Labia Estetika

Labia (Cinsiyyət Dodağı) Estetika

Hər bir qadın özünü hər cəhətdən gözəl hiss etmək istəyir. Özünə inamlı və sağlam hiss etmək və bədənindən əmin olmaq istəyir. Bədəninin bəyənmədiyi hissələri olan qadın onu düzəltmək üçün axtarışa çıxır. Məlumdur ki, genital estetik əməliyyat etdirmiş qadınların özünə inamı artar, əlaqədə daha rahat olduqları üçün əlaqədən həzz almaqları artır və paralel olaraq orqazm sayı artdığı üçün daha asan orqazm olur.

Bu axtarışlarda genital bölgə hər zaman utanma hissi ilə ayıb, günah kimi qəbul edilərək arxa plana çəkilmişdir. Bu gün qadınlar öz bədənlərini daha yaxşı tanıyır, qadağalardan xilas olur və gözəlliyi bütövlükdə dərk edirlər. Günümüzdə seksuallığa baxışın dəyişib genişlənməsi ilə cinsiyyət orqanının estetikası daha çox önəm kəsb etməyə başlayıb və qadınlar bu problemlərinin həll yolları üçün axtarışa çıxıblar.

Labia estetik (genital dodaq kiçiltmə) əməliyyatlarının bakirə qızlara edilməsinin heç bir məhdudiyyəti yoxdur. Adətən, gənc qızlarda asimmetriya görülür. Qızlıq pərdəsi daxili dodaqlardan 3-4 sm daxildə olduğu üçün əməliyyat heç vaxt qızlıq pərdəsinə zərər vermir. Qadının hamilə qalmasına və ya doğuşuna mane olmur. Doğuş etmiş və ya etməyən qadınlarda cinsi həzzi artırmaq üçün vagina daraltma əməliyyatları edilə bilər.

Labial Estetik Əməliyyat;

●    Daxili dodaqların normaldan çox böyük olması, aşağı sallanması, asimmetrik görünüşü,
●    Cinsi əlaqə zamanı iri və sallanmış daxili dodaqların vaginaya daxil olması səbəbilə yaranan sürtünmə və qıcıqlanma nəticəsində yaranan ağrı,
●    Aktiv idmanla məşğul olan qadınlarda iri və sallanan daxili dodaqların sürtünməsi nəticəsində yaranan qıcıqlanma və ağrı,
●    Cinsi orqanın estetik görünüşünün yaxşılaşdırılması qadınların özünə inamının artmasına, yaxşı hiss etməsinə və cinsi əlaqədən daha çox həzz almasına kömək edir. Bu səbəblə genital estetik əməliyyatlar (labioplastika, vaginal daraltma) qadınların xoşbəxt olmaqlarını önləyən mühüm problemi həll etmiş olur.

Genital bölgənizdə hiss etdiyiniz mənfi düşüncələri utanmadan və sıxılmadan ginekoloqunuzla danışa bilməlisiniz. Unutmayın, ginekoloqlar bu mövzuda təlim keçmiş və bu mövzuda sizə kömək etmək üçün çalışan həkimlərdir. Genital bölgənizdə şikayət etdiyiniz problemlər təcrübəli bir həkim tərəfindən edilən müdaxilə və əməliyyatla düzəldilə bilər.

Bu və bunun kimi problemlərlə xəstəxanaya müraciət etdiyiniz hallarda müraciətinizin səbəbi və sizə aid bütün məlumatlar qanuni hüquqlarınız çərçivəsində tam məxfi saxlanılacaq. Xəstə məxfiliyinə əsasən şikayətiniz, xəstəliyiniz və müalicəniz barədə üçüncü şəxslərə məlumat verilmir.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə