Köpüklə Varikoz Müalicəsi

Köpüklə Varikoz Müalicəsi

Vena divarını zədələmə potensialına malik olan kimyəvi maddənin incə iynənin köməyilə maye və ya son illərdə olduğu kimi köpük şəklində tətbiqinə skleroterapiya üsulu deyilir.

Skleroterapiya nədir?

Skleroterapiya maye şəklində və ya köpük şəklində ola bilər. Skleroterapiyadan sonra ilk günlərdə yüksək təzyiqli corablarla və ya sarğılarla xəstə evə göndərilir. Daha sonra ən az 3 həftə corab istifadəsi prosedurun müvəffəqiyyət şansını artırır. Doppler ultrasonoqrafiyada damarlarda geri qayıdış aşkar edilərsə; xəstə ilə həkim mövzunu təfərrüatı ilə müzakirə etməli və müdaxilənin fayda-zərəri, riskləri və xəstənin gözləntiləri müzakirə olunmalıdır. Müdaxilə olunmayan xəstələr hər gün müntəzəm qaydada varikoz corabı geyinməlidir.

Skleroterapiyaya nə zaman üstünlük verilir?

Skleroterapiyada damar daxilinə inyeksiya edilən maddə damarın daxili divarını yandırır və damarın bağlanmasını təmin edir. Bu prosedurda damarı bağlama nisbəti digərləri ilə müqayisə edildikdə bir az daha aşağıdır. Digərlərinin təmin etdiyi nisbətə çatmaq məqsədilə əlavə seanslar vacibdir. Son illərdə çıxan bir digər üsul da skleroterapiyaya əlavə olaraq damar içinə ultrasəsin müşayiəti ilə bir kateter yerləşdirilməsi və damarın içi  parçalandıqdan sonra dərman verilməsidir.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə