Beyin Damar Xəstəlikləri

Beyin Damar Xəstəlikləri


İrəli yaşlar, hipertenziya, damar sərtliyi, işemik ürək xəstəliyi, periferik damar xəstəliyi, ürək ritm pozğunluqları, ürək qapaq xəstəlikləri, qanaxmaya ya da tıxanıqlığa meylliliyi artıran xəstəliklər, xolesterol yüksəkliyi kimi hallarda beyin damar xəstəliyi riski artır.

Risk varsa, müntəzəm təqib lazımdır

Beyin damarı xəstəlikləri beyində qanaxma və ya damar tıxanıqlığı kimi özünü göstərə bilər. Bu riski olan insanların mütəmadi olaraq müayinədən keçmələri, müalicələrini gecikdirməmələri, risk faktorlarını minimum həddə endirmələri, qidalanmalarına fikir vermələri, müntəzəm gəzintilərə çıxmaları tövsiyə olunur. Profilaktik müalicənin planlaşdırılması Liv Bona Dea Hospital Nevrologiya Klinikası və müvafiq bölmələr tərəfindən həyata keçirilə bilər.

Xəstəliyin səbəbi aşkarlanmalı

İnsult əlamətləri olan xəstələrdə xəstəliyin səbəbləri aşkarlanmalı; mütləq daha tez-tez və ciddi müalicə və təqib proqramı tətbiq olunmalıdır. İnsult olan şəxslərdə mövcud şikayətlərin aradan qaldırılmasından başqa ikincil profilaktik tədbirlər görülməlidir.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə