Anemiya

Anemiya

Anemiya Nədir?

Anemiya qırmızı qan hüceyrələrində oksigeni daşıyan hemoqlobin adlı maddənin yaşa və cinsə görə normal səviyyədən aşağı olması kimi müəyyən edilir. Yetkin qadınlarda hemoqlobin səviyyəsinin qəbul edilən həddi 12 q/dl-dir.
Anemiya Xəstəliyi Hansı Şöbə ilə Əlaqəlidir?
Anemiya bu qədər geniş yayılmış hal olsa da, təəssüf ki, xəstələrin əksəriyyəti diaqnostika və müalicəsində problem olduğundan qan azlığı problemi olduğunu, müxtəlif qan dərmanlarından istifadə etsələr də qan azlığının yaxşılaşmadığını söyləyərək hematoloji poliklinikalara müraciət edirlər.

Anemiya Niyə Yaranır?

Ən geniş yayılmış anemiya səbəbi dəmir çatışmazlığıdır. Bunun ardınca talassemiya və dərman istifadəsi gəlir.
Anemiya Əlamətləri Nələrdir?
Aşağıdakı şikayətlər ortaya çıxan anemiya xəstəliyinin əlamətləridir;

●    Yorğunluq
●    Hərəkət edərkən, pilləkanla qalxarkən, yeriyən zaman, iş görərkən nəfəs darlığı
●    Tükənmişlik
●    Əsəbilik
●    Depressiya
●    Baş ağrısı
●    Başgicəllənmə

Zəiflik, yorğunluq, sürətli ürək döyüntüsü və iş zamanı nəfəs darlığı ən çox rast gəlinən şikayətlər arasındadır. Anemiyanın sürətlə inkişaf etdiyi hallarda, məsələn, bədbəxt hadisələr və ya qəfil mədə qanaxmaları nəticəsində ağır yaralanmalarda, yuxarıda qeyd olunan əlamətlərdən başqa, huşunu itirmə, şok, hətta koma da yarana bilər. Bu cür əlamətlər anemiyanın demək olar ki, bütün səbəblərində müşahidə oluna bilər. Dəmir qırmızı qan hüceyrələri ilə yanaşı dəri və selikli qişaları əhatə edən hüceyrələr üçün də lazımlı bir maddə olduğundan, onun çatışmazlığında aşağıdakı əlamətlərə rast gəlinə bilər;

●    Dodaq kənarlarında çatlar
●    Saç tökülməsi
●    Dəridə quruluq
●    Bəzən qaşıntı ilə birlikdə udmada çətinlik
●    Dırnaq pozuntuları

Dəmir Çatışmazlığı Anemiyasına Kimlərdə Rast gəlinir?

Qadınlarda dəmir çatışmazlığı anemiyasının səbəbləri menstrual qanaxma və hamiləlikdir. Menstrual qanaxma üç gün davam etməli, dördüncü və beşinci günlərdə isə tamamilə bitməlidir. Körpənin ana bətnində inkişafı nəticəsində hamilə qadınlarda dəmirdən istifadə artır. Bu vəziyyət laktasiya dövründə də davam edir və anaların dəmir depoları limitdə olarsa, ağır dəmir çatışmazlığı anemiyası müşahidə edilir. Belə hallarda hamilə qadınların anemiya inkişaf etməmişdən qabaq profilaktik məqsədlər üçün dəmir həbləri və fol turşusu vitaminlərindən istifadə etmələri tövsiyə olunur. Risk altında olan digər qrup ətlə az qidalananlar və vegetarianlardır. Dəmirlə zəngin qidaların normal miqdarda yeyilməsi dəmir çatışmazlığının qarşısını almaq üçün vacibdir.
Lakin qanaxmanın uzun müddət davam hallarda bu qidalar dəmir depolarının boşalmasının qarşısını ala bilməz.
 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə