Cinsi Problemlər

Cinsi Problemlər 

Azərbaycanda çox sayda qadın cinsi problemlərinə görə əziyyət çəkir. Sağlam cinsi həyat şəxsin emosional və fiziki ağrı olmadan mənəvi və fiziki cəhətdən yaxşı hiss etdirən cinsi məmnunluq yaşamasıdır. Cinsi problemlərin olması halında normal və sağlam cinsi həyat insanın özünü narazı hiss etdiyi cinsi həyatla əvəzlənir. Bəzən cinsi problemlər o qədər yorucu olur ki, qadının həyat keyfiyyətini pisləşdirir. Bu, təkcə qadının öz həyatına təsir etmir; onun partnyoru ilə münasibətinə və partnyorunun cinsi həyatına təsir edir.

Ən effektiv və təhlükəsiz müalicə seçilir

Liv Bona Dea Hospital Qadın Xəstəlikləri və Doğuş Klinikasında qadın cinsi disfunksiyalarının diaqnostikası və müalicəsi cinsi tibb həkimi tərəfindən həyata keçirilir. Qadın seksuallığını müalicə etmək hər qadının özünəməxsus vəziyyətini anlamaq üçün vaxt ayırıb səy göstərmək, həmin qadın üçün ən təsirli, təhlükəsiz və tibbi müalicəni seçmək deməkdir.

Xəstəliklərlə cinsi əlaqə arasında necə əlaqə var?

Yüksək qan təzyiqi, şəkərli diabet, hormonal xəstəliklər, nevroloji xəstəliklər, xərçənglər, ginekoloji xəstəliklər, depressiya kimi bir çox xəstəlik cinsi sağlamlığa təsir edir. Bundan əlavə, radioterapiya, kimyaterapiya, təzyiq dərmanlarından allergiya dərmanlarına, kontraseptivlərə qədər bir çox dərmanlar qadınların cinsi həyatına mənfi təsir göstərir.

Cinsi əlaqənin xəstəliklərə təsiri xəstələrin çoxunun soruşmaqdan çəkindiyi mühüm məsələdir. Məsələn, xərçəng müalicəsi alan, ürək əməliyyatı olan, ginekoloji cərrahiyyə əməliyyatı keçirən qadınlar üçün yenidən təhlükəsiz cinsi əlaqəyə başlamağın vaxtı kimi.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə