Ortopediya və Travmatologiya
Ortopediya və Travmatologiya nədir?
“Regional Ortopediya”-nın klinik infrastrukturunu təşkil edən Liv Bona Dea Hospital Ortopediya və Travmatologiya şöbəsi; əl, diz, omba, çiyin, onurğa və ayaq, ayaq biləyi üzrə ixtisaslaşmış həkimlərlə 24/7 fərdi müalicələr təklif edir.
Ortopediya və Travmatologiya şöbəsi ilə əlaqəli digər bölmələr
● Diz Cərrahiyyəsi Klinikası
● Ayaq və Ayaq Biləyi Cərrahiyyə Klinikası
● Onurğa Klinikası (Skolioz)
● Çiyin Cərrahiyyəsi Klinikası
● Omba Cərrahiyyəsi Klinikası
● Əl, Əl Biləyi və Dirsək Cərrahiyyəsi
● Pediatrik Ortopediya
● İdmançı Sağlamlığı Klinikası
Ortopediya və Travmatologiya Şöbəsi İdmançılara Yüksək Səviyyəli Xidmət Göstərir
Bütün yaş qrupları üzrə travmatik problemlərdən tutmuş degenerativ xəstəliklərə qədər geniş sahədə xidmət göstərən Liv Bona Dea Hospital Ortopediya və Travmatologiya Klinikası bir çox peşəkar elit idmançının sağlamlıq problemlərinin olması halında da yüksək səviyyədə xidmət göstərir. Bundan əlavə, "Regenerativ Tibb, Kök Hüceyrə Tətbiq və Araşdırma Mərkəzi" ilə birlikdə kök hüceyrə terapiyası, 'PRP (Trombositlə Zənginləşdirilmiş Plazma)' və 'Ortokain' prosedurları həyata keçirilir.
Aospine Onurğa Cərrahiyyəsi Mərkəzində Təlim Prosesi Necədir?
Dünyanın müxtəlif ölkələrindən olan onurğa cərrahları öz CV-lərini AOSpine mərkəzinə göndərirlər. AOSpine mərkəzində aparılan qiymətləndirmədən sonra həmin şəxslərin CV-ləri müvafiq mərkəzə göndərilir. Uyğun hesab edilərlərsə, müəyyən müddət Liv Hospital Onurğa Cərrahiyyəsi Klinikasında onurğa cərrahiyyəsi təliminə qatılırlar.
Çiyin Xəstəlikləri və Müalicələri
Çiyin anatomiyası nədir?
Çiyin oynağı; Bazu sümüyü (humerus), kürək sümüyü (skapula) və körpücük sümüyündən (klavikula) əmələ gələn oynaqdır. Bu sümük strukturlarından başqa, çiyin oynağını sabit saxlamağa kömək edən əzələ, bağ, vətər və qığırdaq toxumaları var. Çiyin ətrafında ən önəmli və ən çox zədələnmə ehtimalı olan bu əzələlərin bəziləri rotator manjeti adlanır.
Rotator manjeti bazu sümüyünün başlığı ətrafında manjet toxuması yaratmaq üçün vətər kimi birləşən dörd əzələdən ibarətdir. Çiyini dəstəkləyən və zədələnmə ehtimalı həmçinin yüksək olan digər əhəmiyyətli əzələ-vətər strukturu da biseps (bazunun ikibaşlı əzələsi) adlandırdığımız əzələ-vətər kompleksidir. Anatomik olaraq, 2 başlı (uzun baş və qısa baş) olan bu biseps əzələsinin daha çox önəm kəsb edən hissəsi uzun başıdır və bazu sümüyünün (humerus) başının kürək sümüyünə oturduğu oynaq çuxurunun yuxarı hissəsinə (qlenoid bölgə) birləşir. Hərəkətlərimiz əsnasında çiyin oynağının yerində qalmasını təmin edən digər mühüm struktur isə çiyin oynağı ətrafını az qala 360 dərəcə dairəvi şəkildə əhatə edən və dayaq rolunu oynayan yumşaq qığırdaq quruluşudur. Çiyin oynağının ətrafındakı bu mühüm toxumalardan başqa, oynaqların bütövlüyündə mühüm rol oynayan və kürək sümüyünü dəstəkləməyə kömək edən yuxarı kürək əzələləri (trapezius, levator skapula, romboids və serratus anterior) adlanan strukturları var. Yuxarıda göstərilən toxumaların hər hansı birində həddindən artıq gərilmə, dartılma, aşınma, yırtılma - qopma və s. kimi vəziyyətlər çiyin ağrısının ən çox görülən səbəbləridir.
Çiyin zədələnmələrinə nə səbəb olur?
Çiyin oynağı bədənimizdəki ən hərəkətli oynaqdır. Bu vəziyyət oynağı bəzi zədələnmələrə daha meyilli vəziyyətə gətirir. Xüsusilə, yuxarıdan aşağıya atma və tullama hərəkətləri, baş üstü hərəkətlərin təkrarlandığı və tez-tez edildiyi ev işləri və peşə işləri, çiyinə ağır yüklərin (ağır daşıma) götürülməsi, xüsusən də az əvvəl qeyd etdiyimiz çiyin ətrafında yerləşən və çiyini dəstəkləyən mexanizmdə həddindən artıq gərilməyə səbəb olur. Bu zədələnmələr böyük enerjili travmalarla yanaşı (yol qəzaları, hündürlükdən yıxılma, idman zədələnmələri və s.), təkrarlanan kiçik enerjili travmalar və ya təkrarlanan çox saylı hərəkətlər və ya səhv hərəkətlər zamanı baş verə bilər. Beləliklə çiyin zədələnmələri gündəlik həyatımızda tez-tez gənc, yaşlı, işləyən və işləməyən şəxslərdə olduğu kimi, eləcə də idmançılarda da tez -tez baş verir, xüsusilə basketbol, voleybol, tennis, həndbol, beysbol, amerikan futbolu və yarış meydançası oyunları kimi çiyinə təzyiq göstərən hərəkətlərdən ibarət olan idman növündə iştirak edən hər hansı bir idmançıda rastlana bilər.
Çiyin Cərrahiyyəsi nədir?
Çiyin əllərimizi ətrafda istədiyimiz kimi istifadə etməyimiz üçün yerləşdirən önəmli oynaqdır. Ağrı, gücsüzlük, asan çıxa bilmək kimi səbəblərlə çiyin hərəkətlərinin məhdudlaşdırıldığı hallarda bədənimizin həyatımız üçün kifayət etmədiyini hiss edə bilərik. Çiyin cərrahiyyəsi şöbəsinin məqsədi bu çatışmazlığı səbəbləri ilə birlikdə aradan qaldırmaq və düzəltməkdir.
Çiyinin Aşınması Nədir?
Çiyin bölgəsi 3 əsas sümükdən ibarətdir. Bağlar, əzələlər və vətərlər sümükləri bir-birinə bağlayır və hərəkətliliyi təmin edir. Təkrarlanan, gücə salan fəaliyyətlər, qəzalar və texniki xətaların olduğu idman təşəbbüsləri oynağı əmələ gətirən bu strukturlarda aşınma proseslərini başladır. Aşınma; erkən dövrdə ağrı, fəaliyyətin məhdudlaşması və uzun müddətdə kirəclənmə (kalsifikasiya) ilə nəticələnə bilər
Çiyin müalicə edilə bilərmi?
Müalicə üsulu altında yatan problemin növü və ölçüsünə görə dəyişir. Konservativ müalicə (ağrıya nəzarət, fəaliyyətin tənzimlənməsi, fizioterapiya, inyeksiya) kifayət etmədikdə, lazımi hallarda cərrahi üsullardan istifadə edilir.
Çiyin Artroskopiyası Nədir?
Artroskopik cərrahiyyə bağların və vətərlərin mexaniki problemləri üçün uyğun həll ola bilər. Sümük müdaxilələri, protez tətbiqləri, vətər köçürmələri və sınıq müalicələri üçün açıq əməliyyat lazımdır.
Çiyin Xəstəlikləri Hansılardır?
Çiyin xəstəlikləri aşağıdakılardır;
● Rotator manjet yırtıqları- sıxışma sindromu
● Çiyin çıxığı
● Akromioklavikulyar oynaq xəstəlikləri
● Biseps vətəri problemləri/qeyri-sabitliyi
● Frozen shoulder (Donmuş çiyin)
● Kalsifik tendinit
● Çiyin ətrafı sınıqlar
● Çiyin oynağının kalsifikasiyası (kirəclənməsi)
Önə çıxan xidmətlər
Biseps Tendinit və Biseps Vətər Zədələnmələri
Biseps Tendinit Nədir?
Təkrarlanan atma və tullama hərəkətləri biseps vətərini qıcıqlandıra bilər. Qopma və ya yırtılma olmadan biseps vətərində gərilmə, gücə düşmə vətər ətrafında ödem ola bilər. Nəticədə ağrı ilə xarakterizə olunan biseps tendiniti dediyimiz klinik mənzərə yarana bilər. Bu zaman xəstələr çiyin ön hissəsində ağrılardan və qolu qaldırmaqda gücsüzlükdən şikayət edə bilərlər.
Biseps Tendinitin simptomları hansılardır?
Uzun müddət davam edən tendinitlər və yuxarıda qeyd olunan təkrarlanan və gücə salan hərəkətlər vətərin daha da zədələnməsinə və bəzən hətta vətərin yırtılmasına səbəb ola bilər. Bu, xüsusilə qolun yuxarı hissəsində qəfil və kəskin ağrıya səbəb ola bilər. Ancaq xüsusilə yaşlı insanlarda heç bir ağrısı olmayan qolun yuxarı hissəsində yumru və ya şişkinlik olaraq görülə bilər. Fiziki müayinə zamanı və ya xəstənin özü tərəfindən dirsək fleksiyası (bükmə) edildikdə ilə qolda şişlik “təməl rəis işarəsi” müşahidə oluna bilər.
Biseps Tendinit Necə Anlaşılır?
Diaqnozda həkim tərəfindən edilən fiziki müayinədən əlavə, rentgen, Maqnit Rezonans Tomoqrafiya (MRT) və bəzi hallarda ultrasəs müayinəsindən istifadə edirik.
Biseps Tendiniti Necə Sağalar?
Biseps tendinit və biseps vətər zədələnmələrinin müalicəsi aşağıdakı kimidir;
● İstirahət
● Fizioterapiya
● Məşq
● Kortizon
● PRP
● Kök hüceycrə inyeksiyaları
● Dərmanlar
Bu müalicələrdən fayda görməyən xəstələrdə xüsusilə qapalı əməliyyat (artroskopiya) və açıq üsullarla müsbət nəticələr əldə edilir.
Çiyin Çıxığı Nədir?
Olduqca hərəkətli olan çiyin oynağı çıxıqların ən çox görüldüyü oynaqlardan biridir. Oynağın stazbilizasiyası oynağı əhatə edən əzələlər, bağlar və oynaq kapsulu tərəfindən təmin edilir. Qəfil zərbə və ya yıxılma zamanı çiyinin çölə doğru gücə düşməsi kimi səbəblər oynağı əmələ gətirən əsas sümük olan baz sümüyünün (yuxarı qol sümüyü) çuxurundan ayrılaraq qabağa çıxmasına səbəb olur. Buna çiyin çıxığı deyilir.
Çiyin Çıxığı Necə Anlaşılır?
Ortopedik fiziki müayinə və rentgen adətən diaqnoz üçün kifayətdir.
Çiyin Çıxığı Müalicəsi Nədir?
Çiyin çıxığı təcili vəziyyətdir və mümkün qədər tez tibbi yardım tələb edir. Bir insanın öz başına çiynini yerinə salmağı çox vaxt çətin olsa da, əvvəllər bir neçə dəfə çiyni çıxmış xəstələr çıxmış çiyin oynağını yerinə sala bilərlər. Ancaq xəstənin yaxınlarının bəzi səhv müdaxilələri çiyin ətrafındakı toxumaları zədələyə bilər. Buna görə də xəstə xəstəxana şəraitində müalicə olunmalıdır. Bəzi hallarda çiyinin yerinə salınması anesteziya altında edilə bilər. Sonra qol asqısı ilə istirahət və ağrıları azaltmaq üçün dərmanlar tövsiyə olunur. Sağalma tamamlandıqdan sonra fizioterapiya və məşq proqramı başlanır və ətrafdakı əzələlər gücləndirilməyə çalışılır.
Bəzən çıxıq zamanı (sınıqlı çıxıq) sınıq baş verə bilər, bu halda müalicə dəyişir. Çıxıq yerinə salındıqdan sonra sınıqlar cərrahi müalicə ilə bərpa oluna bilər. Əgər zədə çiyin oynağını yerində saxlayan mexanizmləri zədələyibsə, yəni çıxıqlar təkrarlanmaya meyllidirsə və ya təkrar çıxıqlar baş verirsə, ilk olaraq qapalı əməliyyatlarla (artroskopiya) zədələnmiş strukturlar bərpa edilərək təkrarlanan çıxıqların qarşısı alına bilər.
Çiyin Sıxışma Sindromları
Çiyin Sıxışması Nədir?
Çiyin oynağındakı vətərlərin çiyin strukturları tərəfindən müxtəlif səbəblərdən sıxılması halıdır.
Çiyin sıxışmasının səbəbi nədir?
Ən çox görülən səbəblər arasında akromion adlanan çiyin sümük çıxıntısının anatomik variasiyaları göstərilir. Həddindən artıq yüklənmə nəticəsində vətərlərin şişməsi və ya “bursa” kimi tanınan şarvari kisəciklərin yenə gücə düşmə səbəbilə vətərləri sıxışdırmasıdır.
Çiyin sıxışması idman hərəkətləri və ya tullama hərəkətləri zamanı yarancağı kimi pəncərələri silmək və ya rəsm çəkmək kimi sadə, lakin təkrarlanan gücə salma hərəkətlərindən sonra da baş verə bilər. Xüsusilə baş üstü hərəkətlərdə baş verən ağrı ilə özünü göstərir və evdar qadınlarda tez-tez rast gəlinən klinik mənzərədir.
Çiyin Sıxışması Necə Anlaşılır?
Diaqnozda həkim tərəfindən edilən fiziki müayinədən əlavə, rentgen, Maqnit Rezonans Tomoqrafiya (MRT) və bəzi hallarda ultrasəs müayinəsindən istifadə edirik.
Çiyin Sıxışması Müalicəsi Necə Olur?
Çiyin sıxışmasının müalicəsi aşağıdakı kimidir;
● İstirahət
● Fizioterapiya
● Məşq
● Kortizon
● PRP
● Kök hüceyrə inyeksiyaları
● Dərmanlar
Bu müalicələrdən fayda görməyən xəstələrdə xüsusilə qapalı cərrahi (artroskopiya) üsullarla müsbət nəticələr əldə edilir.
Rotator Manjet (Rotator Cuff) Tendiniti və Zədələnməsi
Rotator Manjet Tendiniti Nədir?
"Rotator manjet" termini indi xəstələrə də yaxşı tanışdır. Rotator manjet tendiniti bu manjetin gücə düşməsi və gərilməsi səbəbindən ağrılı, ödemli, lakin heç bir qopma-yırtığın və infeksiyanın görülmədiyi olduqca tez-tez rast gəldiyimiz çiyin lezyonudur. Rotator manjet əzələləri çiyin oynağını yerində saxlayan ən vacib dəstək strukturlarından, yəni stabilizatorlardan biridir. Çiyin daxili və xarici edilən hərəkətlərdən məsuldur. 4 əzələdən ibarətdir.
Rotator Manjet Yırtığı Nədir?
Rotator manjetin tendinitləri və yırtıqları gənclərdə və idmançılarda qəfil hərəkətlə yaranan zədələnmə ilə, qolun başın üstündə təkrarlanan hərəkətləri ilə, zaman keçdikcə, yəni irəli yaşda da idman zədələnməsi olmadan inkişaf edə bilər. Əslində, 40 yaşdan yuxarı çiyin ağrılarının ən önəmli səbəblərindən biridir. Çiyin ön hissəsindən qolun yan tərəfinə yayılan ağrıya səbəb olur. Fəaliyyət və istirahət zamanı ağrı ola bilər. Xüsusilə baş üstündəki hərəkətlərdə aydın görülür. Gecə ağrısı şəklində də irəliləyə bilər, xəstə ağrıyan tərəfdə uzanmaqda çətinlik çəkir. Zamanla hərəkətin məhdudlaşması və əzələ gücsüzlüyü baş verir.
Rotator Cuff (Manjet) Yırtığı Necə Anlaşılır?
Diaqnozda həkim tərəfindən aparılan fiziki müayinədən əlavə rentgen (x-ray), Maqnit Rezonans Tomoqrafiya (MR) və bəzi hallarda ultrasəs müayinəsindən istifadə edirik.
Rotator Manjet Müalicəsi Necə Olur ?
Rotator Manjet müalicəsi aşağıdakı kimidir;
● İstirahət
● Fizioterapiya
● Məşq
● Kortizon
● PRP
● Kök hüceyrə inyeksiyaları
● Dərmanlar
Bunlardan fayda görməyən xəstələrdə və ya daha ağır hallarda cərrahi müalicələr gündəmə gəlir. Cərrahi müalicənin məqsədi yırtılmış vətərləri bərpa etmək və varsa, sıxılmaya səbəb olan problemləri aradan qaldırmaqdır. Cərrahi üsullar açıq və ya qapalı (artroskopik) ola bilər, lakin əksər xəstələrdə artroskopik (qapalı) üsullarla adekvat həllə nail oluruq.
Ortopedik Onkologiya
Ortopedik Onkologiya Nədir?
Ortopedik Onkologiya Klinikası sümük, qığırdaq, əzələ, sinir toxumaları, yumşaq toxuma və damar strukturlarına təsir edən və bədənin müxtəlif yerlərində görülə bilən xoşxassəli və ya bədxassəli şişlərlə məşğul olur.
Ortopedik Onkologiya Klinikasında Müalicə Planı Şiş Konsiliumu tərəfindən müəyyən edilir
Liv Bona Dea Hospital Ortopedik Onkologiya Klinikasının ən əhəmiyyətli xüsusiyyəti, multidisiplinar yanaşma çərçivəsində fəaliyyət göstərməsidir. “Şiş Konsiliumu”-nda öz sahələrinin mütəxəssisi olan həkimlər bir araya gələrək xəstənin müalicəsini birlikdə planlaşdırırlar. Bu komitədə tibbi onkoloq, radiasiya onkoloqu, patoloqlar, nüvə təbabəti uzmanı, ortoped-onkoloji cərrah, radioloq var.Digər sahələr də ehtiyac duyulduqda vaxtaşırı komitədə də iştirak edir.
Şişin simptomları hansılardır?
● İnsan bədənində inkişaf edən şişlər;
● Kənardan daha aydın görünən şişlik
● Ağrı
● Hərəkət qabiliyyətinin pozulması
● Funksiya itkisi
● Halsızlıq və s. əlamətlərlə özünü büruzə verir.
Bu cür əlamətlərin davamlı olması həkimə müraciət etməyin zəruriliyini göstərir.
Şiş necə müalicə olunur?
Şişin ehtimal olunan diaqnozu ilə ortoped-onkoloqa müraciət edən xəstələrdə əvvəlcə xəstəlik əlamətlərinin xüsusiyyətləri dinlənilir, sonra sistemik və lokal müayinə aparılaraq lazımi radiodiaqnostik analizlər istənilir. İkinci addım biopsiya etməkdir. 95% hallarda biopsiya zəruridir. Patoloqun diaqnozu ilə məsələ “Şiş Konsiliumu”-nda müzakirə edilir və müalicə variantları və kombinasiyaları qərarlaşdırılır.
Pediatrik Ortopediya
Liv Bona Dea Hospital Pediatrik (Uşaq) Ortopediya Klinikası; uşaqlıqda rast gəlinən anadangəlmə və ya qazanılmış nevroloji, infeksion, şiş, travmatik və digər səbəblərdən yaranan dayaq-hərəkət aparatının xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olur. Liv Bona Dea Hospitalda uşaqlıq və gənc yetkin dövrü xəstə qrupuna məxsusi Pediatrik Ortopediya Uzmanı fəaliyyət göstərir.
Pediatrik ortopediya nədir?
Uşaqlarda doğulduğu andan yetkin yaş qrupuna qədər olan hər cür dayaq-hərəkət sistemi (sümük, oynaq, bağ, əzələ və vətər) problemlərinin cərrahi müalicəsi ilə məşğul olur. Onu böyüklərin ortopediyası və travmatologiyasından fərqləndirən ən mühüm fərq, halhazırda böyüməkdə olan əzələ-skelet sisteminin problemləri ilə məşğul olmasıdır.
Uşaq ortopedinə nə vaxt müraciət etmək lazımdır?
Əgər uşağınızda yeriş pozğunluğu, bud-çanaq oynağı problemi, ayaqlarda axsama, əyrilik və ya deformasiya, ayaqlar arasında uzunluq fərqi, duruş pozğunluğu, onurğa deformasiyası, sümük qırıqları, oynaq çıxıqları, sümük və oynaq infeksiyaları və ya əzələ-skelet sisteminin şişlərinin olması ilə bağlı şübhə varsa, pediatrik ortopedə müraciət etməyiniz lazımdır. Bundan əlavə, inkişaf geriliyi, sinir-əzələ xəstəlikləri (serebral iflic, spina bifida), skelet displaziyası, şüşə sümük xəstəliyi, sümük eriməsi və ya digər sindromları olan uşaqlarda da pediatrik ortoped multidissiplinar komandanın bir hissəsi kimi müalicədə mühüm rol oynayır
Məqsədimiz mümkün qədər tez diaqnoz qoymaq və müalicə etməkdir.
Liv Bona Dea Hospital Pediatrik Ortopediya Klinikasının əsas məqsədi; qısa müddətdə diaqnoz qoyub müalicəni həyata keçirərək xəstənin uzun müddətli fəsadlar olmadan normal həyata qayıtmasını təmin etməkdir. Yetkinlik dövründə ortaya çıxan bir çox ortopedik problem; uşaqlıqda diaqnoz qoyulmayan, adekvat müalicə olunmayan və ya düzgün təqib olunmayan uşaq ortopedik xəstəliklərindən qaynaqlanır. Buna görə də uşaq ortopediyası böyüklərin ortopedik problemlərinin azaldılması baxımından da mühüm yerə malikdir. Uşaq ortopediyası ortopedik cərrahiyyənin ən əsas və önəmli sahələrindən biridir və xalq sağlamlığında əhəmiyyətli yer tutur.
Hansı xəstəliklərlə məşğul olur?
Sümük deformasiyalarının və qısalığının müalicəsi (Deformasiyanın korreksiyası və sümük uzanması)
• Uşaqlarda nevroloji xəstəliklərin səbəb olduğu ortopedik problemlərin müalicəsi (serebral iflic, spina bifida)
• Ətrafların anadangəlmə və proqressiv anomaliyalarının müalicəsi (Blount xəstəliyi, tibia vara, fibular hemimeliya, tibial hemimeliya, anadangəlmə bud sümüyü qısalığı, anadangəlmə tibial psevdoartroz, polidaktiliya, barmaq ucunda yerimə)
• Uşaqlarda ayaq-ayaq biləyi problemlərinin müalicəsi (Pes ekinovarus, yastıpəncəlik, tarsal koalisiya, halluks valqus)
• Uşaqlarda və gənclərdə bud-çanaq problemlərinin müalicəsi (Proqressiv bud-çanaq oynağı displaziyası, Perthes xəstəliyi, bud sümüyü başı epifiz sürüşməsi, koksa vara)
• Uşaqlıq sınıqlarının və sınıqla bağlı ağırlaşmaların müalicəsi
• Uşaqlıq dövrü onurğa problemlərinin müalicəsi
• Uşaqlıq dövrü genetik və metabolik sümük xəstəliklərinin müalicəsi (Osteogenez imperfekta, raxit, mukopolisaxaridoz, skelet displaziyaları)
Boy Uzatma Cərrahiyyəsi
Boy Uzatma Əməliyyatları
Liv Bona Dea Hospital Ortopediya və Travmatologiya Klinikasında estetik və sağlamlıq problemləri səbəbilə boy uzatma əməliyyatları uğurla həyata keçirilir. Adətən yeniyetməlik dövründən başlayaraq edilə bilən boy uzatma əməliyyatları uşaqlıq dövründə keçirilən xəstəliklər, qeyri-kafi qidalanma, ən çox da cırtdan boyluluq səbəbiylə boyu qısa qalanlar əməliyyatın tətbiq olunduğu sümükdən asılı olaraq 10-12 sm-ə qədər uzana bilərlər. Uzadılması planlaşdırılan sümüyün uyğun nahiyədən kəsilməsi ilə başlayan əməliyyatda; iki hissəyə bölünmüş uclar arasındakı boşluğu genişləndirmək üçün xarici və ya daxili fiksator istifadə olunur. Əməliyyatdan sonra hər gün az miqdrada genişlədilən bölgədə yeni sümük istehsalı baş verir.
Boy Qısalığının Səbəbləri Nələrdir?
Boy qısalığının bir çox müxtəlif səbəbləri var. İnkişaf problemlərinə səbəb olan uşaqlıq dövrü xəstəlikləri, qidalanma pozğunluqları, keçmiş qırıqlar və sümüklərə təsir edən bəzi genetik xəstəliklər boy qısalığına səbəb ola bilər. Klassik mənada axondroplaziya, yəni cırtdan boyluluq qısa boyluluğa səbəb olur. Qırıqdan sonra əmələ gələn qısalıqlarda adətən sümüyün boy qısalığı ilə birlikdə bucaq deformasiyası da yaranır. Bu cür əyriliklərdə uzatma əməliyyatı vaxtı əyriliklər də düzəldilə bilər.
Boy Uzatma Əməliyyatı Necə Aparılır?
Boy uzatma əməliyyatı ümumi və ya regional anesteziya ilə aparılır. İlk növbədə osteotomiya adlanan uzadılması planlaşdırılan sümük eninə olaraq yarıya bölünür. Sonra ayaq bir və ya bir neçə müxtəlif xarici və ya daxili sabitləşdirmə cihazları ilə sabitləşdirilir. Kəsilmiş sümük daxil edilən cihazla çox yavaş ayrılır. Bu proses sümük böyüməsini stimullaşdırmaq üçün edilir. Yeni sümük toxumasının davamlı böyüməsi üçün cihazdakı sancaqlar gündə dörd dəfə, hər düzəlişdə ¼ millimetr çevrilir və nəticədə gündə 1 millimetr sümük uzunluğu əldə edilir. Sümüyün ucları arasındakı boşluq açıldıqca bədən istənilən uzunluqda sümük əmələ gələnə qədər yeni sümük toxuması istehsal etməyə davam edir. Mövcud travma nəticəsində sümüyün yanlış düzülməsi kimi hər hansı deformasiyanı düzəltmək üçün fiksasiya cihazları istifadə olunur. Sümük sərtləşib sağaldıqdan sonra müalicənin ikinci mərhələsi başlayır. Çəkilən rentgenlə yeni sümük toxumasının tam sağaldığına əmin olduqdan sonra fiksasiya aparatı çıxarılır. Əgər uzatma maqnit çivilərlə aparılırsa, ikinci əməliyyat tələb olunmur. Uzatma prosesi başa çatdıqda, bütün əməliyyat tamamlanır. Xəstənin yeni sümük toxuması artıq bədəndəki digər sümüklər qədər güclüdür, xəstə gündəlik həyatına qayıda bilər.
Boy Uzatma Əməliyyatları Kimlərə Tətbiq olunur?
Boy uzatma əməliyyatları iki fərqli səbəbə görə edilir: xəstəliklərlə əlaqəli qısalıq və estetik məqsədlə. Xəstəliklərdəki boy uzatma hər hansı bir səbəbdən qol və ya ayaqlarda qısalıq yarandığı hallarda həmin qolun və ya ayağın cərrahi yolla uzadılması prosesidir. Estetik məqsədlə boy uzatma, əsasən yaşadığı cəmiyyətdə boyu standartlardan aşağı olan insanların boyunun (qol və ayaqlarının) uzadılmasıdır.
Neçə Santimetrə Qədər Uzatmaq Olar?
Bir ayağı və ya qolu qısa olan xəstələrdə uzatma proseduru iki üzvü bərabərləşdirmək məqsədi daşıyır. Digər tərəfdən ətrafları qısa olanlarda isə seçilən sümükdən asılı olaraq adətən tək bir prosedurla 5-10 sm uzanma əldə edilə bilər. Eyni və ya fərqli sümüklərdən uzatma prosesini təkrarlamaq mümkündür. Uzatma prosesində sərhədləri müəyyən edən sümük deyil, ətrafdakı əzələ, sinir və damar toxumalarıdır.
Uzatma Prosesində İstifadə Olunan Cihazlar Hansılardır?
Uzatma əməliyyatlarında daxili və xarici iki növ cihaz istifadə olunur. Tamamilə sümüyün içərisinə yerləşdirilən maqnit çivilərdə bədən xaricində başqa heç bir cihaz olmur. Sümüyün içərisinə qoyulan çivi kənardan tutulan bir cihazla elektromaqnit olaraq uzadılır. Planlaşdırılmış ölçüdə uzatmaya çatdıqda proses dayandırılır. Digər üsulda isə bədəndən kənar fiksatorun köməyi ilə uzadılma təmin edilir. Uzatma prosesi bitdikdən sonra fiksator qısa bir əməliyyatla çıxarılır və sistem kilidlənir.
Uzatma Prosesi Müddətində Xəstələr Gündəlik Həyatlarına Davam Edə Bilərlərmi?
Uzatma prosesi müddətində xəstələr maqnit polad çivilərdə və xarici fiksasiya üsulunda ətraflarının üzərinə basaraq yeriyə bilərlər. Titan maqnit çivilərdə isə uzatma müddətində xəstənin ayağına hər hansı bir yük düşməsi arzuolunan deyil. Uzatma prosesində istifadə edilən maqnit çivilər daha rahat olsa da, xarici fiksasiya üsulunda istifadə edilən sistemlərin qiyməti daha aşağıdır.
AOSpine Təlim Mərkəzi
Liv Bona Dea Hospital Onurğa Bölməsi AOSpine Təlim Mərkəzi olaraq seçildi
Liv Bona Dea Hospital Onurğa Cərrahiyyəsi Fransa və Almaniya kimi bir çox Avropa ölkələrində yerləşən Aospine Onurğa Cərrahiyyəsi Mərkəzinin ilk xarici təqaüd proqramına seçilmişdir.
Ciddi bir araşdırmadan keçdik
Dünyada onurğa cərrahiyyəsi mütəxəssislərinin təkmilləşdirilməsi üzərində işləyən İsveçrədəki AOSpine Europe müxtəlif ölkələrdə onurğa cərrahlarının yetişdirilməsi üçün tədqiqatlar aparır. Onurğa cərrahiyyəsi üzrə səriştəliliyə malik bəzi mərkəzləri onurğa cərrahiyyəsi təlim mərkəzləri kimi seçir. Bütün dünyada geniş yayılmış və çox qəbul edilən birlik olan AOSpine, seçimlərini qərəzsiz və müfəssəl bir araşdırma ilə edir. Mərkəzin seçilməsində xəstəlik hallarının sayı, onların müxtəlifliyi, multidissiplinar yanaşma imkanları və mərkəzin elmi nəşrləri nəzərə alınır.
Təlim prosesi necə işləyir?
Dünyanın müxtəlif ölkələrindən olan onurğa cərrahları öz CV-lərini AOSpine mərkəzinə göndərirlər. AOSpine mərkəzində aparılan qiymətləndirmədən sonra həmin şəxslərin CV-ləri müvafiq mərkəzə göndərilir. Uyğun hesab edilərlərsə, müəyyən müddət Liv Hospital Onurğa Cərrahiyyə Klinikasında onurğa cərrahiyyəsi təliminə qatılırlar.
Oynaqdaxili Regenerativ Hüceyrə Terapiyası (SVF) (SVF)
Diz, bud-çanaq, çiyin kimi oynaqlarda olan qığırdaq toxumasının yaş və ya müxtəlif səbəblərdən böyük ölçüdə yeyilməsi və ya məhv olması, bundan əlavə oynaqdaxili sürüşkənliyi təmin edən mayenin azalması nəticəsində, protez əməliyyatına qədər bir müddət başlayır və ağrı səbəbiylə həyat keyfiyyəti aşağı düşür. Oynaq qığırdaqlarındakı yeyilməni dayandırmaq, yaxşılaşdırmaq, müalicə etmək üçün hazırlanmış ən son müalicə oynaq içərisinə piy toxumasından alınan və kök hüceyrələrlə zəngin SVF - Stromal Vaskulyar Fraksiya adlanan maye inyeksiyası müalicəsidir.
Ağrıları aradan qaldırır
Çox yüksək sayda və canlı kök hüceyrələr ilə bərpaedici, yeniləyici hüceyrələrdən ibarət SVF mayesi müalicə üçün istifadə olunur. SVF Müalicəsi ilə oynaqların kirəclənməsi (osteoartrit, artroz), qığırdaq zədələnməsi, qığırdaq yenilənməsi və təmiri, oynaq zədələnməsi, idman yaralanmaları, menisk, bağ yırtığı, bağ zədələnməsi, vətər zədələnmələri ortopedik kök hüceyrə prosedurları ilə müalicə edilə bilər.
İnsanın öz piy toxumasından əldə edilir
Stromal Vaskulyar Fraksiya (SVF) lipoaspirasiya üsulu ilə alınan piy toxumasının xüsusi laboratoriyalarda tibbi emal edilərək içindəki regenerasiya qabiliyyətinə malik hüceyrələrin əldə edildiyi maye növüdür. Xəstənin öz piy toxumasından alındığı üçün heç bir reaksiyaya səbəb olmur və 1 saat ərzində dərialtı piy toxumasından hazırlanaraq xəstəyə tətbiq oluna bilər.
Yeniləyici xidməti göstərir
SVF-ın içində yüksək konsentrasiyalı regenerativ hüceyrələr mövcuddur. Bu hüceyrələrin oynaqların yeyilməsinin irəliləməsinin qarşısını aldığı və qığırdaqların yenilənməsinə kömək olduğu klinik sınaqlarda sübut edilmişdir. Bundan əlavə, tərkibindəki Treg hüceyrələrinin iltihab əleyhinə olan xüsusiyyətləri immun tolerantlığını artırır. Bütün bu xüsusiyyətləri ilə SVF oynaq degenerasiyası nəticəsində yaranan ağrılarda hüceyrə ölümünün qarşısını alır, bərpaedici vəzifəsi görür və ağrıları effektiv şəkildə aradan qaldırır. SVF mayesi Liv Bona Dea Hospitalda Medcell komandası tərəfindən GMP sertifikatlı xüsusi laboratoriyalarda steril şəraitə diqqət yetirməklə hazırlanır və oynaq degenerasiyaları və bununla əlaqəli ağrılarda təhlükəsiz şəkildə istifadə edilə bilər.
Üstünlükləri nələrdir?
● Oynaqlarda ağrıları aradan qaldırır.
● Protez əməliyyatına gedən prosesi uzadır.
● Həyat keyfiyyətini yaxşılaşdırır.
● Oynaqların ağrısız istifadəsini təmin edir.
● Yeniləyici vəzifəsi görür.
Əl, Əl Biləyi, Dirsək Cərrahiyyəsi
Barmaq ucundan başlayaraq çiyinə qədər olan nahiyədəki dəri, dərialtı, əzələ, vətər (əzələ girişi), sinir, damar, oynaq və sümüklə bağlı hər cür zədələnmə, xəstəlik və problemlər əl cərrahiyyəsinin əsas mövzularıdır.
Mikrocərrahiyyə və komanda işi
Əl, əl biləyi və dirsək kimi yuxarı qolda olan kiçik oynaqların və oynaqdaxili strukturların bəzi xəstəliklərinin və zədələnmələrinin artroskopik (qapalı) üsullarla həyata keçirilən əməliyyatlarla müalicəsi də əl cərrahiyyəsi sahəsinə daxildir. Uzun əməliyyat müddətləri, mikrocərrahiyyəyə ehtiyac duyulması, uzun öyrənmə əyrisi, təcili xəstə sayının çoxluğu, komanda işinin tələb olunması və reabilitasiyanın vacib olması əl cərrahiyyəsinin əsas xüsusiyyətləridir.
Artroskopik dirsək və əl biləyi prosedurları
Liv Bona Dea Hospital Əl, Əl Biləyi və Dirsək Cərrahiyyəsi Klinikasında barmaq ucu replantasiyası kimi mikrocərrahiyyənin sərhədlərini aşan təcili müdaxilələrlə yanaşı sinir sıxılmaları, degenerativ oynaq problemləri, oynaqların bütövlüyünü pozan sümük-bağ zədələnmələri uğurla müalicə edilə bilir. Çox məhdud mərkəzlərdə tətbiq oluna bilən artroskopik dirsək və əl biləyi prosedurları da həyata keçirilir.
Müalicə sahələri hansılardır?
● Əldə açıq zədələnmə olmadan baş verən sınıqlar və çıxıqlar
● Əzələ və vətərlərin qopması
● Dəri kəsikləri
● Əzanın çox ağır zədələnməsi və ya qopması
● Açıq yaralanma, deformasiyalar və yanıqlar
● Əl biləyi və qolun yuxarı hissəsində hər cür anadangəlmə qüsurlar, pozğunluqlar, yapışmalar
● Doğuş zamanı baş verən travma nəticəsində iflic, revmatik xəstəliklər, infeksiyalar, şişlər
● Keçmiş travmadan sonra əl və biləkdəki fəsadlar
● Qəza nəticəsində sinirin kəsilməsi ilə əlaqədar yaranan iflic və ya qan dövranı pozğunluğu nəticəsində funksiya itkiləri
● Pis və ya səhv formada birləşmiş sınıq və çıxıqların düzəldilməsi
● Yanıqlardan sonra zamanla əmələ gələn deformasiyalar
● İnfeksiyadan başqa müxtəlif dırnaq pozğunluqları
Ayaq və Ayaq Biləyi Cərrahiyyəsi
Bədənimizdəki 206 sümükdən 52-si (25 faiz) ayaqlardadır. Bu sümüklər hər ayaqda 33 oynaqla bir-birinə bağlıdır. Bu sümük və oynaqlara əlavə olaraq ayaq və ayaq biləyinin ətrafında çoxlu əhəmiyyətli əzələlər, vətərlər, bağlar, damarlar və sinir strukturları var. Gəzərkən bədən çəkimizin 2-3 qatı, qaçarkən isə 7 qatı ayaqlarımızın üzərinə düşür.
Xəstəlik olmasa belə, vaxt keçdikcə yeyilir
İnsanın yer səthi ilə təmasını təmin edən bu iki mühüm uzantı insanın həyatı boyu bütün yükünü üzərinə götürür. Buna görə də ayaqlarda xəstəlik olmasa belə, zamanla yeyilmə və deformasiyaya görə müxtəlif xəstəliklər yarana bilir.
Yaşla əlaqədar problemlər ola bilər
Oynaqlarda ağrılı kalsifikasiyalar (kirəclənmələr) (qığırdaq yeyilməsi) əmələ gələ bilər. Əzələlərin və vətərlərin gücə düşməsi ilə əlaqədar problemlər tez-tez rast gəlinir. Dünyada ən çox rast gəlinən idman zədələnməsi ayaq biləyinin burxulması nəticəsində yaranan bağ zədələnmələridir. Ayaq və topuq ətrafında anadangəlmə problemlər olduğu kimi yaşa, metabolik xəstəliklərə, revmatik xəstəliklərə, şəkər xəstəliyinə, travmaya bağlı narahatlıqlar da görülə bilər.
Liv Bona Dea Hospital Ayaq və Ayaq Biləyi Cərrahiyyəsi Klinikası; Ayaq biləyi sınıqları, ayaq oynaqları və ayaq biləyi qığırdaq problemləri, diabetik ayaq, deformasiyalar, halluks valqus kimi problemlərin müalicəsində xidmət göstərir. Klinikada yerimə analizi laboratoriyası və kompüter dəstəkli ortez prosedurlar da həyata keçirilir.
Müalicə sahələri hansılardır?
● Kompleks ayaq cərrahiyyəsi (böyüklər və uşaq, yastıpəncəlik, ayaq deformasiyaları, diabetik ayaq, baş barmaq və barmaq problemləri, sümük çıxıntıları, sümük kistləri, revmatoloji ayaq)
● Ayaq biləyi cərrahiyyəsi (ayaq biləyi (topuq) protezi tətbiqi, deformasiya əməliyyatı, fiksasiya əməliyyatları)
● Artroskopik və endoskopik cərrahiyyə (ön və arxa topuq, Axilles vətəri)
● İdman travmatologiyası (Axilles və digər vətərlər, bağ və qığırdaq problemləri, kök hüceyrə prosedurları)
● Travmatologiya (yeni və köhnə daban sınıqları, ayaq sınıqları, ayaq biləyi sınıqları)
● İlizarov cərrahiyyəsi (sümüklərin uzadılması, birləşmə, deformasiyanın korreksiyası), ayağı yerə basma pozğunluqları və fərdi içliklər)
Bud-Çanaq Cərrahiyyəsi
Bud-çanaq oynağı və bu oynağın yerləşdiyi çanaq sümüyü sağlam şəkildə ayaqda dayanma, yerimə və qaçma kimi hərəkətlərdə effektiv rol oynayır. Doğuşdan sonra bud-çanaq oynağının və ətrafındakı sümüklərin və yumşaq toxumaların vaxtında və sağlam inkişafı ilə, ağrısız oynaq hərəkətləri olan bud-çanaq oynağı ilə həyat keyfiyyəti yüksəlir.
Bud-çanaq oynağındakı problem hərəkətin məhdudlaşdırılmasına səbəb olur
Bud-çanaq oynağının anadangəlmə qeyri-sağlam inkişafı və ya sonra meydana çıxan qırıqlar və çıxıqlar; infeksiya, sümük əriməsi, şişlərin olması halında bud sümüyünün daxili səthinə yayılan qasıq ağrısı, şişkinlik, axsayaraq yerimə və oynaqların hərəkətinin məhdudlaşması xəstələrin tez-tez qarşılaşdıqları problemlərdir. Duruş pozğunluğu, axsayaraq yerimə, ayaq uzunluğu bərabərsizliyi, oynaq hərəkətinin məhdudlaşması, bud sümüyü ətrafında ağrı, həssaslıq və şişkinlik müayinə edilməli olan hallardır. Belə şikayətləri olan xəstələrdə erkən diaqnoz və müalicə ilə xəstəni yaxşılaşdırmaq mümkün ola bilər.
Müalicə sahələri hansılardır?
İdmançı zədələnmələri, pediatrik bud-çanaq problemləri, bud-çanaq və ətrafındakı qırıqlar, bud-çanaq artrozlarında artroskopik müdaxilələrdən tutmuş artroplastikaya qədər geniş spektrli müalicə xidmətləri təqdim edir.
Uşaqlarda proqressiv bud-çanaq oynağı çıxığı və böyüklərdə bud-çanaq oynağı çıxığının komplikasiyası
Bud-çanaq oynağında yaranan qığırdaq problemləri
Uşaqlıq və yetkinlik dövrü sümük və oynaq infeksiyaları
Uşaqlıq və yetkinlik dövründə müşahidə edilən sınıqlar və çıxıqlar
Uşaqlıq və yetkinlik dövrü əzələ-skelet sisteminin şişləri
İdmançı Zədələnmələri
Tam Bud-Çanaq Oynağı Protezi
Oynaqlarda protez tətbiqi ümumilikdə degenerasiyaya məruz qalmış oynaq səthlərini xüsusi hazırlanmış süni materiallarla əvəz edərək oynağın pozulmuş funksiyalarını bərpa etmək və ağrıları aradan qaldırmaq məqsədi daşıyan cərrahi üsuldur. Bud-Çanaq protezi əməliyyatında müxtəlif səbəblərdən zədələnmiş oynaq səthləri metal döşəmələr arasına yerləşdirilən keramika və ya polietilen komponentlərlə əvəz olunur. Əgər oynağın yalnız bud sümüyü (femur) hissəsi dəyişdirilərsə, buna qismi (yarım) protez, çanaq sümüyündəki ekvivalenti olan asetebulum dəyişdirilərsə, tam (total) protez adlanır. Degenerativ oynaq xəstəliklərində tətbiq edilən 'total protez'dir.
MAKOplasty® necə işləyir??
Cərrah əməliyyatı planlaşdırmaq üçün fərdin anatomiyasına uyğun modelindən əldə etdiyi məlumatlarla RIO proqram təminatından istifadə edir. Əməliyyat zamanı proqram təminatı implantın optimal yerləşdirilməsi və düzülməsi üçün real vaxt rejimində məlumatlar verir. Robotik qol çuxurunun hazırlanması və implantların yerləşdirilməsinə bələdçilik etməsi üçün istifadə olunur.
MAKOplasty® üstünlükləri nələrdir?
● Əməliyyatdan əvvəl fərdi planlaşdırma edilməsi
● Xəstənin bədən quruluşuna tam uyğun gələn protez hissələrinin əməliyyatdan əvvəl müəyyən edilməsi
● Daha kiçik kəsiklə əməliyyatın aparılması
● Əməliyyat zamanı ətraf toxumaların minimal zədələnməsi
● Əməliyyatdan sonra daha kiçik çapıq izinin əmələ gəlməsi
● Əməliyyat zamanı protez hissələrin optimal yerləşdirilməsi
● Əməliyyatdan sonra ağrılı dövrün daha qısa çəkməsi
● Daha qısa xəstəxanada qalma və əməliyyatdan sonra sağalma müddəti
● Əməliyyatdan sonra bud-çanağın daha təbii hiss edilməsi
● Maksimum və təhlükəsiz bud-çanaq hərəkətlərinin təmin edilməsi
● Əməliyyatdan sonra ayaqlar arasında boy fərqi riskini minimuma endirməsi
● Protezin vaxt keçdikcə daha az yeyilməsi və boşalması
Diz Cərrahiyyəsi və Artroskopiya
Ortopedik baxımdan ən çox problem yaşanan bölgələrdən biri dizlərdir. Bunun səbəbləri; bədənimizin ən uzun iki sümüyünə oynaq olması, geniş hərəkət diapazonu və sümük strukturlarının dayaz olması, dayanıqlılığını yalnız yumşaq toxumalarla təmin etməsi və dizlərin digər oynaqlardan daha çox yükə məruz qalmasıdır.
İdman fəaliyyətlərində bu yük daha çox olur. Qığırdaq toxumasının zədələnməsi, meniskdəki yırtıq və bağların qopması diz sağlamlığını pozur və dizdə ağrı, şişlik, ilişmə və kilidlənmə əmələ gəlir. Sağlam diz ağrımır, kilidlənmir və ya şişmir. Dizinizdə ağrı, şişlik kimi problemlər yaşayırsınızsa, ən qısa müddətdə həkimə müraciət etməlisiniz.
Liv Bona Dea Hospital Diz Cərrahiyyəsi Klinikasında başda idmançılar olmaqla bir çox insanda görülən diz problemləri üçün izolə və çox saylı bağ zədələnmələrinin birincili və ikincili təmiri, menisk yırtığı əməliyyatı və təmiri, xondral və menisk transplantasiyası həyata keçirilir. Diz Cərrahiyyəsi Klinikası xondral transplantasiyası və robot dəstəkli protez tətbiqləri ilə ölkəmizdə aparıcı rol oynayır.
Müalicə Sahələri
● Diz problemləri, əməliyyatı və idman zədələri
● Dizdə cərrahi olmayan müalicələr
● Diz ətrafında idman zədələnmələri
● Diz bağı əməliyyatları
● Diz qığırdağı əməliyyatları, qığırdaq hazırlanmas və transplantasiyası
● Menisk əməliyyatı, təmiri, implantları və transplantasiyası
● Diz ətrafı sınıqlar
● Diz səthini örtmə protezləri, qismi protezlər və tam protezlər
● Sıralanma pozğunluqlarının düzəldici əməliyyatları
MAKOplasty® nədir?
İndiyə qədər MAKOplasty® yalnız ABŞ-da və bəzi ölkələrdə qabaqcıl tibb mərkəzlərində mövcud idi. Liv Bona Dea Hospital bir çox osteoartrit (OA) xəstəsinin həyatını dəyişdirən bu üsulu Azərbaycana gətirir. MAKOplasty® osteoartritin səbəb olduğu oynaq degenerasiyası nəticəsində yaranan ağrıları aradan qaldırmaq üçün nəzərdə tutulmuş robot qolun köməyi ilə dizlərin qismən yenilənməsi prosedurudur. OA-in zədələdiyi dizin bir hissəsini müəyyən edərək hədəf alan cərrah, ətrafındakı sağlam sümükləri və bağları qoruyaraq dizi yeniləyə bilər.
MAKOplasty® Üstünlükləri Nələrdir?
İmplantın ideal şəkildə yerləşdirilməsini asanlaşdırır, əməliyyatdan sonra dizin daha təbii hiss etdirməsini təmin edir.
Ənənəvi diz protezi əməliyyatları ilə müqayisədə sağalma müddəti daha sürətlidir.
Xəstəxanada qalma müddəti azdır.
Daha qısa müddətdə ağrıların aradan qaldırılmasını və gündəlik fəaliyyətə qayıtmağı sürətləndirir.
MAKOplasty® proseduru üçün uyğun namizədlər kimlərdir??
● Diz daxilində və ya xaricində və/və ya diz qapağının altında hərəkət etməklə gələn diz ağrısı
● Oturmuş vəziyyətdən hərəkətə keçdikdə dizdə ağrı və sərtlik
● Ayaqlarda əyrilik əmələ gəlməsi
● Protezdən kənar müalicələrdən fayda əldə edilməməsi
Onurğa Cərrahiyyəsi
Onurğa, büzdüm sümüyü istisna olmaqla, 17 sümükdən ibarət olan strukturdur. Ayaqda dayanmaq və hərəkət etmək üçün əvəzolunmazdır. Onurğa ilə bağlı problemin olması gündəlik həyat fəaliyyətini məhdudlaşdırır. Onurğa problemləri hər yaşda baş verə bilər. Uşaqlıqda skolioz və kifoz kimi əyriliklər; orta yaşda yırtıq və naməlum bel ağrısı kimi degenerativ problemlər; irəli yaşda degenerativ problemlər və sümük əriməsinə bağlı problemlər ön plana çıxır. Onurğa xərçənglərin ən çox metastaz verdiyi sümükdür. Əslində bəzən xərçəngin ilk diaqnozu onun onurğa sütununa yayılması nəticəsində yaranan ağrı ilə qoyulur.
İrəliləmiş deformasiya əməliyyatlarında uğurlu nəticələr
Liv Bona Dea Hospital Onurğa Cərrahiyyəsi Klinikası; degenerativ onurğa problemləri, onurğa əyrilikləri və sınıqları kimi problemlərin müalicəsində Fizioterapiya, Nevrologiya və Neyrocərrahiyyə klinikaları ilə əməkdaşlıq edərək xidmət göstərir. Onurğa cərrahiyyəsində irəliləmiş deformasiya əməliyyatları dünya ortalamasında yüksək komplikasiya nisbəti olan ortopedik əməliyyatlar arasındadır. Liv Bona Dea Hospital Onurğa Cərrahiyyəsi Klinikasında irəliləmiş deformasiya cərrahiyyəsinda heç vaxt komplikasiya nisbəti olmamışdır.
Müalicə sahələri hansılardır?
● İdiopatik skolioz
● Scheuermann kifozu
● Kompleks onurğa deformasiyaları
● Anadangəlmə deformasiyalar
● Erkən başlanğıclı skolioz və maqnit çubuq prosedurları
● Vərəm səkəli kifoz
● Sinir-əzələ deformasiyaları
● Sindromik deformasiyalar
● Onurğanın degenerativ problemləri
● Qəfil ortaya çıxan bel və boyun ağrıları üçün həl yolları
● Minimal invaziv müdaxilələr
● Bel və boyun yırtığı
● Bel fəqərə sürüşməsi
● Onurğa kanalının stenozu
● Yaşlanan Onurğa
● Osteoporoz (sümük əriməsi) müalicəsi
● Osteoporotik onurğa sınıqları
● Onurğa travması (sınıq və zədələnmə) və onunla əlaqədar gec deformasiyalar
● Onurğanın özünün şişləri və onurğaya yayılmış şişlər
● Onurğa infeksiyaları
Onurğa sağlamlığı komanda işidir
33 ədəd onurğa sümüyünün birləşməsindən əmələ gələn onurğa, həm tərkibindəki strukturlara, həm də dəstəklədiyi strukturlara görə sağlamlığın ən əhəmiyyətli göstəricisidir. Liv Bona Dea Hospital Onurğa Cərrahiyyəsi Klinikasında onurğa sağlamlığına 360 dərəcəlik perspektivlə yanaşılır. Onurğa cərrahiyyəsi uzmanı, alqoloq, fizioterapevt və psixiatrdan ibarət Liv Bona Dea Hospital Onurğa Cərrahiyyəsi Klinikasında kompleks baxış strategiyası mənimsənilmişdir. Multidisiplinar yanaşma ilə fərdi müalicə seçimləri təklif olunur.
Ən çox görülən onurğa xəstəlikləri
Bel və ya boyun yırtığı kimi degenerativ onurğa xəstəlikləri
Skolioz və ya kifoz kimi onurğa əyrilikləri
Onurğa nahiyəsinin travmaları
Onurğa şişləri
Onurğa infeksiyaları
Həkimə nə vaxt müraciət etməlisiniz?
Bel ağrısı və ayaqlara yayılan ağrı
Boyun ağrısı, qollara və kürəyə yayılan ağrı
Ayaqlarda keyimə və gücsüzlük
Əllərdə keyimə və gücsüzlük
Çiyin tarazlığının pozulması
Süd vəzi asimmetriyası
Duruş pozğunluğu
Uşaqlarda skolioz (onurğa əyriliyi)
10 yaşından əvvəl uşaqlarda görülən skolioz (onurğanın əyriliyi), tənəffüs problemləri kimi bir çox problemi də özü ilə gətirə bilər. Kiçik yaşlarda başlayan skolioz fiziki inkişafdan asılı olaraq sürətlə irəliləyə bilər. Diqqətli valideynlər uşağının skolioz olub-olmadığını asanlıqla anlayaraq problemin erkən yaşda həll edilməsini təmin edə bilər.
Skoliozun əlamətləri hansılardır?
Kürəkdə tüklənmənin çoxalması, rəng dəyişiklikləri və çuxurlar
Balans problemləri
İrəli əyilərkən kürəkdə çıxıntıların əmələ gəlməsi
Çiyin hündürlüyünün bir-birinə bərarbər olmaması
Beldə ya da ombalarda yan duruş
Gövdə ilə müqayisədə ayaqlarda qeyri-mütənasib duruş