Excimer Lazer

Excimer Lazer (Refraktif Cərrahiyyə) Bölməsi

Excimer Lazer Nədir?

Excimer Lazer texnologiyası miopiya, hipermetropiya və astiqmatizmin müalicəsində istifadə edilən və bütün dünyada refraktiv cərrahiyyədə tətbiq edilən ən geniş yayılmış üsuldur. Lazer əməliyyatı üçün Liv Bona Dea Hospital Göz Xəstəlikləri Klinikasına müraciət edən pasientlərimiz ətraflı göz müayinəsindən (damcılı və damcısız) və əməliyyata uyğunluq dərəcəsini müəyyən etmək üçün ətraflı müayinələrdən keçir. Bütün bunların nəticəsində əməliyyata uyğunluq dərəcəsi müəyyən edilir və uyğun lazer üsulu tövsiyə edilir. 

Excimer Lazer Kimlərə Tətbiq olunur?

•    18 yaşı tamam olmuş, eynək və ya kontakt linza istifadə edənlər
•    Göz dərəcələri, son 1 ildə +/- 0.5 dioptriyadan artıq dəyişməmiş olanlar
•    -10 dərəcəyə qədər miopiyası olanlar
•    -6 dərəcəyə qədər astiqmatizmi olanlar
•    +5 dərəcəyə qədər hipermetropiyası olanlar
•    Kornea qalınlığı kifayət qədər və kornea strukturu uyğun olanlar
•    Diabet, revmatizm kimi sistemik xəstəliyi olmayanlar
•    Gözlərində hər hansı bir başqa xəstəlik olmayanlar (keratokonus, qlokoma və s.)
•    Hamilə olmayanlar
•    İcra ediləcək müayinə və testlər nəticəsində göz strukturu əməliyyata uyğun olan şəxslərə lazer müalicəsi tətbiq oluna bilər.
 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə