Yeni İliniz Sağlam Olsun!

22.12.2022
22 Dekabr tarixində Liv Bona Dea Hospitalda yeni ilin gəlişi ilə bağlı həmkarlarımıza özəl tədbir keçirildi.



Tədbirdə Liv Hospitalın Qrup Koordinatoru Meri İstiroti açılış nitqi ilə çıxış etdi, daha sonra isə proqrama uyğun olaraq rəngarəng və əyləncə dolu anlar yaşandı. DJ-in iştirakı ilə davam edən əyləncəli proqramın sonunda hospitalımızın əməkdaşlarına sürpriz hədiyyələr təqdim edildi.