liv sağlamlıq guşəsi

Vərəm nədir?

Oluşturma Tarihi: 23.12.2023 08:44 | Son Güncelleme: 23.12.2023 08:54

Vərəm yoluxucu xəstəlik olub, müxtəlif orqanlarda infeksiyaya səbəb ola bilər. Vərəmin ən çox rast gəlindiyi orqan ağciyərdir. Vərəm xəstəliyinin yayılması hava damcı yolu ilə olub , xəstə insanın asqırması, öskürməsi və ya tənəffüsü zamanı ətrafa yayılan hava damcılarının sağlam insanın tənəffüs yoluna düşməsi ilə yoluxur. Xüsusilə immuniteti zəif olan şəxslərdə  aktiv xəstəlik törətmə riski daha yüksək olur.
Ağciyər vərəminin klinik simptomları hansılardır?
Öskürək
Ən çox görülən şikayət öskürək olub, 2 həftədən çox davam edən öskürəklərdə vərəm araşdırılmalıdır.
Öskürək daha çox bəlğəmli olub, quru öskürək halında da rast gəlinə bilər.
Hərarət
Adətən axşama yaxın yüksəlir və uzun müddətli subfebril temperatur (37.5 ə qədər) şəklində davam edir.
Qanhayxırma
Xüsusilə kavernoz vərəmdə rast gəlir, destruktiv vərəmlərin hamısında görülə bilər. Zədə görmüş ağciyər sahəsinə bağlı olaraq qanamanın miqdarı dəyişə bilir.
Sinədə ağrı
Ağciyər vərəmində ağrı az hallarda rast gəlinir.Əsasən Plevra vərəmində görülə bilər.
Təngnəfəslik
Zədələnmiş ağciyər toxuması sahəsinə bağlı olaraq və artmış sekresiya hesabına yaranmış bronxospazmla əlaqəli yarana bilər.
Digər simptomlar:
Çəki itgisi, gecə tərləməsi
Ağciyər vərəminin müalicəsi
Vərəm effektiv müalicə ilə tam sağalan xəstəlikdir. Vaxtında müalicə olmadıqda zədələnmiş ağciyər sahəsi artır və geridönməz xəsarətlərə səbəb olur. Yuxarıda tərif edilən simptomlar olarsa dərhal həkimə müraciət edilməlidir.

* The Editorial Board of Liv Hospital has contributed to the publication of this content.
* The contents on our website are for informational purposes only. Please consult your physician for diagnosis and treatment. The content of this page does not include information on medicinal health care at Liv Hospital.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə