Mədə Kiçiltmə Əməliyyatı(Sleeve Qastrektomiya)

Mədə Kiçiltmə Əməliyyatı(Sleeve Qastrektomiya)

Kəskin (Morbid) Piylənmə Nədir?

Şəxsin sağlamlığını pozan dərəcədə piylənməsi halına kəskin (morbid) piylənmə deyilir. Burda morbid sözü xəstəlik mənasında istifadə olunur.

Kəskin Piylənmə Həddi Nədir?

Piylənmənin hansı növü və dərəcəsinin sağlamlığımızı pozduğu tam aşkar olmasa da, bu mövzunun daha asan başa düşülməsi üçün bədən kütlə indeksi (BKİ) adlı bir rəqəm müəyyən edilmişdir. Əgər bu rəqəm 40-dan yuxarıdırsa və ya şəkərli diabet ya da yüksək təzyiq kimi xəstəliyin olması halında 35-dən yuxarıdırsa, həmin şəxs morbid artıq çəkili, yəni xəstəlik səviyyəsində artıq çəkidən əziyyət çəkən hesab edilir. Son zamanlar, yalnız BKİ-nin qeyri-sağlam piylənməni təsvir etmək üçün kifayət etmədiyinə dair fikirlər geniş yayılmışdır. Bədən kütlə indeksiniz 40-ın altında olsa da, xüsusilə qarın bölgəsində piylənmə olan insanlarda, yəni bel ətrafı ölçüsü normadan yuxarı olan insanlarda qeyri-sağlam piylənmədən danışa bilərik. Belə insanlarda qaraciyərin normaldan böyük və piyli olma ehtimalı çox yüksəkdir.

Bədən Kütlə İndeksi Necə Hesablanır?

Piylənmə səviyyəsini müəyyən etmək üçün istifadə edilən bədən kütləsi indeksini hesablamaq çox asandır. Çəkinizi boyunuzun kvadratına böləcəksiniz. Tutaq ki, 80 kilo çəkiniz və 1.60 boyunuz var. 1,60-ın kvadratı (1,60X1,60) 2,56-dır. Bu zaman 80-ni 2,56-ya böldükdə ortaya çıxan 31,25 kiloqram/kvadrat metr bədən kütləsi indeksini göstərir.
Az çəkili………..18.5 kg/m²
Normal çəkili……….18.5-24.9 kg/m²
Artıq çəkili……………25-29.9 kg/m²
Piylənmə (Yüngül)……….30-34.9 kg/m²
Piylənmə (Orta)………..35-39.9 kg/m²
Piylənmə (Morbid)………..40 kg/m²

Kəskin (Morbid) Piylənməsi Olan Şəxs Necə Çəki İtirər?

Piylənmənin bilinən ən effektiv müalicəsi şübhəsiz ki pəhrizdir. Sözsüz ki buna sağlam həyat tərzi və idmanı da əlavə etsək ən yaxşı nəticələri almış olarıq. Eyni zamanda aclıq hissinin canlıların strukturunda ən güclü impulslardan biri olduğunu da çox gözəl bilirik. Heç birimiz doymadan süfrədən qalxmağı ya da yeməyimizin yarıda dayandırılmasını qəbul etmərik. Təsəvvür edin ki,bunu həyatınızın qalan hissəsində davam etdirəcəksiniz. Bu, çox ağır yükdür. İstəmədiyimiz halda ömür boyu nələri etməyə davam edəcəyimizə vəd verə bilərik ki! Şiddətli piylənməsi olan birini düşünün. İdeal çəkiyə çatmaq üçün itirilməsi lazım olan bədən çəkisi 60, hətta 90 kq ola bilər. Bu da ikinci bir problemdir. Çatmalı olduğunuz hədəf çox uzaqdadır. Nə qədər çətin olsa da bu qədər çəkini verən, hədəfinə çatanlarımızı da gözləyən daha vacib məsələ əldə edilən çəkini bir ömür sabit saxlamaqdır. Kəskin (morbid) piylənmə problemi olan birindən ömür boyu pəhriz saxlamasını və idman etməsini tələb etməyimizin nə qədər real olduğundan əmin deyiləm. Kəskin piylənmə pəhriz, idman və psixoloji dəstəklə öhdəsindən gəlinməsi çətin olan vəziyyətdir. 

Mədə Kiçiltmə Əməliyyatı Kimə Edilir?

Bədən kütlə indeksi 40-dan çox olan və ya yanaşı xəstəlik olması halında 35-dən yuxarı olan insanlar, digər üsullarla arıqlamaqda müvəffəqiyyətli olmadıqda, cərrahi əməliyyat düşünə bilərlər. Təbii ki, bu əməliyyata qərar verməzdən əvvəl psixiatr və ya psixoloqla məsləhətləşməyinizi istəyirik. Çünki bəzi yemək impuls pozğunluqları əməliyyatdan sonra belə davam edə bilər.
Mədə Kiçiltmə Əməliyyatının Riskləri Nədir?
Zənnimcə, kəskin piylənməsi olan birinin əməliyyat qərarını verərkən yalız rəqəmlərlə yol xəritəsi çəkmək həmişə sağlam nəticə verməyə bilər. Məsələn bədən kütlə indeksi 38 olan, uzun müddət pəhriz saxlayan və idmanla məşğul olan, çəki itirib yenidən alan biri yalnız bədən kütlə indeksi 40-dan yuxarı olmadığı üçün əməliyyat olmamalıdır? Və yaxud insulin istifadəsi tələb olunan şəkər xəstəliyi olan və bədən kütlə indeksi 34 olan biri əməliyyat olmamalıdır? Bu suallara əlimizdəki mövcud kriteriyalarla cavab vermək çətindir. Amerika Metabolik və Bariatrik Cərrahiyyə Cəmiyyəti praktikada bu cür şəxslərə tez-tez rast gəldiyi üçün keçən aylarda internet saytında əlavə açıqlama verməyə ehtiyac duydu. Bu açıqlamada Oksford Universitetinin apardığı 900 şəxsi əhatə edən ümumi 57 araşdırmanın nəticələrinə əsasən BKİ 25-dən yuxarı olan şəxslərdə ölüm riskinin hər 5 xal üçün 30 faiz artdığı bildirilir. Burdakı riskin yaşdan asılı olmayaraq insult, ürək infarktı və şəkərlə əlaqəli olduğu müşahidə edilib. Nəticədə birinci dərəcəli piylənmə, yəni BKİ 30-35 arasında olanlarda belə ömrün 3 il qısaldığı düşünülür. Amerika Metabolik və Bariatrik Cərrahiyyə Cəmiyyəti deyir ki, “Belə bir vəziyyətdə klassik BKİ rəqəmlərindən aşağı olan, lakin xüsusi şəbəblərinə görə əməliyyatdan faydalana biləcək və ömür müddəti uzana biləcək insanları bu həll yollarından  məhrum etməməliyik.”

Mədə Kiçiltmə Əməliyyatı Necə Edilir?

İnkişaf edən texnologiya sayəsində laparoskopik yəni qapalı üsulla qarın divarında açılan kiçik bir neçə dəlik vasitəsilə xüsusi alətlərlə edilən əməliyyatdır. Bu gün ən çox tətbiq edilən üsullardan biri də mədə kiçiltmə (sleeve qastrektomiya) üsuludur.

Mədə Kiçiltmə Əməliyyatından Sonra Neçə Gün Xəstəxanada Qalmaq Lazımdır?

Əməliyyatdan sonra 48 saat xəstəxanada qalmaq yetərli hesab olunur.

Mədə Kiçiltmə Əməliyyatından Sonra İşə Nə Vaxt Qayıtmaq OLar?

Gündəlik həyatına üçüncü gün, iş həyatına ağır fiziki güc istifadə etmirsə, yeddinci gün qayıda bilər.

Mədə Kiçiltmə Əməliyyatından Sonra Çəki İtirmə Sürəti Nə qədərdir?

Xəstələr adətən xəstəxanadan çıxanda həyəcanla 4-5 kilo çəki itirdiklərini bizimlə bölüşürlər. İlk ay onların ən sürətli arıqladıqları dövrdür. Bu müddət ərzində onlar artıq çəkilərinin təxminən 50-60 faizini itirirlər. Arıqlama prosesi 18 aya qədər yavaşlayaraq davam edir. 18 ayın sonunda artıq çəkilərinin təxminən 70 faizindən xilas olurlar. Daha sonra insan pəhriz və idmanla bu prosesi dəstəkləsə, ideal çəkisinə belə çata bilər.

Mədə Kiçiltmə Əməliyyatı Niyə Edilir?

Bu üsula çox üstünlük verilməsinin səbəbi daha az qidalanmağa və tez doymaya səbəb olması, həmçinin qidaların tamamilə həzm sistemi daxilində təbii şəkildə irəliləməsidir. Bu, faydalı vitamin və mineralların sorulmasında çox problem yaratmadığı üçün ömürlük dərman istifadəsinə ehtiyac daha az olur.

Mədə Kiçiltmə Əməliyyatı Laparoskopik Üsulla Edilir

İnkişaf edən texnologiya sayəsində əməliyyat laparoskopik, yəni qapalı üsulla həyata keçirilir. Bu, xəstələrin tez sağalmasına imkan verir. O qədər ki, əməliyyatdan 6 saat sonra ayağa qalxıb yeriyə bilirlər. Bu zamana qədər edilən əməliyyatların əksinə olaraq əməliyyatdan sonra burunlarında xoşagəlməz zondla oyanmırlar. Növbəti gün su və alma suyu içə bilirlər. Üçüncü gün onlar xəstəxanadan çıxıb normal həyatlarına qayıda bilərlər.

Mədə Kiçiltmə Əməliyyatından Sonra Çəki Alınır?

Əməliyyatın müvəffəqiyyətli olmağına xəstələrin əməliyyatdan sonra üstünlük verdiyi qida növlərinin də təsirli olduğunu izah edirik. Kiçilən mədə tutumunuzu zülal və karbohidratlarla doldura bilərsiniz. Xüsusilə karbohidrat əsaslı qidalanan və əməliyyatdan sonra bizimlə uyğunlaşmayan insanlarda kifayət qədər çəki itirməmə problemi ilə nadir hallarda qarşılaşırıq. Bu vəziyyətdə ikinci bypass əməliyyatını əlavə edə bilirik. Duodenal switch adlanan bu əməliyyatdan sonra kökəlmək və ya yenidən arıqlaya bilməmək kimi problem demək olar ki, qalmır.

Mədə kiçiltmə əməliyyatının müvəffəqiyyət dərəcəsi nə qədərdir?

Yaxşı psixiatrik qiymətləndirmədən keçməyən, az sayılı xəstələr bu uğursuz qrupdakı xəstələri ehtiva edir. Növbəti illər ərzində yenidən çəki almaq kimi problem sözsüz ki mövcuddur. Keçmiş çəkinizə qayıtmasanız belə əldə etdiyiniz ən aşağı çəkinin 10 kilo bəzən 20 kilo üstünə çıxa bilirsiniz. 

Mədə Kiçiltmə Əməliyyatında Yaş Həddi Neçədir?

Bu əməliyyat kəskin piylənmə problemi yəni artıq çəkisi olan və pəhriz, idman kimi üsullarla daimi olaraq bu problemindən xilas ola bilməyən hamı üçün uyğundur. Bəzi məhdudiyyətlər qoymağımız lazım gələrsə, bu əməliyyatlar 17-65 yaş arasında aparılmalıdır. Həmçinin, anesteziya ala bilməyəcək qədər ağır sağlamlıq problemləri olanlar üçün uyğun olmaya bilər. Son olaraq, alkoqol və ya narkotik asılılığı və ya psixiatrik problemləri olan insanlar üçün də uyğun olmaya bilər.

Mədə Kiçiltmə Əməliyyatı Nə Vaxt Edilir?

Xəstə ilə konsultasiyamızda bu mövzuda təcrübəli dietoloq və psixoloq da iştirak edir. Əməliyyata qərar verərkən ən mühüm kriteriya xəstənin həkimdən bunu tələb etməsidir. Yəni arıq olmaq xəstələr üçün nə dərəcədə önəmlidir və yaxud artıq çəkili olmaq onların həyatında hansı səviyyədə problemlər yaradır, bu meyarlar bizim üçün çox önəmlidir.

Mədə Kiçiltmə Əməliyyatından Əvvəl Hazırlıq Necə Olur?

Əməliyyat qərarı verdikdən sonra ürək və qan dövranı sistemi, ağciyərlər, ümumi qan analizləri və bəzi hormon ölçmələri aparılır. Bəzi xəstələr geniş yayılmış problem olan yuxu apne sindromunu aşkarlamaq üçün yuxu laboratoriyasına gətirilir. Şiddətli yuxu apne şikayəti olanlar əməliyyatdan bir və yaxud iki ay əvvəl köməkçi tənəffüs dəstək cihazı ilə evlərində əməliyyata hazırlanırlar. Psxioloji qiymətləndirmə də hər zaman etdiyimiz bir prosedurdur. Bu əməliyyatı və əməliyyatdan sonrakı həyatını çox yaxşı dəyərləndirməyəcəyini və yaxud bizi tam şəkildə anlamadığını düşündüyümüz xəstələri psixoloqumuzla görüşdürürük.  Bəzən də yemək impuls pozğunluğu ilə də qarşılaşa bilirik. Bu halda da əməliyyatdan əvvəl psixoloqumuzun nəzarətində pəhriz saxlamaqlarını tövsiyə edirik. 

 Mədə Kiçiltmə Əməliyyatı Olanlar Pəhriz Saxlamalıdırmı?

Pəhriz arıqlamağın ən effektiv yoludur. Biz əməliyyat edirik ki, xəstələr pəhriz saxlaya bilsinlər. Təbii ki, əməliyyatdan sonra asanlıqla doya bildikləri üçün pəhrizlərini rahat şəkildə saxlaya bilirlər. Mədə həcmləri kiçildiyi üçün daha keyfiyyətli qidalarla, yəni zülal əsaslı qidalanmalarını istəyirik.

Mədə Kiçiltmə Əməliyyatından Sonra İdman Edilməlidirmi?

İlk 2 ay gəzinti, üçüncü aydan etibarən fitnes, pilates kimi idman zallarında edilən idman növlərini tövsiyə edirik. Bu, həm çəki itirilməsini asanlaşdırır, həm də bədəndə yarana biləcək sallanmaları azaldır. Üzgüçülük ən çox tövsiyə etdiyimiz idman növüdür.

Mədə Kiçiltmə Əməliyyatından Sonra Diqqət Göstərilməli Nüanslar

●    Xəstə əməliyyatdan sonra toxluq hissini çox yaxşı öyrənməli və buna diqqət etməlidir.
●    Çeynəməyə xüsusi diqqət göstərməli və zülalla zəngin qidalara yönəlməlidir.
●    İrəliləyən vaxtlarda daha uzun müddət tox tutan qidaları müəyyən etməlidir.
●    Birinci və üçüncü aylarda hər hansı vitamin və ya mineral çatışmazlığının olub olmadığını yoxlamaq üçün bəzi qan analizləri edilməlidir.
●    Daimi idmanla məşğul olmaq, xüsusilə də üzgüçülük, həddindən artıq kilo itkisi səbəbiylə bədənin sallanmasını minimuma endirəcək və eyni zamanda balanslı kilo itkisini təmin edəcək. Daimi olaraq idmanla meşğul olunmalıdır.
●    Əməliyyatdan sonra həddindən artıq spirtli içki qəbulundan da çəkinmək lazımdır.

Mədə Kiçiltmə Əməliyyatının Faydaları Nədir?

●    Bu əməliyyatın hamı tərəfindən sevilən yanı qidaların həzm sistemimizdə təbii şəkildə irəliləməsi və bədənə yad cismin daxil edilməməsidir. Bundan əlavə bağırsaqlar əməliyyata daxil edilmədiyi üçün qidanım sorulmasında pozğunluqlara (olduğu halda bir ömür dərman istifadəsinə ehtiyac yaradır) daha az rast gəlinir.
●    Əməliyyatdan sonrakı ilk 6 ayda artıq çəkisinin böyük hissəsini atmış şəxs formada olur, həm sosial, həm fiziki sağlamlıq, həm də ümumi sağlamlıq baxımından böyük qazanclar əldə edir.
●    Gecələr yuxu apnesindən əziyyət çəkən bir çox insan bundan xilas olur
●    Uzun illər uyğun ölçüdə paltar tapa bilmədiyi üçün mağazalara getməkdə tərəddüd edən qadınlar xoşbəxtliklə alış-veriş mühitinə qayıdırlar.
●    Hər şeydən qabaq xəstənin əhval-ruhiyyəsi dəyişir.
●    İlk növbədə özünə inam yaranır.
●    Ayaqlarınız yerə daha sağlam basır.
●    İş həyatınız yaxşılaşır.
●    Sağlamlığınız yaxşılaşır; şəkər xəstəsi olma, xərçəngə tutulma riskiniz azalır.
●    Hərəkət məhdudiyyətlərindən xilas olursunuz.
●    Pilləkənləri rahat şəkildə qalxıb enə bilərsiniz.
●    Qaça bilərsiniz.
●    Övladınızla gəzə bilərsiniz.
●    Yenidən doğulmuş olmaqdan həzz alırsınız.
 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə