Ginekoloji Onkologiya

Ginekoloji Onkologiya

Uşaqlıq xərçəngi

Uşaqlıq xərçəngi olan xəstələrin 85%-ni bu xəstəliklə bağlı problem yaşamırlar. Adətən yalnız əməliyyat kifayət edir. Kiçik bir qrup xəstədə radioterapiya (şüa terapiyası) və ya kimyaterapiya tələb oluna bilər. Əməliyyatda uşaqlıq, yumurtalıqlar, ətrafdakı limfa düyünləri və qarın piy toxuması çıxarılır. Uşaqlıq xərçəngi əməliyyatları qarından və ya bütün endoskopik üsullarla edilə bilər. Nadir də olsa, uşaqlıq yolu xərçəngi çox erkən diaqnoz qoyulduqda və uşaq istəyən gənc qadınlarda dərmanlarla müalicə edilə bilər.

Yumurtalıq Xərçəngi

Yumurtalıq xərçənginin müalicəsində qızıl standart, təcrübəli bir ginekoloq onkoloq tərəfindən edilən və geridə görünən bir şiş qoymadan həyata keçirilən ilk əməliyyatdır. Bu əməliyyat uşaqlığın, hər iki yumurtalığın, uşaqlıq borularının, ətrafdakı limfa düyünlərinin, qarın piy toxumasının və yumurtalıq xərçənginin yayıldığı orqanların bir hissəsinin çıxarılmasını əhatə edən hər tərəfli prosedurdur. Əgər şiş erkən mərhələdədirsə, kiçikdirsə və yumurtalıq ilə məhdudlaşırsa, laparoskopiya ilə uşaqlıq, yumurtalıqlar, qarın piy toxuması və limfa düyünləri çıxarıla bilər.
Yumurtalıq xərçəngi çox erkən mərhələdə aşkar edilərsə və ya gənc yaşda görülən bəzi yumurtalıq xərçəngi növlərində əməliyyatda digər yumurtalıq və uşaqlıq buraxılır; hələ doğuş etməyən qadınlarda və ya gənc qızlarda uşaq sahibi olma qabiliyyəti və hormon istehsalı qorunub saxlanır.

Uşaqlıq boynu (Serviks) xərçəngi

Mikroskopik səviyyədə olan uşaqlıq boynu xərçəngi yalnız uşaqlıq boynunun çıxarılması ilə müalicə edilməsi mümkündür. Uşaq sahibi olmaq istəyən gənc qadınlarda 4 sm-dən kiçik və ətrafa yayılmayan şişlərdə vaginal və ya qarından açıq və ya endoskopik (laparoskopik) üsullarla uşaqlıq gövdəsi qorunaraq əməliyyat aparıla bilər.
Yan tərəfə yayılmayan uşaqlıq boynu xərçəngində yüksək müvəffəqiyyətli əməliyyat mümkündür. Bu əməliyyatlar çox radikal əməliyyatlardır və açıq, ya da endoskopik üsulla həyata keçirilə bilər. Bundan əlavə, qarın daxili sinirləri qoruyaraq erkən dövr sidik şikayətlərinin qarşısı alına bilər.

İldə Bir Dəfə Yaxma (Smear) Testi

Erkən müdaxilə edilərsə, ginekoloji xərçənglərdə müvəffəqiyyət nisbəti olduqca yüksəkdir. Beləliklə, insanlar ana olmaq şansını itirmədən müalicə oluna bilirlər. Ginekoloji xərçənglər; uşaqlıq, uşaqlıq boynu, yumurtalıq, vulva və vagina daxil olmaqla, bütün qadın reproduktiv orqanlarını əhatə edir. Onlar anatomik olaraq bədənimizin ən ucqar küncündə yerləşdiyi üçün uşaqlıq boynu xərçəngi istisna olmaqla, bu orqanlarda xərçəngi ilkin mərhələdə aşkar etmək asan deyil. İnsan bədənində müəyyən xərçəng növləri üçün skrininq testi tətbiq olunur. Bu çərçivədə erkən diaqnozun ən çox mümkün olduğu ginekoloji xərçəng növü uşaqlıq boynu xərçəngidir. Uşaqlıq boynu xərçənginə qarşı illik edilən pap-smear testi çox müvəffəqiyyətli nəticələr verir.

Müntəzəm Olaraq Kontrollara Getmək Çox Önəmlidir

Cinsi aktiv olmağa başladıqdan sonra qadınlar ildə bir dəfə adi ginekoloji müayinədən keçməlidirlər. Bu zaman pap-smear testlərinin edilməsi də faydalı olardı. Müntəzəm yoxlamaların və analizlərin olması halında xərçəngin irəli mərhələyə keçmədən diaqnoz qoyulması və buna uyğun olaraq müalicənin planlaşdırılması və xəstənin sağ qalma ömrünün uzadılması kimi məsələlər paraleldir. Bu səbəblə xərçəngin orqanla məhdud vəziyyətdə olduğu zaman uzaq toxumalara keçmədən əvvəl diaqnozunun qoyulması böyük əhəmiyyət kəsb edir.
Qadın xərçəngləri arasında ginekoloji xərçənglər dördüncü yerdədir. Hər il 70 min qadına xərçəng diaqnozu qoyulur. Bu nisbətin təxminən üçdə biri ölümlə nəticələnir.

Müalicə Xərçəngin Növünə Əsasən Dəyişir

Hər xərçəng növünə görə müalicə fərqli olsa da, cərrahiyyə əsas müalicə üsullarından biridir. Erkən diaqnozda cərrahi müdaxilə tək olaraq adekvat müalicə ola bilər. Uşaqlıq boynu xərçənglərinin ilkin mərhələsində uşaqlıq boynu sadə bir əməliyyatla çıxarıla bilər. Bunun xaricində xəstəliyin yayılması halında, kimyaterapiya və radioterapiya alternativ müalicə üsulları kimi istifadə olunur.
Bəzi irəliləmiş uşaqlıq boynu xərçənglərində radioterapiya əməliyyatdan əvvəl aparılır. Bir sözlə, müalicə xəstə və xəstəliyin vəziyyətinə əsasən təyin edilir.





 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə