Qlokoma (Göz Təzyiqi)

Qlokoma (Göz Təzyiqi)

Gözdaxili təzyiqin artması nəticəsində optik siniri zədələyərək görmə sahəsinin itməsinə səbəb olan xəstəlikdir. Əgər aşkar edilməzsə və müalicə olunmazsa, daimi korluğa səbəb ola bilər. Diaqnozda göz təzyiqi, buynuz qişa qalınlığı, optik sinir lifinin qalınlığının ölçülməsi və görmə sahəsinin müayinəsi son dərəcə əhəmiyyətlidir. Liv Bona Dea Hospital Göz Xəstəlikləri Klinikasında müalicəyə başlayarkən göz təzyiqinin vəziyyəti və nə qədər zərər verdiyi kimi müxtəlif faktorlar qiymətləndirilir. Müalicə dərman müalicəsi, lazer və ya cərrahi müdaxilə kimi uyğun variantla başlayır.

Əlamətləri nələrdir?

Göz təzyiqi adətən erkən dövrdə heç bir əlamət vermir. Xəstəlik yavaş irəlilədiyi və periferiyadan mərkəzə doğru itki olduğu üçün müəyyən görmə sahəsindəki itki hiss olunmur. Erkən diaqnozla qlaukoma inkişafı dayandırıla bilər. Yaranmış optik sinir zədələnməsi qalıcıdır. Diaqnoz üçün ətraflı göz müayinəsi və yuxarıda sadalanan testlər tələb olunur. Nadir qlaukoma növündə ürəkbulanma, qusma, ağrı, bulanıq görmə ola bilər. Bucağın bağlanması göz təzyiqi dediyimiz bu növ xəstələrin kiçik bir hissəsində olduğu üçün digər göz təzyiqi xəstələrində belə əlamətlər olmaya bilər.

Risk faktorları nələrdir?

•    Yaşın irəliləməsi
•    Ailədə qlokoma tarixçəsi
•    Siqaret istifadəsi
•    Şəkər xəstəliyi
•    Yüksək qan təzyiqi
•    Miopiya
•    Uzun müddətli kortizon müalicəsi
•    Göz zədələnmələri

Diaqnoz necə qoyulur?

Tonometr adlanan cihazlarla göz təzyiqinin ölçülməsi, görmə sinirinin zədələnməsinin qiymətləndirilməsi, göz dibinin müayinəsi, görmə sahəsi testi və göz drenaj bucağı müayinəsi, optik sinir və sinir lifi təbəqəsinin araşdıran qabaqcıl üsullar qlaukoma diaqnozu və müalicəsinin planlaşdırılmasında böyük əhəmiyyət kəsb edir.

Müalicə necə həyata keçirilir?

Qlokomanın müalicəsi üç formada aparıla bilər:
•    Dərman müalicəsi
•    Lazer müalicəsi
•    Cərrahi müalicə

Çox müxtəlif cərrahi üsullar mövcuddur. Gözdən artıq mayenin çıxmasını asanlaşdıran yolun açılması, göz mayesinin yaranmasının qarşısının alınması və ya mayenin rezervuar borusuna boşaldılması kimi üsullar tətbiq oluna bilər.







 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə