Ürək Qapağı Xəstəlikləri

Ürək Qapağı Xəstəlikləri

Liv Bona Dea Hospital Ürək və Damar Cərrahiyyəsi Klinikasında qapaq əməliyyatları yalnız ya da koronar bypass əsnasında eyni vaxtda həyata keçirilir. Xəstələrin 40%-də öz qapaq toxumaları qorunur və təmir prosedurları tətbiq olunur. Ən uyğun müalicə üsulunun xəstəyə məxsus dəyərləndirilərək müəyyən olunması əsasdır. Qapaq əməliyyatlarında seçiləcək müalicə üsulu üçün xəstənin yaşı, patologiyanın növü və xəstənin seçimi həlledicidir.

Əməliyyatdan əvvəl ətraflı müayinə

Liv Bona Dea Hospital Ürək və Damar Cərrahiyyəsi Klinikasında; əməliyyatdan əvvəl xəstə yönümlü dəyərləndirmə və xəstəyə əməliyyatdakı seçimlərin üstün və mənfi cəhətləri ətraflı bir şəkildə izah olunması ən mühüm məqamdır. İstifadə olunan protez qapaqların təxminən 50%-də qan durulaşdırıcının istifadəsini tələb etməyən bioloji qapaqlardır. Uyğun xəstələrdə kiçik kəsiklərlə, süd vəzi altı və ya qoltuqaltı kəsiklərlə bu əməliyyatlar həyata keçirilir. Robotik cərahi üsullar xüsusilə mitral qapağın izolyasiyalı təmirlərində müvəffəqiyyətlə tətbiq olunur.

Mitral qapaq əməliyyatı

Mitral qapaq iki yarpaqcıqdan yaranan, sol qulaqcıqla sol mədəcik  arasında yerləşən anatomik-funksional bir strukturdur. Liv Bona Dea Hospital Ürək və Damar Cərrahiyyəsi Klinikasında mitral qapaq təmiri və mitral qapaq dəyişdirilməsi əməliyyatları “kiçik kəsik” vasitəsilə robotik texnologiya ilə aparılır.

Aorta qapaq əməliyyatları

Aorta qapağı üç yarpaqcıqdan ibarətdir və qalxan aorta damarının ürəyə bağlandığı yerdə olur. Ürək və Damar Cərrahiyyəsi Klinikasında aorta qapaq əməliyyatları açıq ürək əməliyyatı üsulu ilə ürək və ağciyərlərin dayandırılması formasında aparılarkən uyğun xəstələrdə “kiçik kəsik” vasitəsilə də əməliyyat oluna bilir.

Aorta Anevrizması

Aorta divarının zəifləməsi nəticəsində yaranan AAA (Abdominal Aorta Anevrizması) damarda balon kimi şişkinliyə səbəb olur. Diaqnostika və müalicə aparılmadığı halda, anevrizma böyüyür və zamanla partlayır. Anevrizmalar ən çox döş qəfəsi və qarındakı ana damar olan aorta damarında meydana gəlir. Aorta damarı ürəkdən çıxaraq sıra ilə döş qəfəsi və qarın boşluqlarında aşkarlanır. Orqanlarımıza oksigenli qan daşıyan damarlar aortadan çıxırlar. Bir damar diametrinin normadan 50% çox artması vəziyyəti “anevrizma” adlandırılır. Anevrizma bədəndəki bütün damarlarda ola bilər. Ancaq ən çox aorta damarında görülür.

Son texnoloji üsullarla diaqnoz 

Liv Bona Dea Hospital Ürək və Damar Cərrahiyyəsi Klinikasında anevrizma diaqnozunu qoymaq üçün rentgen, ultrasəs, kompüter tomoqrafiyası, maqnit rezonans görüntüləmə, angioqrafiya kimi üsullardan istifadə olunur. Anevrizmanın müalicəsində qan təzyiqini azaltmaq, qan damarlarını rahatlaşdırmaq və partlama riskini azaltmaq üçün dərman müalicəsindən istifadə oluna bilər. Əgər anevrizma müəyyən diametrdən çoxdursa ya da sürətlə böyüyürsə, partlama riski var deməkdir. Cərrahi müdaxilə vaxt itirmədən olunmalıdır.

Erkən diaqnoz həyati əhəmiyyət kəsb edir

Aorta anevrizmasına erkən diaqnoz qoyulduqda, müalicə edilə bilən bir haldır. Ümumilikdə, əlamət göstərmir. Bu səbəblə, risk altında olan insanların müəyyən aralıqlarla həkimlərlə görüşməsi vacibdir. Abdominal aorta anevrizmasının diametri 5-5,5 sm olarsa, müalicə tələb olunur. Müalicəyə qərar verməzdən əvvəl anevrizmanın partlama riski və mümkün sağlamlıq problemləri nəzərə alınmalıdır. Kürək və ya qarın ağrısına səbəb olan və xüsusilə sürətlə böyüyən kiçik anevrizmalar üçün də müalicəyə ehtiyac ola bilər.

Müalicə necə aparılır?

Qarındaxili aorta anevrizmaları

Liv Bona Dea Hospital Ürək və Damar Cərrahiyyəsi Klinikasında; qasıqdakı damarlardan daxil olaraq qapalı üsulla anevrizmatik hissələr deaktiv edilir və oraya sintetik damar yerləşdirilir. Xəstələr təxminən 3 - 5 gün ərzində xəstəxanada yatır. Sağaldıqdan sonra anevrizmalar tamamilə müalicə edilmiş olur.

Döş qəfəsi boşluğundakı aorta anevrizmaları

Aorta damarının ürəkdən çıxdığı nahiyəsində genişlənmə varsa, açıq ürək əməliyyatı ilə müalicə edilməlidir. Sürətlə böyüyən ya da 5.5 sm-dən çox anevrizmaların yırtılma riski olduğu üçün vaxt itirmədən müalicə edilməlidir. Müvafiq süni damar yerləşdirilərək xəstənin müalicəsi müvəffəqiyyətlə həyata keçirilir. Anevrizmanın diafraqma üzərində olduğu hallarda, yenə də eyni qayda üzrə qapalı üsulla qasıqdan daxil olaraq damar içindən anevrizma deaktiv edilərək müalicə olunur. Xəstələr üzərində aparılacaq dəyərləndirmələrlə anevrizmanın ölçüsü və yerləşməsinə görə xəstələrə açıq və qapalı üsullar birgə şəkildə tətbiq oluna bilir (Hibrid müalicə).

Siqaret anevrizma səbəbi

Hipertenziya, ateroskleroz, siqaret istifadəsi, infeksiyalar (vərəm), travma və genetik meyllilik (ikitaylı aorta qapaq xəstəlikləri, Marfan sindromu), stimullaşdırıcı dərmanların istifadəsi (kokain) anevrizmaya səbəb olan ən çox səbəblərdir.

Disseksiyanın müalicəsi cərrahiyyə

Aorta damarı yırtıqlarına “disseksiya” deyilir. Disseksiyalar anevrizmaya səbəb olan səbəblərdən yaranır. Disseksiyalar anevrizmatik aortalarda yarana bildiyi kimi, normal ölçüdəki aorta damarında da yarana bilər. Disseksiya zamanı aorta damarının təbəqələri ayrılır. Əlamətləri ümumilikdə bel ya da qarında şiddətli “bıçaq batmasına uyğun tərzdə” ağrıdır. Disseksiyanın müalicəsi cərrahiyyədir; endovaskulyar ya da klassik standart boru yerləşdirmə üsulu ilə aparılır.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə