EVAR Nədir? TEVAR Nədir?

EVAR Nədir? TEVAR Nədir?

Texniki olaraq hər iki əməliyyat da eynidir, ancaq EVAR (Endovaskulyar Anevrizmanın Təmiri) əməliyyatında qarındaxili aortadakı anevrizmanın müalicə edilməsi, TEVAR (Torakal Endovaskulyar Anevrizmanın Təmiri) əməliyyatında isə döş qəfəsi içərisində olan aortadakı anevrizmaların müalicə edilməsi prosedurudur. Bu fərq istisna olmaqla, prosedur və müalicə forması eynidir.
Daxili qanaxmanın yaratdığı təhlükənin qarşısının alınması məqsədilə damarın xəstə hissəsinə stent-qreft adlandırılan protez qoymaqla anevrizmanın müalicə edilməsi proseduruna EVAR əməliyyatı deyilir.

Döş qəfəsindən qarın boşluğuna doğru uzanan Aorta ürəkdən çıxan ən böyük arteriyadır. Abdominal Aorta adlandırılan bu damarın qarın boşluğundakı hissəsi anormal şəkildə genişlənir. Zəif xüsusiyyətə malik olan aorta arteriyasındakı anevrizma divarı genişlənərək patlaya bilər. Qan təzyiqinin köməyilə anevrizma divarının diametri nə qədər genişlənərsə, partlama riski də bir o qədər artar. Daxili qanaxmaya səbəb olacaq qədər təhlükəli olan bu vəziyyətə dərhal müdaxilə olunmazsa, ölümlə nəticələnə bilər.

Daxili qanaxmanın yaratdığı təhlükənin qarşısını almaq məqsədilə damarın xəstə hissəsinə stent-qreft adlandırılan protez qoymaqla anevrizmanın müalicə edilməsi proseduruna EVAR əməliyyatı deyilir. EVAR üsulu qarın nahiyəsindəki zədəli damarın müalicə edilməsində effektivdir.

Aorta Anevrizmasının Səbəbləri

Aorta arteriyasının genişlənərək diametrinin 1.5 qatına çataraq balon formasını almasıdır. Döş qəfəsi və qarın boşluqlarında yaranan anevrizmalar qanaxmaya yol aça bilər. Xalq arasında damar sərtləşməsi ya da duzlaşması olaraq bilinən Aorta anevrizması müxtəlif səbəblərdən elastikliyini itirir. 

Bu səbəblər arasında;

•    Genetik faktorlar
•    Yüksək təzyiq səbəbilə damardaxili təzyiqin artması
•    Köklük 
•    Qəza nəticəsində yaranan döş qəfəsi travması
•    Siqaret, alkoqol və narkotik maddə istifadəsi
•    Behçet xəstəliyi kimi iltihabi xəstəliklər
•    Siflis kimi infeksion xəstəliklər

Aorta Anevrizmasının Əlamətləri 

•    Çox vaxt heç bir əlamət göstərmədən ortaya çıxan anevrizmanın ən çox müşahidə olunan əlamətləri arasında şiddətli kürək ağrısı yer alır. 
•    Nəfəs borusuna təzyiq göstərərsə, nəfəs darlığı müşahidə oluna bilər.
•    Qarın ağrısı
•    Ürək ağrısı

EVAR Əməliyyatından Əvvəl Hazırlıq Mərhələsi

•    Angioqrafiya, yəni damar görüntüsünün çəkilməsi
•    Kömpüter tomoqrafiyası ilə maqnit rezonans prosedurunun həyata keçirilməsi
•    Xəstənin EVAR əməliyyatı üçün uyğunluğunun müəyyənləşdirilməsi
•    EVAR əməliyyatı üçün hansı üsulun tətbiq olunacağına qərar verilməsi
•    Əməliyyat zamanı istifadə olunacaq cihaz və materialların müəyyənləşdirilməsi

EVAR Əməliyyatı Necə Olunur?

•    Orta hesabla 2-3 saat arasında davam edən bir əməliyyatdır.
•    Xəstənin vəziyyətinə əsasən ağrı hiss etməməsi üçün ümumi, yerli ya da epidural anesteziya tətbiq olunur.
•    Qasıq nahiyəsindən arteriyaya (femoral arteriya) proglide adlandırdığımız xüsusi qapama kateteri ilə daxil olunur.
•    Xüsusi bir parçadan istifadə edərək örtülən tel qəfəs olan stent-qreft kateterlərə yüklənir.
•    Qapalı halda ikən 9 mm diametrindəki bu tel qəfəslər müxtəlif uzunluğa malikdirlər. 
•    Arteriyadan içəri daxil edilən kateterlər xəstə damara yeridilir. 
•    Tərs Y şəklində stent-qreftlər aorta arteriyasının anevrizma divarına yerləşdirilir.
•    Kateterlər çıxarıldıqdan sonra qasıq nahiyəsi xüsusi tikişlə bağlanılır. 
•    Beləliklə, qan təzyiqinin qarşısını alaraq anevrizma divarının genişlənməsinin qarşısı alınır. 
•    Damarın içərisinə yerləşdirilən stent-qreftlərin sabitlənməsi və birləşmə yerlərindən sızıntının olmaması məqsədilə damar balon ilə genişləndirilir. 
•    1-3 gün müddətində xəstənin yaxşılaşma vəziyyəti təqib edilir. 

 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə