Şəkərə Bağlı Böyrək Xəstəliyi

Şəkərə Bağlı Böyrək Xəstəliyi

Diabet Xəstələrində Böyrək Çatışmazlığının Görülmə Səbəbi Nədir?

Şəkər xəstəliyində ən çox təsirə məruz qalan orqanlardan biri də böyrəklərdir. Müalicənin təkmilləşdirilməsi nəticəsində şəkərli diabet xəstələrinin daha uzun müddət yaşamaları səbəbilə şəkər xəstəliyinə bağlı böyrək problemləri hal-hazırda daha çox müşahidə olunur. Ölkəmizdə dializ müalicəsi alan böyrək çatışmazlığı olan xəstələrdə ən çox görülən səbəb şəkər xəstəliyidir. Şəkər xəstələrində görülən böyrək problemləri diabetik nefropatiya adlandırılır.

Diabetik Nefropatiyanın Mərhələləri Hansılardır?

Diabetik nefropatiya 5 mərhələdən ibarətdir;
  • Böyümə və həddindən artıq işləmə
  • Səssiz mərhələ
  • Gizli diabetik nefropatiya
  • Nəzərəçarpan diabetik nefropatiya
  • Son dövr böyrək çatışmazlığı
  • Mərhələyə görə müalicə aparılır.

Diabetik Nefropatiyanın Müalicəsi Necədir?

Müalicə xəstəliyin mərhələsinə görə dəyişir. Yüksək təzyiq müalicə edilməli, qanda şəkər səviyyəsi nəzarət altına alınmalıdır. Doğru müalicə ilə diabetik nefropatiyanın irəliləməsinin qarşısı alına bilər. Böyrəyin süzmə funksiyaları azalırsa, dializ, böyrək nəqli kimi müalicələr planlaşdırılır.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə