Neyro Check-up

Neyro Check-Up

Neyro Check Up Niyə İcra edilir?

Bədənin digər hissələri kimi sinir sistemi də yaşlanma ilə əlaqədar bəzi funksiyaları yerinə yetirməkdə çətinlik çəkir. Bəzi nevroloji xəstəliklərin diaqnozu yalnız xəstəlik irəlilədikdə qoyula bilər. Neyro Check Up-ın məqsədi sinir sistemindəki mümkün nasazlıqları erkən tanımaq və qarşısının alınması/müalicə variantlarını müəyyən etməkdir.

Nevroloji Check Up Kimlər Üçün Uyğundur?

Sinir sistemi xəstəliyi olan və ya olmayan 50 yaşdan yuxarı şəxslərin ətraflı nevroloji/neyroradioloji və neyrocərrahi qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur.

Neyro Check Up Nə Qədər Davam edir?

Neyro Check Up bir gün ərzində tamamlanır.

Beyin Qanaması və Beyin Şişi Müayinə və Qoruma Proqramı

Beyin xəstəlikləri getdikcə daha çox yayılır. Bu xəstəliklərin bəziləri göstərdiyi əlamətlərlə asanlıqla tanınsa da, bəziləri illərlə simptomsuz qala bilir.

Beyin xəstəlikləri struktur və funksional olaraq iki qrupda qiymətləndirilir. Alzheimer və Parkinson xəstəliyinin əlamətləri asanlıqla tanınır. Ancaq beyin şişi və ya beyin-boyun damar xəstəlikləri bunun nəticəsində inkişaf edə biləcək anevrizma (beyin qanaması) kimi bəzi struktur xəstəliklərinin simptomlar görünənə qədər illər boyu fərqində olmaq mümkün olmur. Simptom göstərdikdə isə ortaya çıxan mənzərə ölüm və ya iflic ola bilər. Ağır nəticələrə səbəb ola biləcək struktur xəstəliklərində erkən diaqnoz üçün beyin müayinəsinin aparılması böyük əhəmiyyət kəsb edir. Xüsusilə, ailəsində beyin şişi, beyin qanaması və ya insult keçirmiş şəxslər, şiddətli baş ağrılarından əziyyət çəkənlər prioritet risk qrupundadır. Serebrovaskulyar xəstəliklərin və şişlərin müalicəsində erkən diaqnoz çox vacibdir. Liv Bona Dea Hospital Beyin Qanaması və Beyin Şişinin Skrininq Proqramı ilə 30 yaşdan yuxarı proqrama müraciət edənlər ətraflı nevroloji müayinədən keçirilir, daha sonra yaşa və risk qrupuna uyğun görüntüləmə üsulları ilə müayinə icra edilir.

Beyin Check Up-ı ilə Bağlı Unudulmamalı olan 2 Məqam;

●    Beyin qanaması və iflic qarşısı alına bilən bir xəstəlikdir.
●    Erkən diaqnoz qoyulduğu halda beyin şişləri çox uğurlu bir şəkildə müalicə edilə bilər.
Bu səbəbdən beyin check up-ı böyük əhəmiyyətə malikdir.

Liv Bona Dea Hospital Beyin Qanaması və Beyin Şişinin Skrininq Proqramı Liv Bona Dea Hospitalda öz sahələrində mütəxəssis olan beyin, sinir cərrahları və nevroloqlar tərəfindən qabaqcıl görüntüləmə üsullarından istifadə etməklə hərtərəfli şəkildə həyata keçirilir.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə