Polikistik Böyrək Xəstəliyi

Polikistik Böyrək Xəstəliyi

Polikistik Böyrək Xəstəliyi Nədir?

Polikistik böyrək xəstəliyi irsi keçən, əsasən böyrək olmaqla bir çox orqanda kistanın yaranmasına səbəb olan bir xəstəlikdir.

Polikistik Böyrək Xəstəliyi Genetikdirmi?

Xəstəliyin yaranması üçün ana və ya atadan birində xəstəlik olmalıdır. Nadir hallarda, ana və ya atada xəstəlik olmadan da görülə bilər. Genetik keçmə xüsusiyyəti otozomal dominantdır, yəni ana və atada xəstəlik olan bir uşaqda xəstəliyin görülmə tezliyi 50%-dir (yarı-yarıya). Cinsi ayrıseçkilik yoxdur, yəni qız və oğlan uşaqlarda görülmə şansı bərabərdir.

Polikistik Böyrək Xəstəliyi Nə Zaman Əlamət Verir?

Polikistik böyrək xəstəliyinin irsi olmasına baxmayaraq, yaş ötdükcə əlamətlər üzə çıxır. Burada bəhs edilən yetkin tip polikistik böyrək xəstəliyidir; həmçinin uşaqlarda görülən polikistik böyrək xəstəliyi vardır. Uşaqlarda görülən polikistik böyrək xəstəliyinin gedişatı çox fərqlidir, böyrək çatışmazlığı erkən yaşlarda (çox vaxt ilk aylarda) ortaya çıxır və sürətlə yayılır.

Polikistik Böyrək Xəstəliyinin Zərərləri Nədir?

Polikistik böyrək xəstəliyində böyrək istisna olmaqla, qaraciyər, mədəaltı vəzi, dalaq, ağciyər, qalxanvari vəz, beyin, yumurtalıq kimi orqanlarda da kista görülə bilər. Polikistik böyrək xəstəliyində ürək qapaqcıqları təsirə məruz qala bilər, beyin damarlarında genişlənmələr (anevrizma) ola bilər, yoğun bağırsaqda kisəciklər (divertikul) inkişaf edə bilər və qarında yırtıq görülə bilər.

Böyrəkdəki kistalar ağrı, yüksək təzyiq, iltihab, daş, qanaxma, böyrək çatışmazlığı kimi problemlərə səbəb ola bilərlər. Kistaların gerilməsi, iltihab, qanaxma kimi səbəblərlə bəzən ağrı ola bilər. Qanaxma kistanın içinə ola biləcəyi kimi, sidikdən də ola bilər. Kistalar bəzən çox böyüyərək qarnı doldura bilər.

Polikistik Böyrək Xəstəliyinin Müalicəsi Nədir?

Yüksək təzyiqin müalicəsi çox mühümdür. Böyrək çatışmazlığı ortaya çıxarsa, yəni böyrəyin süzmə funksiyası azalarsa, qanda sidik cövhəri, kreatinin kimi maddələr artmağa başlayır. Son dövr böyrək çatışmazlığı inkişaf edərsə, dializ və böyrək nəqli gündəmə gəlir. Ailə skrininqinə ehtiyac ola bilər. 
 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə