Kolorektal Cərrahiyyə

Kolorektal Cərrahiyyə

Kolorektal xərçəng yoğun bağırsaqda (yoğun bağırsağın 150-180 sm uzunluğunda hissəsini təşkil edən əzələli boru) və düz bağırsaqda (yoğun bağırsağın 15 sm-lik aşağı hissəsi) meydana gələn xərçəngdir. Liv Bona Dea Hospital Ümumi Cərrahiyyə Klinikasında erkən mərhələdə aşkar edilən yoğun bağırsaq və düz bağırsaq xərçəngləri yüksək müvəffəqiyyətlə müalicə olunur.

Kolorektal Xərçəng Uzun İllər Ərzində Yavaş-yavaş Böyüyür

Kolorektal xərçənglərin əksəriyyəti çox vaxt polip adlanan kiçik xoşxassəli strukturlar kimi başlayaraq uzun illər ərzində yavaş-yavaş böyüyür. Kolorektal xərçəng adətən qalın bağırsaqda meydana gəlsə də, irəliləmiş mərhələyə çatdıqda metastaz verə və ya digər orqanlara yayıla bilər. Digər orqanlara yayılan kolorektal xərçəng əsasən qaraciyər və ağciyərlərə yayılmağa meyllidir.

Kolorektal Xərçənglər Hansılardır?

Kolorektal xərçənglərin 95 faizindən çoxu adenokarsinomalardır. Adenokarsinomalar yoğun bağırsaq və düz bağırsağın daxili təbəqəsini örtən hüceyrələrin xərçəngləşməsi kimi xarakterizə edilir. Daha az rast gəlinən şiş növlərinə karsinoid şişlər, mədə-bağırsaq stromal şişləri və limfomalar daxildir. Bu nadir növlər başqa yerlərdə öyrənilir.

Yoğun Bağırsaq Xərçəngində Şişin Yarandığı Yer Önəmlidir

Yoğun bağırsağın xərçəngi və düz bağırsaq xərçəngi oxşar xəstəliklər olduğu üçün çox vaxt "kolorektal xərçəng" adı altında qruplaşdırılır. Diaqnostik məqsədlər üçün bir növü digərindən fərqləndirən əsas xüsusiyyət adətən şişin əmələ gəldiyi yerdir. Yoğun bağırsaq xərçəngi ilə düz bağırsaq xərçənginin müalicə üsulları arasında əhəmiyyətli fərqlər var. Sümüklü çanağın dar sərhədlərinə görə düz bağırsaq xərçəngi əməliyyatı çox vaxt yoğun bağırsaq xərçəngi əməliyyatından daha mürəkkəbdir. Bu nahiyədə cinsi funksiyanı və sidik kisəsi funksiyasını idarə edən sinirlər mövcud olduğuna görə bunlara zərər verməkdən mümkün olan qədər çəkinmək üçün diqqətli olmaq lazımdır. Düz bağırsaq xərçənginin cərrahi müdaxilədən sonra residiv vermə ehtimalı çox yüksəkdir.

Kolorektal Xərçəngin Simptomları Gec Anlaşılır

Kolorektal xərçənglər çox vaxt heç bir əlamət (simptom) olmadan ortaya çıxır. Simptomlar müşahidə edilməyə başlandıqda kolorektal xərçəng böyük ehtimalla artıq irəliləmiş olur. Buna görə də, irəliləmiş xərçənglə müqayisədə xəstəliyin erkən mərhələdə aşkarlanması daha müalicə edilən bilən olduğu üçün kolonoskopiya və nəcisdə qan analizləri kimi skrininq testləri tövsiyə olunur. Kolorektal xərçəngin böyük ölçüdə rutin skrininqlə qarşısı alına bilər, çünki kolorektal xərçənglər polip adlanan xoşxassəli sturukturlar kimi ortaya çıxır və əksər poliplər skrininq məqsədilə edilən kolonoskopiya ilə müəyyən edilib çıxarıla bilər, beləliklə də kolorektal xərçəngin yaranma riski xeyli azaldılmış olur.

Yoğun Bağırsaq Xərçənginin Əlamətləri Hansılardır?

●    Düz bağırsağın qanaxması və ya nəcisdə qan
●    Bağırsaq vərdişlərində bir neçə gündən artıq davam edən dəyişiklik (ishal, qəbizlik və ya nəcisin nazik formada çıxması)
●    Qarın ağrısı
●    Defekasiyadan sonra keçməyən, defekasiya etmək üçün tez-tez tualetə getmə ehtiyacının duyulması hissi
●    Zəiflik
 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə