Beyin Qanaxmaları üzrə Risk Dəyərləndirmə

Beyin Qanaxmaları üzrə Risk Dəyərləndirmə



Beyin qanaxması beyin damarlarının hər hansı bir səbəblə, məsələn, yüksək təzyiq ya da anevrizmaya (beyin damarlarındakı baloncuq) bağlı olaraq yırtılması ya da zədələnməsi nəticəsində ortaya çıxan qanaxmalardır. Bu qanaxmalar beynin qabıqları arasında ola biləcəyi kimi, beyin toxumasının içində də ola bilər. 

Check-up müayinəsi ilə “Beyin Qanaxması üzrə Risk Dəyərləndirmə” beyin qanaxmalarının qarşısının alınması və xəstəliklərin erkən aşkarlanması hədəfə alınır. Gizlincə yaxınlaşan və xoşagəlməz nəticələri özü ilə birgə gətirən beyin qanaxmalarının əlamətlərini ciddiyə almaq lazımdır. Əgər yüksək təzyiq xəstəliyiniz varsa, təzyiqinizin nəzarət altında saxlanılması qanaxma riskini azaldacaqdır. Ailənizdə (ana, ata və qardaş-bacılarda) anevrizma ya da beyin damarlarının malformasiya tarixçəsi varsa və sizdə də baş ağrısı mövcuddursa, uzunmüddətli dərmanlarla  keçməyən və gündəlik həyat fəaliyyətinə təsir göstərən baş ağrıları varsa, mütləq həkimə müraciət olunmalıdır. Hər şeydən əvvəl xəstənin tarixçəsi diqqətlə öyrənildikdən sonra hərtərəfli nevroloji müayinənin aparılması lazımdır. Əldə edilən məlumatlara istinadən diaqnostik radioloji ya da laborator müayinələr istənilir. Diaqnoz qoyulduqdan sonra ağrıya səbəb olan beyindaxili qanaxma, anevrizma ya da bir başqa vaskulyar patologiya varsa, cərrahi və ya endovaskulyar müdaxilə edilir. 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə