Sağlamlıq Xidmətlərində Sığorta Tərəfdaşlarımız!
Liv Bona Dea Hospital - Sağlamlığın Gələcəyi!
Sığorta Tərəfdaşlarımız ilə olan əməkdaşlığın əsas məqsədi vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini təmin etməkdir. Biz sığorta tərəfdaşlarımız ilə olan əməkdaşlığımızı yüksək qiymətləndiririk və davamlı birgə fəaliyyətimizin böyük nailiyyətlərə yol açacağına ümid edirik.
Smile Lazer ilə Gözləriniz Gülsün!
Smile lazer yeni nəsil göz əməliyyatı üsullarından biri olub, miopiya və astiqmatizm kimi xəstəliklərin müalicəsi prosesində istifadə olunur. Smile lazer digər müalicə üsullarına nisbətən bədən toxumalarına daha az zərər verir və xəstənin sağalma müddətini sürətləndirir. Uzun illərdir ki, görmə qüsurları ilə bağlı problemləri aradan qaldırmaq üçün eynək və kontakt linza müalicəsi kimi ənənəvi üsullardan istifadə edilir. Kiçik kəsikli lentikulun çıxarılması üçün effektiv olan Smile lazer LASIK və LASEK üsulları ilə müqayisədə nisbətən yeni bir müalicə üsuludur.
Fotona ilə gözəlliyinizi kəşf edin!
Liv Bona Dea Hospitalda estetik, dermatologiya və stomatologiya sahələrində tətbiq edilən fotona lazer texnologiyası digər cihazlardan fərqli olaraq, effektiv, ağrısız və rahat müalicə imkanı təmin edir. Fotona dərinin yenilənməsi, kapilyarların, ləkələrin, sızanaqların müalicəsi və dərinin dartılmasında istifadə edilir. Fotona lazer texnologiyası müalicə zamanı dərinin zədələnməsi riskini minimuma endirən qabaqcıl təhlükəsizlik xüsusiyyətə də malikdir. Əlavə olaraq müalicə zamanı pasiyentin rahatlığını artırmaq üçün dəriyə soyuq hava və ya digər soyutma üsulları tətbiq olunur.
 
Gələcəyinizi bizə əmanət edin!
Liv Bona Dea Hospitalın 7/24 xidmət göstərən Uşaq Sağlamlıq Mərkəzi təcrübəli pediatr heyəti və ən son texnoloji cihazlar ilə təmin olunmuş  stasionar, ambulator, reanimasiya, neonatologiya və poliklinik şöbələrdən ibarət olub, uşaqlarınızın müalicə prosesində ən yüksək standartları təmin edir.
Sən deyil, zaman yavaşlasın!
Azərbaycanda bir İlk!
Azərbaycanda bir ilk! Beyin Pili Əməliyyatı Liv Bona Dea Hospitalda!  Burada peşəkar həkim heyyəti və ən müasir texnoloji yeniliklər sayəsində beyin pili əməliyyatı (DBS) uğurla icra olunur. Elə indi, 50 % ENDİRİMLƏ Neyrocərrah Uzm. Dr. Müşfiq Mikayıllı qəbuluna yazıla bilərsiniz. Qeyd edek ki, Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edən bir xəstəlikdir.
Uzunmüddətli və keçməyən ağrıların müalicəsi üçün
Alqologiya Şöbəsinə Müraciət Edin!
Liv Bona Dea Hospital Alqologiya Şöbəsində xronik ağrıları və kəskin ağrıları olan xəstələrin müayinəsi, diaqnostikası və müalicəsi proseduru yüksək səviyyədə həyata keçirilir. Xroniki ağrı müalicəsinin əsas məqsədi ağrıları azaltmaq, hərəkət aktivliyini artırmaq və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Azərbaycanda ilk dəfə vətən müharibəsi qazisinə ağrı pili əməliyyatı tətbiq edilib. Əməliyyat Liv Bona Dea Hospitalın Alqoloqları Prof.Dr. Kader Keskinbora və Uzman. Dr. Ramin Verdixanov tərəfindən uğurla icra edilib.
HOLEP Əməliyyatı nədir?
Prostat müalicəsində yenilik!
Genişlənmiş prostat bəzi kişilərdə ciddi tibbi problemlərə səbəb ola bilər. Xəstəliklə bağlı dərman müalicəsi ya prostatı kiçildir, ya da prostatdakı hamar əzələlərə təsir edərək xəstələrin rahat sidiyə getməsinə şərait yaradır. Əgər dərmanlar kifayət etməməyə başlayırsa, o zaman prostatda əməliyyat aparılması zərurəti yaranır. HOLEP, cərrahi müdaxilə tələb edən xoşxassəli prostat böyüməsi olan xəstələr üçün lazerlə müalicə üsuludur.
Sağlamlıq Evinizə Gəlir!
Liv Bona Dea Hospitalda Evdə Tibbi Baxım Xidməti əsas sağlamlıq xidmətləri olan həkim müayinəsi və tibb bacısı xidmətləri, əməliyyat sonrası baxım, yaşlı xəstələrin baxımı, xroniki xəstəliklərin təqibi, doğuşdan sonrakı təqiblər, fizioterapiya, check-up, laborator müayinələr kimi bir çox xidmətlər təklif edir.
 
JCI Akkreditasiyası
"Liv Bona Dea Hospital" olaraq 2022-ci il mart ayının 30-u və 31-i JCI akkreditasiya təsdiqi prosesindən uğurla keçərək dünyada son 10 ildə standartları 100%-lik nəticə ilə qarşılayan ilk xəstəxana olduq. Ölkəmizdə və regionda Beynəlxalq Birgə Komissiya (JCI) tərəfindən 100% nəticə ilə qiymətləndirilən ilk səhiyyə müəssisəsi olmaq bizim üçün çox dəyərlidir. 

 
Həyat Yaşlandıqca Gözəldir!
Heriatriya Nədir?
Cəmiyyətdə yaş artdıqca xroniki xəstəliklərin sayı da çoxalır. Halsızlıq, yorğunluq, depressiya, fiziki çatışmazlıq, aludəçilik, çox sayda dərman istifadəsi, həyat keyfiyyətinin azalması, iqtisadi və sosial problemlər kimi problemlər daha çox müşahidə olunur. Liv Bona Dea Hospital Heriatriya Klinikasında geriatrik qiymətləndirmə və müalicə ilə cəmiyyətdəki yaşlı insanların öz ehtiyaclarını təmin edən bilmələri, azad fərdlər olaraq yaşaya bilmələri, həyata inteqrasiya olmaları, tibbi müalicələrinin mümkün olduqca tam planlaşdırıla bilməsi və həyat keyfiyyətinin artırılması hədəflənir.
 
İNSULT SON DEYİLDİR, MÜALİCƏ OLUNA BİLƏN XƏSTƏLİKDİR!
Ümumi Məlumat
Liv Bona Dea Hospitalda İnsult xəstəliyinin müalicə və müayinə prosesi peşəkar bir şəkildə həyata keçirilir. İnsult , beyinin bir bölgəsində qan axımının dayanması ya da beyin damarından qanın damar kənarına  sızması nəticəsində  beyin toxumasının zədələnməsidir. . İnsult hadisələrinin 80 %-i işemi, geriyə qalan 20 %-i isə hemoragikdir. Bunların nəticəsində xəstədə 24 saatdan  uzun davam edən bir funksiya itirilməsi görülür. 
Hematologiya Mərkəzimiz Xidmətinizdədir!
Hematologiya Hansı Növ Xəstəliklərlə Məşğuldur?
Hematologiya; Sümük iliyi, limfa sistemi və qanla əlaqəli həyati əhəmiyyətli qan xəstəliklərini, o cümlədən limfoma, çoxsaylı mieloma, kəskin və xroniki leykemiya kimi xəstəlikləri araşdıran bir elm sahəsidir. Liv Bona Dea Hospital Hematologiya Klinikası tibbi və radiasiya onkologiyası kimi digər sahələrlə sıx əməkdaşlıq edir. Hematologiya Klinikamız təcrübəli həkim və yaxşı təchiz olunmuş infrastrukturu ilə dünya səviyyəli keyfiyyətli və təhlükəsiz səhiyyə xidməti təqdim edir.
Gələcəyə Toxun!
Liv Bona Dea Hospital Süni Mayalanma Mərkəzi bu çətin yolda yüksək müvəffəqiyyət nisbəti ilə cütlüklərin xəyallarını gerçəkləşdirir.
Liv Bona Dea Hospital bütün tibbi proseslərdə olduğu kimi reproduktiv sağlamlıq sahəsində də cütlüklərə qabaqcıl müalicə variantları təklif edir. JCI akkreditasiyasına layiq görülmüş Liv Hospital Süni Mayalanma Şöbəsində xəstələrə beynəlxalq meyarlara uyğun olaraq qurulmuş keyfiyyət standartları ilə məhdudiyyətsiz dəstək, yüksək klinik təcrübə, qabaqcıl cərrahi müalicə variantları və ən son müalicə protokolları ilə xidmət göstərilir.

 
Tibbi Mərkəzlər və Konsiliumlar
Konsiliumlarla fərdiləşdirilmiş tibb
Liv Bona Dea Hospital müxtəlif sahələrdən təcrübəli və mütəxəssis həkimlərdən ibarət konsiliumlarda bir çox xəstəliklərin diaqnostika və müalicəsinə qərar verir. Bu sahədə mütəxəssis olan bir çox həkimin iştirak etdiyi konsiliumların qərarına əsasən, müasir yanaşmalar nəzərə alınaraq ən uyğun müalicə protokolları müəyyən edilir.
 - Onkoloji konsiliumlar
 - Ürək Sağlamlığı konsiliumları