Kəskin Böyrək Çatışmazlığı

Kəskin Böyrək Çatışmazlığı
Kəskin Böyrək Çatışmazlığı Nədir?

Böyrəyin əsasən süzmə funksiyası olmaqla, bütün vəzifələrində müvəqqəti axsamanın olmasıdır. Böyrəyin süzmə funksiyası azalınca sidik cövhəri, kreatinin kimi tullantı maddələri bədəndə yığılmağa başlayır. 

Kəskin Böyrək Çatışmazlığının Səbəbi Nədir?

Maye itkisi
Qanaxma
Ürək çatışmazlığı
Dərman istifadəsi
Dərmanlı müayinələr
Böyrək damarı xəstəlikləri
Böyrəyin mikrobik olmayan iltihabları
Sidik yollarında tıxanma
Əməliyyat kimi səbəblərlə kəskin böyrək çatışmazlığı yarana bilər.

Xüsusilə yaşlılarda 1-2 gün davam edən qusma, ishal kimi hallar maye itkisinə səbəb olaraq kəskin böyrək çatışmazlığına səbəb ola bilər. Xəstəxanaya yatan xəstələrin 2-5%-də, intensiv terapiya bölmələrindəki xəstələrin 30%-də müşahidə oluna bilər.

Kəskin Böyrək Çatışmazlığının Müalicəsi Necədir?

Müalicə kəskin böyrək çatışmazlığına səbəb olan xəstəliyə bağlıdır. Xəstələrin təqibi çox vaxt xəstəxanaya yatışla həyata keçirilir. Ehtiyac olarsa, cihazdan istifadə etməklə dializ və oxşar müalicələr aparılır. Müvafiq müalicə ilə xəstələrin əksəriyyətində sağalma tam şəkildə olur.

Ailəvi Aralıq Dənizi Qızdırması Xəstəliyi Nədir?

Ailəvi Aralıq Dənizi Qızdırması (AADQ) əsasən türklərdə, ərəblərdə, yəhudilərdə və ermənilərdə görülən bir xəstəlikdir. AADQ təkrarlayan qızdırma, qarın ağrısı, sinə ağrısı və oynaq ağrısı həmlələri edən bir xəstəlikdir. Həmlələr ümumilikdə 24-48 saat davam edir. Həmlələr istisna olmaqla, xəstələr qalan vaxt normal insandan fərqlənmirlər.

Ailəvi Aralıq Dənizi Qızdırmasının Xüsusiyyətləri Nələrdir?

Ailəvi ötürülmə: Xəstəliyin ortaya çıxması üçün ana və ya atanın ikisinin daşıyıcı və ya xəstə olması lazımdır.
Əsasən Aralıq dənizi regionu və ətrafında görülməsi (Qara Dəniz regionu da daxil olmaqla)
Qızdırma həmlələri etməsi: Qızdırma qarın ağrısı, oynaq ağrısı və ya sinə ağrısı ilə müşayiət edilir. Qarın ağrısı, kəskin apendisit ilə qarışdırıla bilər və çox şiddətli ola bilər. Bu xəstələrin bir qismi kəskin apendisit diaqnozu ilə əməliyyat olunublar, ancaq qarın ağrıları keçməmişdir.

Amiloidoz AADQ-da qorxulan və istənilməyən problemdir. Zülal formalı, fibrillərdən ibarət maddə hüceyrədən kənar toxumada yığılır. Ancaq AADQ bəzi xəstələrdə çox fərqli formalarda ortaya çıxa bilər.





 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə