Hemoroid

Hemoroid

Hemoroid Necə Olur?

Xalq arasında “babasil” kimi tanınan hemoroid xəstəliyi, anal kanalda damarlarla zəngin yastıqcıqların sallanması, şişməsi və qanaxması ilə meydana gəlir. Cəmiyyətdə hər dörd nəfərdən üçündə rastlanan hemoroid xəstəliyi, Liv Bona Dea Hospital Ümumi Cərrahiyyə Klinikasında sadə və cərrahi olmayan üsullarla müalicə edilə bilər.

Hemoroid (Babasil) Nədir?

Hemoroidlər anal kanalda olan damarları, arteriyaları və hamar əzələ liflərini ehtiva edən toxuma yastıqcıqlarıdır. Əslində, hemoroid insan anatomiyasının normal bir hissəsidir və ancaq xəstələrin şikayətləri olduğu zaman müdaxilə etmək lazım olur. Həddindən artıq gərilmə, qarındaxili təzyiqin artması, sərt nəcis, qəbizlik hemoroidin qan tədarükünün artmasına səbəb olur.

Hemoroid Dərəcələri Hansılardır?

1. dərəcəli hemoroidlər gücənəndə anal kanalda çıxıntı yarada bilirlər. 2. dərəcəli hemoroidlər anusdan sallanır ancaq özbaşına sağala bilirlər. 3. dərəcəli hemoroidlər anal kanaldan sallanır və sağalması üçün müdaxiləyə ehtiyac duyulur. 4. dərəcəli hemoroidlər anusdan sallanır, ancaq öz-özünə sağala bilmir və sıxışma riski daşıyır. Birinci və ikinci dərəcəli hemoroid qanaxmaları tez-tez lifli qidalarların,nəcis yumşaldıcı yeməklərin yeyilməsi, maye qebulunun artırılması ilə düzələ bilər. 

Babasil Müalicəsi Necə Olur?

Buraya hemoroid xəstəliyinin erkən (1-ci və 2-ci) mərhələsində simptomları aradan qaldırmaq və xəstəliyin irəliləməsinin qarşısını almaq üçün dərmanlar və həyat tərzi dəyişiklikləri daxildir.

Hemoroid Əməliyyatı Necə Edilir?

Dərman müalicəsi ilə aradan qaldırıla bilməyən şikayətlər və son mərhələ ( 3. və 4.) hemoroidlərdə cərrahi üsula ehtiyac duyula bilər. Şöbədə cərrahi müalicə zamanı klassik əməliyyat üsulları ilə yanaşı lazer müalicəsi də tətbiq olunur.

 Operativ Hemoroid Əməliyyatı

Hemoroidlər üçün çox sayda cərrahi prosedurlar mövcuddur.

Qapalı Üsul

Bu üsula üç hemoroid toxumasının tamamilə çıxarılması və yaranın sorula bilən saplarla tikilməsi daxildir. Prosedur yerli və ya ümumi anesteziya altında həyata keçirilə bilər.

Açıq Üsul

Hər üç hemoroid toxuması tamamilə çıxarılır və yara sağalmağa buraxılır.
Doppler Dəstəyi ilə Hemoroid Damarının Bağlanması
Bu yeni üsul ümidvericidir. Dopplerin köməyi ilə hemoroid toxumasını qidalandıran damar tapılır və bağlanır.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə