Qasıq və Qarın Divarı Yırtıqları Cərrahiyyəsi

Qasıq və Qarın Divarı Yırtıqları Cərrahiyyəsi

Yırtıq Nədir?

Yırtıq qarının ön divarında əmələ gələn zəiflik səbəbilə qarındaxili orqanların xaricə yerdəyişməsidir. Ən çox qasıq nahiyəsində olmaqla göbək ətrafında və ya əvvəlki əməliyyat nahiyəsində kəsik yırtığı kimi də görülə bilər. Daha nadir hallarda da yırtıq göbək üstü səviyyəsindəki defektlərdən və ya qarının yan divarından inkişaf edə bilər.

Yırtıq Növləri Hansılardır?

Bütün yırtıqların 75%-i qasıq nahiyəsindədir. 2/3-si dolayı, qalan hissəsi isə birbaşa qasıq yırtığıdır. Qarın ön divarındakı yırtıqların 15%-i kəsik yırtığı, 10%-i göbək yırtığı, 5%-i isə bud yırtığıdır. Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.

Yırtıq Əlamətləri Nələrdir?

Yırtıq xəstələri adətən yırtıq nahiyəsində şişkinlik, ağrı və kosmetik problemlərlə əlaqədar müraciət edirlər. Kişilərdə xayalara tərəf də şişkinlik ola bilər. Şişkinlik bir neçə həftə və ya daha uzun müddət ərzində əmələ gələ bilər. Bəzən şişkinlik ağır qaldırarkən, öskürərkən, gücənərkən və ya gülərkən ortaya çıxa bilər. Birdən başlayan ağrılar, yırtıq kisəsində sərtlik, ürəkbulanma-qusma, qaz çıxara bilməmə və defekasiya ede bilməmə varsa, bu, bağırsağın bir hissəsinin yırtıqda ilişib qala biləcəyinə işarədir və təcili olaraq həkimə müraciət etmək lazımdır.

Yırtığın Səbəbi Nədir?

Yırtıq əmələ gətirən səbəblərə; 

●    Xroniki öskürək
●    Ağır yüklərin qaldırılması
●    Piylənmə
●    Qəbizlik
●    Prostat böyüməsi
●    Hamiləlik
●    Anadangəlmə birləşdirici toxuma pozğunluqları
●    Qocalıq
●    Keçirilmiş əməliyyat
●    Siqaret çəkmək daxildir.

Yırtıq; hidrosel, varikosel, spermatosel, epididimal kist, xaya şişi kimi xəstəliklərlə qarışdırıla bilər.

Yırtıq olduğunu necə bilmək olar?

Diaqnoz adətən fiziki müayinə ilə qoyulur. Fiziki müayinə zamanı aşkar edilə bilməyən yırtıqlar ultrasəs (USM), kompüter tomoqrafiyası (KT) və ya maqnit rezonans (MRT) görüntüləmə üsulları ilə aşkar edilə bilər. Yırtığı dərman və ya cərrahi olmayan üsullarla müalicə etmək mümkün deyil. Bəzən xalq təbabətində istifadə edilən qasıq bağı kimi üsullar müalicədən uzaqdır və müvəqqəti rahatlıq verir.

Yırtıq cərrahiyyəsi yeganə müalicə üsuludur.

Yırtıq üçün yeganə və müstəsna müalicə üsulu əməliyyatdır. Yırtıq kisəsi daxilinə bağırsaq hissələrinin girib ilişib boğulması halında təcili cərrahi müdaxilə qaçılmazdır. Bu, həm də həyata keçiriləcək əməliyyatın ölçüsünə və vaxtına təsir edəcək. Ona görə də yırtıq defekti böyümədən əməliyyat etmək daha məqsədəuyğundur.

Cərrahi müalicədə 3 əsas üsul var: Açıq, laparoskopik və ya robotik üsulla əməliyyat mümkündür. Açıq üsulda yırtıq üzərində edilən kəsiklə açılma olan yer tapılır və buradan çıxan formasiyalar yenidən qarın boşluğuna yerləşdirilir. Bu hissə bərpa edildikdən sonra sintetik materialdan hazırlanmış mesh-greft-patch adlı materialla möhkəmləndirilir. Yırtıq defekti gərginlik olmadan düzəldilir.

Laparoskopik Yırtıq Əməliyyatı Necə Edilir?

Laparoskopik üsulda isə qasıqdakı yırtıq nahiyəsinə göbəkdən daxil edilən kamera və alətlərlə ya qarının içərisinə girilərək (TAPP) ya da seroz kisə (periton) ilə əzələ arasında olan boşluqdan irəliləyib (TEP) qasığa çatılır. Eyni şəkildə sıxılmış toxumalar öz yerinə yerləşdirilir, bu hissəyə yamaq qoyulur və təmir tamamlanır. Laparoskopik üsulda kəsiklər az olduğu üçün əməliyyatdan sonrakı dövrdə daha az ağrı, rahatlıq və erkən işə qayıtma nisbəti daha yüksəkdir. Əhəmiyyətli bir üstünlük ondan ibarətdir ki, az sayılı kəsiklərə görə daha kosmetik görünür. Xüsusilə ikitərəfli qasıq yırtığı olan xəstələrdə və residiv hallarında laparoskopik metodun üstünlükləri ön plana çıxır.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə