Ödəm

Ödəm Nədir?

Ödəm bədəndə maye yığılmasıdır və geniş şəkildə rast gəlinən bir problemdir. Ayaqlarda, əllərdə və göz qapaqları ətrafında şişkinlik hiss oluna bilər. Ağciyərlərə su yığıla bilər. Ümumilikdə ciddi bir xəstəliyin əlamətidir. 

Ödəmə Səbəb Olan Səbəblər Hansılardır?

●    Böyrək xəstəlikləri
●    Qaraciyər xəstəlikləri
●    Ürək xəstəlikləri
●    Hormonal xəstəliklər
●    Damar tıxanmaları
●    Digər xəstəliklərdir.

Liv Bona Dea Hospital Nefrologiya Klinikasında ödəmi olan xəstələrdə bu xəstəliklər araşdırılır. Bu məqsədlə müxtəlif laborator müayinələr lazımdır. Ödəm müalicəsinə başlamazdan əvvəl ödəmə səbəb olan xəstəlik araşdırılır və müalicə altda yatan xəstəliyə görə planlaşdırılır. 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə