Laparoskopik Cərrahiyyə

Laparoskopik cərrahiyyə

Laparoskopiya nədir?

Xalq arasında qapalı üsulla cərrahiyyə kimi tanınan laparoskopik cərrahiyyə (minimal invaziv üsul) cərrahiyyənin xüsusi tətbiq sahəsidir. Laparoskopiya keçmişdə ginekoloji xəstəliklərin cərrahiyyəsində istifadə edilmişdir; İnkişaf edən texnologiya ilə birlikdə öd kisəsi, mədəaltı vəzi, qaraciyər, mədə və bağırsaq əməliyyatlarında da istifadə edilir.

Laparoskopik Əməliyyat Necə İcra Olunur?

Açıq cərrahiyyədə qarın daxilinə çatmaq üçün qarını tam əhatə edən kəsik açmaq lazımdır; laparoskopik (qapalı) üsulda əməliyyatlar 0,5-1 santimetrlik bir neçə kəsiklə tamamlana bilir. Port yerlərindən qarın içərisinə daxil edilən kanulalar trokar adlandırılır. Trokarlardan qarının içərisini görməyə yarayan kamera və bu üsullar üçün xüsusi hazırlanmış bir çox alət qarın içərisinə daxil edilərək əməliyyatlar tamamlanır. 

Görmə rahatlığını təmin etmək üçün qarının içərisi karbon qazı ilə şişirilərək genişləndirilir. Bununla qarındaxili orqanlar bir-birindən uzaqlaşır və əməliyyatın edilməsi üçün boşluq əldə edilir. Kameradan əldə edilən görüntülər video monitorlar vasitəsilə əməliyyat otağına ötürülür. Əməliyyat zamanı cərrah qarın boşluğundan gələn görüntüləri monitorda izləyir. Bu sistem cərraha ənənəvi üsullarla icra edilən bir çox əməliyyatı çox daha kiçik kəsiklərlə həyata keçirməyə imkan verir.

Laparoskopik Cərrahiyyə Nə dərəcədə Təhlükəsizdir?

Laparoskopik üsullar təcrübəli əllərdə ən azı açıq əməliyyat qədər təhlükəsizdir. Bir çox bağırsaq əməliyyatlarında anesteziya ilə əlaqədar olaraq qanaxma və infeksion ağırlaşmalar (çox az olsa da) baş verə bilər. Bundan əlavə, xəstənin sağlamlıq vəziyyəti və ümumi performansı ağırlaşmalara səbəb ola bilər. Hər hansı bir əməliyyatdan əvvəl cərrahınızla mümkün ola biləcək riskləri müzakirə etməlisiniz.

Laparoskopik Üsulla Edilən Əməliyyatların Üstünlükləri Nələrdir?

Laparoskopik üsullarda qarının tamamilə açılaraq əməliyyat edildiyi prosedurlarla eyni keyfiyyətde onkoloji nəticələr əldə edilir.

Ağrı və əməliyyatdan sonra bəzi bədən funksiyalarının pisləşməsi kimi problemlərə daha az rast gəlinir.
Buna görə də xəstə məmnuniyyəti baxımından daha yaxşı nəticələr əldə edilir.
Ümumi inancın əksinə olaraq kiçik dəliklərdən kameranın köməyi ilə əməliyyatın aparılması açıq əməliyyatdan çox daha aydın və detallı bir baxış sahəsi təmin edir. Bu, əməliyyatın daha az toxuma travması ilə tamamlanmasına imkan verir. Daha az toxuma travması ilə aparılan əməliyyat daha yaxşı onkoloji nəticələr əldə etmək deməkdir.
Əməliyyatdan sonra sağalma açıq cərrahiyədən çox daha sürətli olur. Bu, həm xəstəxanada qalma müddətinin qısalması, həm xəstənin daha tez ayağa qalxması anlamına gəlir. 
Əməliyyatdan sonra xəstə daha az ağrı hiss edir. Qarın nahiyəsində kəsik sahəsi nə qədər kiçik olsa, əməliyyatdan sonra rastlanılan əməliyyat yeri infeksiyası ilə bir o qədər az qarşılaşılır.
Açıq əməliyyatdan daha yaxşı kosmetik nəticələri ola bilər.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə