Uşaqlarımızın Üzü Hər Zaman Gülsün!

16.03.2023
Uşaqlarımızın Üzü Hər Zaman Gülsün! 

Bu gün Liv Bona Dea Hospitalda ''Dostum Ol!'' şüarı ilə autizm və daun sindromlu uşaqları sevindirməyə çalışdıq. Sosial layihəmiz çərçivəsində bu kateqoriyaya daxil olan 100 Uşağa Ödənişsiz Ürək və Göz Müayinəsi hədiyyə edəcəyik! 😍



Qeyd edək ki, sosial layihə Liv Bona Dea Hospitalın təşəbbüsü, “Türkiyə -Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfi”, ''Qayğı Uşaq Reabilitasiya Mərkəzi'', ''Qafqaz Qadınlar Assosiasiyası'' və  “Qarabağ” FK-nın tərəfdaşlığı ilə təşkil olunmuşdur.  Xüsusi olaraq Türkiyədən  dəvət olunan qonaqlar - professor, Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attara, ''Qafqaz Qadınlar Assosiasiyası''-nın prezidenti Emel Yenigünə və ''Qayğı Uşaq Reabilitasiya Mərkəzi''-nin rəhbəri Sevinc Abdullayeva öz təşəkkürümüzü bildiririk. Dəvətimizi qəbul edib gələn və layihənin ərsəyə gəlməsində dəstək verən hər bir şəxsə Liv Bona Dea Hospital adından minnətdarıq!