Robotik Bypass

Robotik Bypass Necə Aparılır?

Liv Bona Dea Hospital Ürək və Damar Cərrahiyyəsi Klinikasında robotik bypass ilə qoltuq altından açılan 3 dəlik və sadəcə qabırğa sümüyünün olduğu yerə açılan 4-6 santimetrlik kəsiklə döş sümüyü açılmadan tətbiq etmək mümkündür. Bir kəsikdən yerləşdirilən kamera ilə 3 ölçülü görüntü, 8-10 dəfə daha böyük və aydın görüntü təmin olunur. Bir cərrah robot qollarına cərrahi alətlər taxır, digər cərrah kameranın olduğu konsolda bu alətlərdən istifadə edir.

Ürək və Damar Cərrahiyyəsi Klinikası Xəstəyə Ən Uyğun Müalicə Seçimi Təqdim Edir

Liv Bona Dea Hospital Ürək və Damar Cərrahiyyəsi Klinikasında bütün damar xəstəliklərinin mütəxəssis və təcrübəli cərrahlar tərəfindən dəyərləndirilərək müalicəsi planlaşdırılır. İnvaziv və açıq cərrahi üsullardan müvəffəqiyyətlə istifadə olunaraq ən uyğun müalicə seçimi xəstəyə təqdim olunur. Açıq və qapalı üsulların birləşdirildiyi hibrid prosedurları müvafiq xəstələr üçün müvəffəqiyyətlə istifadə olunur.

Qansız Ürək Əməliyyatı 

Qansız Bypass Nədir?

Liv Bona Dea Hospital Ürək və Damar Cərrahiyyəsi Klinikasında xüsusilə bypass və ürək qapaqcığı əməliyyatlarında istifadə olunan qansız bypass üsulunun köməyilə xəstəyə kənardan əlavə qan köçürülmədən yalnız öz qanı ilə əməliyyat oluna bilər. Bu üsulla kənardan qan köçürülmədiyi üçün infeksiya riski ciddi nisbətdə azalır və qanla keçən bir sıra xəstəlik riski də azalır.

Qansız Bypass Əməliyyatı Necə Aparılır?

Klassik bypass əməliyyatından əvvəl xəstəyə normalda 4-5 vahid qan tapmaq və qan transfuziyası etmək lazım olurdu. Ancaq bir müddətdir ki, dünyada və ölkəmizdə də geniş şəkildə istifadə olunan bu üsulun köməyilə bypass əməliyyatlarında kənardan əlavə qana ehtiyac olmadan xəstənin öz qanı ilə əməliyyat edilə bilir.

Qansız Ürək Əməliyyatı Prosedurları Tətbiq Olunur

Dünyada təxminən 190 xəstəxana ilə birlikdə Liv Bona Dea Hospitalda da qan transfuziyası olmadan “Qansız Ürək Əməliyyatı Prosedurları” tətbiq olunur. Ürək əməliyyatı olan xəstələrin 88%-də qan və qan məhsullarından (TDP, trombosit və s.) istifadə olunmur. Bəzi xəstəxanalarda 2 vahid qan nəqli proseduru “qansız əməliyyat” kimi təsvir olunsa da; Liv Bona Dea Hospitalda isə 0 vahid qan nəqli “qansız əməliyyat” kimi müəyyən edilir.

Qansız Əməliyyat ilə Xəstənin Sağalma Müddəti Qısalır

Qansız əməliyyat xəstənin sağalma müddətini qısaldır və uzunmüddətli qan transferinə bağlı olaraq inkişaf edən ağciyər və böyrək çatışmazlığı, infeksiya və qan transfuziyasına bağlı olaraq müşahidə olunan HIV, hepatit kimi xəstəliklərdən insanı qoruyur. Bundan başqa, əməliyyatdan sonra xəstə daha tez sağaldığı üçün xəstəxanada yatış müddəti də azalır. Aparılan araşdırmalar ürək əməliyyatlarında qan və qan məhsullarının köçürülməməsinin həyatda qalma nisbətini artırdığını göstərmişdir.
 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə