Menopauza

Menopauza

Liv Bona Dea Hospital Menopauza Klinikasında menopauza müalicəsinin məqsədi; menopauza ilə bağlı şikayətlər (istilənmə, tərləmə, ürək çırpınması, yuxunun pozulması, diqqətin yayınması, cinsi istəksizlik), postmenopauzal qadınlarda (menopauzadan sonrakı illər) meydana gələn osteoporoz, ürək-damar xəstəlikləri (koronar ürək xəstəliyi, insult, venoz tromboemboliya (VTE)), şəkərli diabet, mental vəziyyət, depressiya, idrak çatışmazlığı və demensiya pozğunluqlarını aradan qaldırmaq.

Simptomları hansılardır?

Yumurtalıq fəaliyyətinin itirilməsi nəticəsində menstruasiya qanamasının qalıcı olaraq kəsilməsi anlamına gələn menopauzada istilənmə, tərləmə, yuxu problemləri, əhval-ruhiyyə pozğunluqları, cinsi əlaqənin azalması, vaginal quruluq, ağrılı əlaqə, sidiyə çıxmaqda çətinlik, tez-tez sidiyə getmə, sümük əriməsi kimi əlamətlər görülə bilər.

Fərdi müalicə

Menopauza əlamətlərinin nə qədər davam etməsi insandan insana dəyişir. Bəzi insanlarda bu qısa müddət çəksə də, bəzilərində 10 ilə qədər davam edə bilər. Simptomlar orta hesabla 3 ildən 5 ilə qədər davam edir. Menopauza Klinikamızda; istilənmə və s. şikayətlər üçün bəzi xəstələrdə istifadə edilən hormon əvəzedici müalicələr və osteoporoz müalicəsi ən çox icra edilən müalicə prosedurlarıdır

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə