Endokrin Cərrahiyyə

Endokrin Cərrahiyyə

Liv Bona Dea Hospital Endokrin Cərrahiyyə Klinikalarında; endokrin cərrahiyyə uzmanı, endokrinologiya və metabolik xəstəliklər uzmanı, onkologiya uzmanı, nüvə təbabəti və radiologiya uzmanı xəstəliyin bütün aspektlərinin qiymətləndirildiyi multidisiplinar yanaşma ilə xidmət göstərirlər.

Endokrin Cərraiyyəyə Nələr Daxildir?

Liv Bona Dea Hospital Endokrin Cərrahiyyə Klinikasında; Tiroid və paratiroid vəzinin xoşxassəli xəstəlikləri və xərçəngləri üçün cərrahi müdaxilələr müxtəlif minimal invaziv üsulların köməyi ilə daha kiçik kəsiklər vasitəsilə həyata keçirilir. Bundan əlavə, çapıqsız tiroid əməliyyatı və uzaqdan girişli tiroid əməliyyatı kimi müasir yanaşmalar endoskopik olaraq həyata keçirilir. 

Paratiroid vəzi əməliyyatında minimal invaziv üsullarla birlikdə əməliyyatdaxili parathormon ölçülməsi tətbiq edilir və ən yüksək cərrahi müvəffəqiyyət nisbəti hədəflənir.

Endokrin Cərrahiyyə Klinikasında Müasir Texnologiyalarla Sıfıra Yaxın Komplikasiya

Liv Bona Dea Hospital Endokrin Cərrahiyyə Klinikasında; Ilk növbədə səs tellərini işlədən sinirləri qorumağa yönələn sinir monitorizasiya sistemi olmaqla müasir səhiyyə texnologiyalarından istifadə xəstələrdə əməliyyatdan sonrakı ağırlaşma riskini demək olar ki, aradan qaldırır. Liv Hospitalda total tiroidektomiya və paratiroid adenomasının kəsilməsi əməliyyatı edilən xəstələrin heç birində səs batıqlığı və qalıcı ağırlaşmalar meydana gəlməyib. Bundan əlavə, əməliyyatlarda istifadə edilən üsullar və əməliyyat sonrası çapıqları azaldan dəstəkləyici müalicələrin tətbiqi xəstələrdə ən yaxşı kosmetik nəticələrin əldə edilməsini təmin edir.

Endokrin Cərrahiyyə Klinikasında Rahat Radioaktiv Yod Prosedurları

Tiroid (Qalxanabənzər vəzi) xərçəngi xəstələrinə radioaktiv yodun tətbiq olunduğu otaqlar standart tələblərdən də yüksək rahatlığa malikdir.

Liv Bona Dea Hospital Endokrin Komandası ilə Multidisiplinar Yanaşma

Tiroid düyünləri və xərçəngləri, paratiroid adenomaları və xərçəngləri, böyrəküstü vəzi şişlərinin müalicəsində mükəmməlliyi hədəfləyən Liv Bona Dea Hospital Endokrin Komandası; multidisiplinar Endokrin Konsiliumunda bir araya gəlir və klinikaya müraciət edən xəstələr üçün ən uyğun fərdi müalicə protokolunu müəyyənləşdirir. Liv Hospital Endokrin Xəstəliklər və Tiroid Xərçəngi Konsiliumunda; etik dəyərlərə sadiq qalaraq xəstələrimizə ən az bioloji zərərlə maksimum effektivlik təmin edilməsini hədəfləyən yaxşı tibbi prosedurların tətbiq edilməsinə diqqət yetirilir.
 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə