Hipertenziya

Hipertenziya Nədir?

Böyük təzyiq və ya kiçik təzyiqdən birinin normadan çox olması hipertenziya kimi qəbul edilir. Sağlamlıq mərkəzində qan təzyiqinin ölçülməsində böyük təzyiqin 140 mm.c.s. və ya kiçik təzyiqin 90 mm.c.s.-dan çox olduğu aşkarlanarsa, yüksək təzyiq kimi qəbul edilir. Yəni böyük və ya kiçik təzyiqdən birinin yüksək olması hipertenziya diaqnozu üçün kifayətdir.

Hipertenziya və Duz

Həddindən artıq duz istehlakı hipertenziyaya səbəb olur. Ölkəmiz Dünyada ən çox duz istehlak edən ölkələrdən biridir. Türk Hipertenziya və Böyrək Xəstəlikləri Dərnəyi tərəfindən 2008-ci ildə aparılan SALTURK araşdırmasına əsasən gündə təxminən 18 qram duz qəbul edirik (kişilərdə 19 qram, qadınlarda 17 qram). Gündə 18 qram duz istehlakı böyrək xəstələrinə, qan təzyiqi yüksək olan xəstələrə, hətta sağlam fərdlərə icazə verilən duz miqdarından 3 dəfə daha çoxdur.

İstər sağlam olsun, istərsə də olmasın sağlam ömür sürmək istəyən hər kəs gündəlik duz qəbulunu 5-6 qramla məhdudlaşdırmalıdır. Duzsuz həyat düşünülə bilməz, ancaq 5000 il öncə yaşayan insanların gündəlik duz istehlakı 100 mq, yəni 18 qramın 180-də biri olduğu nəzərə alınarsa, gündə 5-6 qram duz istehlakı belə çox ola bilər.

Türk Hipertenziya və Böyrək Xəstəlikləri Dərnəyi tərəfindən 2012-ci ildə aparılan SALTURK2 araşdırmasına əsasən yemək bişirilərkən əlavə olunan duz və çörəkdəki duz ən mühüm duz mənbələrimizdir.

Hipertenziya və Böyrək

Hipertenziyanın inkişafında böyrəklərin rolu çox mühümdür. Hipertenziyası olan xəstədə altda yatan böyrək xəstəliyinin olma ehtimalı təxminən 5% təşkil edir. Bu səbəblə, bütün hipertensiv xəstələr böyrək xəstəlikləri baxımından müayinə olunmalıdır. Hipertenziyası olan xəstədə böyrək xəstəliyinin aşkarlanması böyrək xəstəliyinin erkən diaqnostika və müalicəsinə də imkan yaradır. Bəzi hallarda, hipertenziya da böyrək xəstəliyinə səbəb ola bilər; bunun hipertenziya yaxud böyrək xəstəliyinin olmasını əvvəlcədən ayırd etmək çətin ola bilər.

Hipertenziyanın Müalicəsi

Hipertenziyanın müalicəsi 3 mərhələdən ibarətdir; altda yatan, yəni yüksək təzyiqə səbəb olan xəstəliyin müalicəsi (əgər varsa), həyat tərzi dəyişiklikləri və dərmanlar.

Yüksək təzyiqə səbəb olan xəstəliyin müalicəsi (məsələn, böyrək damarlarında daralma varsa, darlığın bərpası) və çəkinin çox itirilməsi, duz qəbulunun azaldılması kimi həyat tərzi dəyişiklikləri ilə qan təzyiqinin nəzarət altına alınmasına üstünlük verilir, amma xəstələrin çoxu, təəssüflər olsun ki, dərman istifadəsinə ehtiyac duyurlar.

Hal-hazırda hipertenziya xəstələri şanslıdırlar, çünki dərmanın alternativi çoxdur, əgər olarsa, yan təsirlərin çoxu yüngül olur və dərmanların çoxundan gündə tək doza istifadə etmək uyğun hesab olunur. Sağlam xəstə-həkim əlaqəsi ilə xəstə üçün ən uyğun dərman müəyyən olunur.

Şəkər Xəstəliyi və Hipertenziya

Şəkər xəstəliyi də hipertenziya kimi cəmiyyətdə geniş yayılmış xəstəliklərdən biridir.

Şəkər xəstələrində hipertenziya riski daha çoxdur. Şəkər xəstəliyi ilə hipertenziya arasında bir çox ortaq nöqtə vardır:

●    Bir çox xəstədə ikisi bir arada mövcud olur
●    Hal-hazırda ikisi də həyat tərzi səbəbilə geniş yayılmışdır
●    İkisi də damarlara təsir göstərərək arterioskleroza (damar sərtliyi) səbəb olur
●    Bir-birilərinin damarlara/orqanlara zərərverici təsirini artırırlar
●    İkisi də metabolik sindromun hissəsidir
●    Köklük (piylənmə) ikisinin də yaranmasını asanlaşdırır

Xəstələrin xəstəlikləri haqqında doğru məlumatlandırılması ikisində də çox əhəmiyyətlidir.

Şəkər xəstələrində hipertenziyanın müalicəsi və seçiləcək dərmanlar bəzi xüsusiyyətlərə malikdir.Xəstələrin çoxu 2 və ya daha çox dərmana ehtiyac duyurlar.

Hipertenziyanın Səbəbləri

Hipertenziyanın səbəbi 90-95% xəstədə bilinən bir xəstəliyə bağlı deyil. Səbəbi bilinməyən hipertenziyanın birincil, esansiyel kimi adları vardır.

Xəstələrin 5-10%-də isə hipertenziya başqa bir xəstəliyə bağlıdır. Səbəbi başqa bir xəstəliyə bağlı olan hipertenziya ikincil hipertenziya adlandırılır.

Qan təzyiqi dərmanla müalicəyə çətin cavab verirsə, yaxşı nəzarət olunmuş hipertenziya nəzarətdən çıxıb yüksəlməyə başlarsa və ya daha əvvəldən normal olduğu bilinən bir xəstədə ilk dəfə hipertenziya aşkarlanıbsa, ağıla hipertenziyaya səbəb olan başqa bir xəstəlik gəlməlidir.

Gənc xəstələrdə hipertenziyaya səbəb ola biləcək xəstəlik mütləq araşdırılmalıdır.

Təzyiqim ara-sıra yüksəlir

Hipertenziya diaqnozu qoyulan xəstələrin rastlaşdıqları problemlərdən biri də qan təzyiqlərinin çox vaxt normal olması və ara-sıra yüksəlməsidir. Ara-sıra baş verən yüksəlmələrə daha çox hipertenziyanın erkən dövrlərində rast gəlinir. Qan təzyiqini bir dəfə ölçmək və ya az sayda ölçməklə dərman istifadəsinə başlamaq bəzən lazımsız dərman istifadəsinə səbəb olur. Lazımsız dərman istifadəsinin qarşısını almağın yeganə yolu qan təzyiqini çoxlu ölçmək və ev şəraitində qan təzyiqini təqib etməkdir.

Qan təzyiqi ara-sıra yüksələn xəstələrdə dərman istifadəsinə dair qərar vermək bəzən çətin ola bilər. Buna qan təzyiqini çoxlu ölçməklə və evdə qan təzyiqini təqib edərək qərar verilir. Sağlam xəstə-həkim əlaqəsi ilə bu problemin öhdəsindən asanlıqla gəlinir.

Təzyiqim Davamlı Dəyişir

Qan təzyiqinə gün ərzindəki fəaliyyətlər və insanın yaşadığı mühit daha çox təsir göstərir. İnsanın yaşadığı mühitə bədənin verdiyi reaksiya və ya göstərdiyi uyğunluq qan təzyiqinə də təsir göstərir. Bu səbəblə, qan təzyiqi davamlı olaraq dəyişir. Bu dəyişikliyin miqdarı fərdlər arasında, hətta eyni fərddə müxtəlif vaxtlarda fərqli olur.

Bu səbəblə, hipertenziya diaqnozunu qoyarkən və ya müalicəsini planlaşdırarkən az sayda ölçüyə baxaraq qərar vermək düzgün deyil. Ümumi gedişatı başa düşməyin ən praktik üsulu qan təzyiqini ev şəraitində ölçməkdir. Gün ərzində 10-20 mm.c.s. fərqlərinin olması normal hesab edilməlidir. Xəstələrin bu mövzuda doğru məlumatlandırılmasının böyük əhəmiyyəti var.

Yeni Aşkarlanmış Hipertenziya

Yeni aşkarlanmış hipertenziyası olan xəstələrdə bədəndə hipertenziyaya bağlı zədələr yaranmış ola bilər. Aparılan fiziki müayinə və laborator müayinələr bu mövzuya dair fikir yaradır. Hipertenziyanın yeni yarandığı yoxsa əvvəldən mövcud olduğu başa düşülməzsə, yeni aşkarlanmış hipertenziyası olan xəstələr hipertenziyası yeni başlamış xəstələr kimi dəyərləndirilməlidir. Yeni aşkarlanmış və ya yeni başlamış hipertenziyası olan xəstələrin doğru bir şəkildə dəyərləndirilməsi və yönləndirilməsi böyük əhəmiyyət daşıyır.

Yeni Başlamış Hipertenziya

Hipertenziyası yeni başlamış xəstələr ən şanslı xəstələrdir, çünki doğru müalicə ilə hipertenziyaya bağlı yarana biləcək problemlərin çoxunun qarşısı alına bilər. Daha əvvəl qan təzyiqi normal olan bir çox xəstənin vaxt keçdikdə qan təzyiqi yüksəlir. Xəstələr bir şikayətlə müraciət etdikləri həkimdə və ya təsadüfən qan təzyiqlərinin yüksək olduqlarını öyrənirlər. Qan təzyiqi yaş keçdikcə yüksəldiyi üçün bu, tez-tez rast gəlinən bir haldır. Bu xəstələrdə duz istehlakının azaldılması, müntəzəm idman, çəki itkisi, spirtli içkinin məhdudlaşdırılması və siqaretin tərgidilməsi kimi həyat tərzi dəyişiklikləri, yəni sağlam həyat tərzi ilə qan təzyiqinin nəzarət altına alınması həm asandır, həm də dərmana olan tələbatı azaldır. Yeni başlamış hipertenziyası olan xəstələrin düzgün bir şəkildə dəyərləndirilməsi və yönləndirilməsi böyük əhəmiyyət daşıyır.

Səbəbi Bəlli Olmayan Hipertenziya

Birincil hipertenziyanın (səbəbi bilinən bir xəstəliyə bağlı olmayan hipertenziya) yaranmasında bir amildən daha çox amil məsuldur. Bu amillərdən ən mühüm ikisi irsi (genetik) amillər və həddindən çox duz istehlakıdır.

Mövcud həyat tərzi (bol duzlu, daha az hərəkət edən, çəki almağa meylli…) birincil hipertenziyanın yaranmasını asanlaşdıran təsirə malikdir. Sağlam həyat tərzi insanda irsi amillər olsa da, hipertenziyanın yaranmasının qarşısını ala bilər və ya hipertenziyanın ortaya çıxmasını illərlə gecikdirə bilər.

Gənclərdə Hipertenziya

Oturaq həyat, köklük və bol duzlu qidalanma səbəbilə gənclərdə hipertenziyanın tezliyi getdikcə artır. Gənclərdə, xüsusilə daha əvvəldən qan təzyiqi normal olduğu bilinən xəstələrdə hipertenziyaya səbəb olan başqa bir xəstəliyin olma ehtimalı daha yüksəkdir. Bu səbəblə qan təzyiqi yüksək aşkar olunmuş gənclərdə hipertenziyanı imtahan stressi kimi psixoloji amillərə bağlamaq aldadıcı ola bilər. Hipertenziyaya səbəb ola biləcək başqa bir xəstəlik (böyrək xəstəliyi, hormonal pozğunluqlar…) mütləq araşdırılmalıdır.

Erkən diaqnozla gənc xəstələr müalicədən xeyli fayda əldə edə bilərlər. Bu səbəblə, şikayətin olub-olmamasına baxmayaraq, gənclərin də 1-2 ildən bir qan təzyiqlərini ölçdürmələrində fayda var.

Hamiləlikdə Hipertenziya

Hipertenziya istər ana, istərsə də körpə sağlamlığını təhdid edən mühüm problemdir. Hamiləlikdə qan təzyiqinin 140/90 mm.c.s.-dan çox olması hipertenziya kimi qəbul edilir. Əgər xəstənin hamiləlikdən əvvəl qan təzyiqi dəyərləri bilinirsə; böyük təzyiq 30 mm.c.s. və ya kiçik təzyiqinin 15 mm.c.s. və daha çox artması hipertenziya kimi qəbul edilə bilər. 

Hamiləlikdə hipertenziya 4 cür ola bilər:

●    Hipertenziyası olan qadın hamilə qala bilər.
●    Hamiləlikdə zəhərlənməyə (toksemiya) bağlı hipertenziya ortaya çıxa bilər.
●    Hamiləlikdən əvvəl hipertenziyası olan xəstədə əlavə olaraq hamiləlik zəhərlənməsi vardır.
●    Hamiləliyə bağlı hipertenziya ola bilər.

Hamiləlikdə hipertenziyanın müalicəsi bəzi xüsusiyyətləri özündə daşıyır. Hamiləliyi vaxtından tez sonlandırmağa ehtiyac ola bilər. Dərman seçimində körpənin zərər görməməsinə diqqət yetirilir. Doğuş sonrası bir çox xəstənin hipertenziyası düzəlir, ancaq bu xəstələr gələcəkdə hipertenziya xəstəsi ola bilərlər. Bu səbəblə, hamiləliklərində hipertenziya problemi ilə rastlaşan qadınlar müntəzəm şəkildə qan təzyiqlərini ölçdürməkdən çəkinməməlidirlər.

Müqavimətli Hipertenziya

Xəstələrin təxminən 10-15%-də aparılan üç (biri sidikqovucu olmaq şərtilə) dərman müalicəsinə baxmayaraq, qan təzyiqi hədəfinə çatmaq mümkün olmur, yəni qan təzyiqi 140/90 mm.c.s.-dan aşağı salına bilinmir. Bu xəstələr müqavimətli hipertenziya olaraq adlandırılır. Müqavimətli hipertenziya diaqnozu qoymaq üçün hipertenziyaya səbəb ola biləcək xəstəliklər araşdırılmalı və xəstənin müalicəyə uyğunluğu tam olmalıdır. Son illərdə müqavimətli hipertenziyanın müalicəsində böyrək sinirlərini hədəfə alan renal denervasiya həyata keçirilir. Bu müalicə üsulu xəstəxanamızda da müqavimətli hipertenziyanın müalicəsində müvəffəqiyyətlə tətbiq olunur.

Böyrək Arteriyasında Daralma ilə Bağlı Hipertenziya

Böyrək arteriyasında daralma hipertenziyanın müalicə edilə bilən səbəblərindən biridir. Böyrək damarlarında darlıq 3 baxımdan çox mühümdür:

1.Darlığın aradan qaldırılması ilə yüksək qan təzyiqinin daimi olaraq müalicə olunması mümkündür, yəni xəstə ömrü boyu dərman qəbulundan azad ola bilər.

2.Darlıq aşkarlanmazsa, qan təzyiqinin nəzarət altına alınması çox çətindir.

3.Darlıq müalicə olunmazsa, bir müddət sonra tam tıxanmaya səbəb olaraq həmin böyrəyin disfunksiyasına səbəb olur, əgər tam tıxanıqlıq iki böyrək damarında da olarsa, xəstədə böyrək çatışmazlığı inkişaf edir.

Müalicəyə müqavimətli hipertenziya, böyrək ölçüləri arasında müxtəliflik və ya səbəbi bəlli olmayan yeni başlamış böyrək çatışmazlığı varsa, böyrək arteriyasında daralmaya bağlı hipertenziyanın olma riski yüksəkdir. Diaqnoz üçün dəyişkən radioloji görüntüləmə üsullarından istifadə olunur.

Ağ Önlük (Ofis) Hipertenziyası

Ağ önlük hipertenziyası həkim və ya tibb işçisinin işlədiyi mühitdə qan təzyiqinin yüksəlməsi, buna baxmayaraq ev şəraitlərində aparılan qan təzyiqi ölçmələrinin normal olması kimi müəyyən oluna bilər. Xəstəxana, sağlamlıq mərkəzi və ya müayinə mərkəzində bir ölçmə ilə qan təzyiqinin yüksək olduğu aşkarlanarsa, dərhal hipertenziya diaqnozu qoyulmamalıdır. Ağ önlük hipertenziyası diaqnozu üçün qan təzyiqinin 24 saat ərzində və ya ofisdə xüsusi alətlərlə ölçülməsi lazımdır. Bu alətlər xəstəanamızda mövcuddur.

Başqa Bir Xəstəliyə Bağlı Hipertenziya

Hal-hazırda hipertenziya müalicə oluna bilən bir xəstəlikdir. Doğru və müntəzəm dərman istifadəsi ilə xəstələrin çoxunda yüksək qan təzyiqi nəzarət altına alınır. Bəzi xəstələrdə aparılan müalicəyə baxmayaraq, qan təzyiqi nəzarət altına alına bilinmir. Xəstə dərmandan düzgün istifadə edirsə və qan təzyiqi nəzarət altında deyilsə, bunun səbəbi mütləq araşdırılmalıdır.

Xəstələrin 5-10%-də hipertenziya başqa bir xəstəliyə bağlıdır. Bu xəstəlikləri 3 qrupa ayırmaq mümkündür.

1.Böyrək xəstəlikləri
2.Hormonal xəstəliklər
3.Digər xəstəliklər

Hipertenziyaya səbəb olan xəstəliklərin mühüm hissəsi böyrəkdən qaynaqlanır. Hormonal xəstəliklər isə digər mühüm bir qrupu təşkil edir.

Gənc, yeni diaqnoz qoyulmuş, qan təzyiqi çox yüksək və ya müalicə ilə qan təzyiqi nəzarət altına alına bilinməyən xəstələrdə hipertenziyanın səbəbi araşdırılmalıdır. Əgər hipertenziyaya səbəb olan xəstəlik varsa və səbibi tapılmırsa, müalicə uğursuz olur. Bundan başqa, hipertenziyanın daimi müalicə olunma şansı itirilir. Uzun illər sonra hipertenziyaya səbəb olan xəstəliyin diaqnozu qoyulsa da, hipertenziyanın damarlarda yaratdığı zərər səbəbilə yüksək qan təzyiqi qalıcı ola bilər.

Dializə Girmək Lazımdırmı?

Dializ Hansı Halda Lazımdır?

Böyrəyin funksiyalarında azalma olduğu halda, xəstələr dializ dəstək müalicəsinə ehtiyac duyurlar. Dializə başlamalı olan böyrək xəstələri ümumilikdə serum kreatinin səviyyəsinə əsasən təqib olunurlar, serum kreatinin səviyyəsinə baxaraq kreatinin klirensi hesablanır. Bir xəstədə kreatinin klirensi 15 ml/dəqiqədən azdırsa, dializ müalicəsinə başlana bilər, amma hər xəstə bir-birindən fərqlidir. Bu mövzuda xəstənin həkimi qərar verir. Bəzi hallarda (məsələn, ürək çatışmazlığı, bədənə yayılmış şişkinlik, nəfəs darlığı, nəzarətsiz hipertenziya) serum kreatinini çox yüksəlməsə belə, dializ müalicəsinə ehtiyac duya bilər. Bu problemlər aradan qaldırıldıqdan sonra xəstənin dializ müalicəsinə ehtiyacının olub-olmadığı yenidən dəyərləndirilməlidir. Xüsusilə dializ müalicəsinə yeni başlamış və ya böyrək xəstəliyinin səbəbi bilinməyən xəstələr müvəqqəti problem səbəbilə dializə ehtiyac duya bilirlər, bu xəstələr tez-tez təqib olunmalıdırlar. 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə