Vaginal Estetika

Vaginal Estetika

Cinsi orqanın estetik görünüşündən məmnunluq qadınların özünə inamının artmasına, özünü yaxşı hiss etməsinə və cinsi əlaqədən daha çox həzz almasına kömək edir. Bu səbəblə genital estetik əməliyyatları (labial (cinsiyyət dodağı) estetika, vaginanın daraldılması) qadınların cinsi xoşbəxtliyə çatmasını təmin edir. Cinsiyyət orqanlarının plastik əməliyyatından sonra qadınların özünə inamı artır, cinsi əlaqədə daha rahat olur, münasibətdən daha çox həzz alır və bununla paralel olaraq orqazm sayı da artır, daha asan orqazm olur. Əməliyyatlarda öz-özünə sorulan tikişlərdən istifadə edildiyi üçün əməliyyatdan sonra iz qalmır. İz qalmadığı üçün əməliyyat olunduğunuz anlaşılmır. Bu cür əməliyyatlar hamilə qalmaq və ya doğuş etmək baxımından heç bir risk daşımır.
 
Genital bölgə həmişə utanma hissi, ayıb, qadağa, həya, günah kimi düşüncələrlə arxa plana çəkilib. Bu gün qadınlar öz bədənlərini və gözəlliklərini bütövlükdə qəbul edirlər. Seksuallığa baxışın dəyişdiyi və genişləndiyi müasir dünyada cinsiyyət orqanlarının estetikası çox önəmlidir.

Vagina daraltma prosedurları qadınların cinsi xoşbəxtliyini təmin etdiyi üçün bu prosedurlara çox üstünlük verilir. Cinsi orqan estetik əməliyyatlları evli, subay, doğuş etmiş və ya etməyən, bakirə və ya bakirə olmayan bütün qadınlara güvənlə edilə bilən əməliyyatlardandır. Cinsiyyət orqanları 20 yaşında yetkinləşir və inkişafını tamamlayır. Bu səbəblə cinsi orqanın estetik əməliyyatlları 20 yaşından əvvəl edilməməlidir. 20 yaşından sonra istənilən yaşda edilə bilər, yuxarı yaş həddi yoxdur. Qadının ehtiyac duyduğu hər an edilə bilər. Digər əməliyyatlarla eyni seansda edilə bilər.
 
Qadının seksuallığa baxışına təsir edən bir çox faktor var. Xüsusilə cinsi orqanın görünüşündən narazılıq, cinsi əlaqədən kifayət qədər həzz almama, qadınların psixoloji özünə inamının olmaması səbəbindən şüuraltında baş verən bütün problemlər cütlüklər arasındakı ünsiyyətə təsir edir. Evliliklərin dağılmasında çox önəmli faktordur.
Bu səbəblə sağlam cinsi həyat, cinsi xoşbəxtlik evlilikləri xilas edə bilər.

Hansı səbəblərə əsasən vagina daraltmaya ehtiyac var?

●    Hamiləlik və doğuşlara görə vaginanın boşalması və genişlənməsi,
●    Vaginadan qaza bənzər səslər çıxması,
●    Vagina darlığı,
●    Doğuş səbəbilə yaranan yırtıqlar,
●    Vagina nahiyəsində anadangəlmə anomaliyalar,
●    Qızlıq pərdəsi problemləri; qızlıq pərdəsinin yırtılması, qızlıq pərdəsinin darlığı kimi problemlər
●    Sidik kisəsinin sallanması və bununla bağlı tez-tez sidiyə getmə istəyi, sidiyə getdikdən qısa müddət sonra yenidən sidiyə çıxma hissi, sidiyin tam çıxmaması hissi, sidik qaçırma kimi sidiklə əlaqəli problemlər.
●    Nəcis torbasının sallanması ilə yaranan qəbizlik, vaginada dolğunluq hissi, əllə toxunduqda dolğunluğun hiss edilməsi, əli ilə vaginaya basaraq nəcisi boşaltmaq istəyi.

Cinsiyyət orqanlarında estetik əməliyyat etdirmiş qadınların özünə inamı artır, cinsi əlaqədə daha rahat olur, cinsi əlaqədən həzz alma artır və paralel olaraq orqazm sayı da artır və daha rahat orqazm olur.

Əməliyyatlarda öz-özünə sorulan tikişlərdən istifadə edildiyi üçün əməliyyatdan sonra iz qalmır. Tikişlərin çıxarılmasına ehtiyac yoxdur. İz olmadığı üçün əməliyyat olunduğunuz başa düşülmür. Bu cür əməliyyatlar hamilə qalmaq və ya doğuş etmək baxımından heç bir risk daşımır. Hər cərrahi əməliyyatda rast gəlinə bilən qanaxma, infeksiya və ya ödem də bu əməliyyatlarda meydana gələ bilər. Bununla belə, gigiyena qaydalarına riayət olunarsa və lazımi baxım göstərilərsə, bu halların baş verməsi olduqca nadirdir. Yaranın sağalması 4-6 həftə çəkəcəyindən, heç bir çapıq qalmaması və əməliyyat olunduğunuzun anlaşılmaması üçün evlənmədən 2 ay əvvəl genital estetik əməliyyat etdirməyiniz məsləhət görülür. Yaralarınızın sağalması tamamlanana qədər cinsi əlaqənin məhdudlaşdırılması tövsiyə olunur. Bu müddət təxminən 40 gündür.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə