüllülər, Milli Məclisin deputatları Könül Nurullayeva, Nigar Arpadarai, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, türkiyəli iş adamları Ədalət İnanç, Neslihan Tonbul, Seval Bahçivan, Jalə Balcı, Ebru Ural, Elif Hobikoğlu, Gözde Çelik, eyni zamanda Azərbaycanın bir çox ictimai-siyasi xadimləri iştirak ediblər.

Məqsəd iki ölkə arasında tarixi köklərə dayanan qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə, digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də iki ölkə arasında əməkdaşlığın artırılmasına nail olmaqdır.

Konfransda ictimai-siyasi xadimlərə verdikləri dəstəyə görə təşəkkürnamə təqdim edilib. 

Tədbir xəstəxanada il sonunadək ehtiyac sahibi olan 300 qadına mamoqrafiya və süd vəzlərinin müayinəsi hədiyyə edildiyi açıqlanıb

Türkiyə - Azərbaycan Qardaşlığının 360 Dərəcə Dəyərləndirilməsi