Sidik Yolu İnfeksiyası

Sidik Yolu İnfeksiyası

Sidik Yolu İnfeksiyası Harada Olur?

Sidik yolu infeksiyası böyrəkdən başlayaraq sidik kisəsi və ya daha aşağı sidik yollarında ola bilər. Böyrəyin mikroblara bağlı iltihabi xəstəliyi pielonefrit adlandırılır. Digər bir adı da yuxarı sidik yolu infeksiyasıdır; ən çox görülən amil bağırsaqdan qaynaqlanan koli basilidir.

Sidik Yolu İnfeksiyasının Əlamətləri Nədir?

●    Əlamət və simptomlar;
●    Qızdırma
●    Tərləmə
●    Titrəmə
●    Böyür (yan) ağrısı
●    Ağrılı sidiyə getmə
●    Tez-tez sidiyə getmə və təcili sidiyə getmə istəyi

Sidik Yolu İnfeksiyası Nə Üçün Olur?

Aşağı sidik yolu infeksiyası müxtəlif səviyyələrdə ola bilər. Ən çox bilinəni isə sidik kisəsinin iltihabı olan sistitdir. Qadınlarda tez-tez görülür. Əlamətləri ağrılı sidiyə getmə, tez-tez sidiyə getmə və təcili sidiyə getmə istəyidir. Əlamətlər yuxarı sidik yolu infeksiyasına görə daha azdır.

Sidik Yolu İnfeksiyası Diaqnozu Necə Qoyulur?

Sidiyin mikroskopik müayinəsində mikrobların və iltihab hüceyrələrinin (leykosit) müşahidə olunması diaqnozun qoyulmasına kömək edir. Dəqiq diaqnoz müvafiq üsulla götürülmüş sidiyin mikrobik müayinəsidir (sidik kulturası).

Sidik Yolu İnfeksiyası Necə Müalicə Edilir?

Müalicənin doğru olması üçün sidik kulturası alınmalıdır. Sidik kulturası alınmadan antibiotik istifadəsi sidik kulturasının nəticələrinə mənfi təsir göstərir. Bu səbəblə, Antibiotiklərin səmərəsiz istifadəsindən çəkinmək lazımdır. Düzgün müalicə ilə xəstəliyi daimi şəkildə və heç bir zərər görmədən müalicə etmək mümkündür. 
 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə