Yaxşılıq Sevgi Gətirir!

6.05.2023
Bu gün Liv Bona Dea Hospitalda ‘’Yaxşılıq Sevgi Gətirir!’’ şüarı ilə autizm və daun sindromlu uşaqları sevindirməyə çalışdıq. Sosial layihəmiz çərçivəsində bu kateqoriyaya daxil olan 100 uşağa ortoped-travmatoloq müayinəsi HƏDİYYƏ ediləcək! 



Tədbirdə balaca uşaqların maraqlı rəqs şousu hər kəsin sevincinə sevinc qatdı. Qeyd edək ki, sosial layihə Türkiyə - Azərbaycan qardaşlığını prioritet olaraq qəbul edərək Liv Bona Dea Hospitalın təşəbbüsü və ‘’Qayğı Uşaq Reabilitasiya Mərkəzi’’-nin tərəfdaşlığı ilə təşkil olunmuşdur.

Dəvətimizi qəbul edib gələn və layihənin ərsəyə gəlməsində dəstək verən hər bir şəxsə Liv Bona Dea Hospital adından minnətdarıq!

Liv Bona Dea Hospital - Sağlamlığın Gələcəyi!