Böyrək Transplantasiyası

boyrek_transplantasyon

Böyrək köçürülməsi nə zaman məcburiyyətə çevrilir?
Böyrəklər həyati vacib orqanlarımızdan biridir. İnsan orqanizminin filtri rolunu oynayan böyrək sidikdə, qanda və toxumalarda yığılan müxtəlif zərərli və artıq maddələri bədəndən xaric edir. Sutka ərzində böyrəklərdən orta hesabla 1800 litr qan keçir və bunun nəticəsində təxminən 1,5 litr sidik əmələ gəlir. Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə və başqa orqanların fəaliyyətinin pisləşməsinə gətirib çıxarır. Böyrəyin fəaliyyətinin pisləşməsi insanın hemodializ müalicəsi almasına səbəb olur. Hemodializ böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və mayenin xaric edilməsi üsuludur. Böyrəyin funksiyasını itirməsi orqanizmə yeni böyrəyin köçürülməsinə zəmin yaradır. Uzun illərdir ki,  dünyada, eləcə də Azərbaycanda böyrək transplantasiyası əməliyyatları icra olunur və çoxu da uğurla nəticələnir . Böyrək transplantasiyası əməliyyatı xroniki böyrək xəstəliyinin son mərhələsi olan insanlarda aparılır. Bu zaman donordan 1 böyrək götürülür və resipiyentə transplantasiya edilir. Donor kimi yaxın qohumlardan və kadavra (meyid) böyrəyindən istifadə olunur. Donor və xəstə əməliyyatdan əvvəl labarator müainələrdən və psixoloji müayinədən keçirilir. Tibbi müainələrin nəticəsinə görə transplantasiya komissiyası tərəfindən əməliyyat haqqında qərar verilir. Əməliyyatı cərrah - tranplantoliqlar tərəfindən aparılır Xəstələr əməliyyatdan sonra immumsupresiv preparatlar qəbul edir. Nefroloq həkim xəstələrin əməliyyata hazırlıq və sonrakı müddətə nəzarət edir.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə