Dağınıq Skleroz (MS)

Dağınıq Skleroz (MS)

Dağınıq Skleroz (MS) mərkəzi sinir sistemində (MSS) ağ maddəni tutan, sinir liflərini əhatə edən miyelin qişasına təsir göstərən (demiyelinizasiya), kəskinləşmə və zəifləmə dövrləri ilə irəliləyən otoimmun xəstəlikdir. MSS-nin dərhal bütün bölmələrinə təsir göstərə bilər.



Yoxlanışın vaxtında aparılması lazımdır

MS nəzarət oluna bilən bir xəstəlikdir. Doğru zamanda doğru müalicə üçün yoxlanışların vaxtında həyata keçirilməsi tövsiyə olunur.

MS görülmə tezliyi nədir?

MS ümumilikdə gənc yaşların xəstəliyidir. Əsasən 20-30 yaşlarda görülür. Nadir hallarda baş versə də, 20 yaşdan aşağı və 60 yaşdan sonra görülə bilər. Qadınlarda kişilərə nisbətən 2-3 dəfə daha çox görülür. Şimal və cənub yarımkürələrində 45 - 65 dərəcə enliklər arasında qalan nahiyələrdə ən yüksək tezliyi (100 mində 30-un üstündə) göstərir. Ölkəmiz bu sahədəki coğrafiyada yerləşir. Bu vəziyyət MS-in iqlim və coğrafiyalarla birbaşa əlaqəli olduğunu düşündürsə də, yeganə amil hesab olunmur. Çünki etnik qruplar arasında əhəmiyyətli yayılma fərqləri var. Bu da xəstəlikdə genetik bir meylliliyin olduğunu göstərir.

Genetik meyllilik əhəmiyyətli

Xəstəliyin səbəbi və necə başladığı hələlik bilinmir. Ancaq genetik meyllilik, avtoimmun (immunitet sistemi ilə bağlı) mexanizmlər və viral infeksiyonların da rolu ola bilər. Xəstəlikdə genetik bir meylliliyin olduğunu göstərən elmi məlumatlar vardır. Ailəsində MS olan fərdlərdə görülmə ehtimalı normal populyasiyadan ciddi şəkildə fərqlidir. Ancaq bu MS-in genetik bir xəstəlik olduğunu da göstərmir. Yalnız meyllilik olaraq düşünülməlidir.

Fərqli əlamətlər ola bilər

Tək qol, tək ayaq, bədənin bir tərəfində qol və ayaqda ya da hər iki qol və ayaqda gücsüzlük

Əzələ spazmı, əzələ spazmı kimi bəzi qeyri-iradi hərəkətlər

Sensor simptomlar: Bədənin bir nahiyəsində toxunma və ya ağrı hissinin azalması ya da itirilməsi; ağrı və ya toxunma hissini artmış və ya narahatedici səviyyədə qavrama; qarışqalanma, iynələmə, keyimə

Göz və görmə ilə bağlı simptomlar: Tək və ya iki gözdə birdən görmə kəskinliyinin itirilməsi, bulanıq görmə, görmə sahəsinin itirilməsi, ikili görmə

Digər şikayətlər: Müvazinətsizlik, sidiyə getmədə çətinliklər (inkontinans, retensiya), seksual və ya cinsi funksiya pozğunluğu, psixi xəstəliklər (depressiya, maniya), yaddaş və diqqət pozğunluğu, yorğunluq kimi simptomlar

Diaqnoz necə qoyulur?

Trigeminal nevralgiya MS xəstələri arasında nisbətən tez-tez görülür. MS dəyişkən sistemlərə aid həmlələr və remissiyalarla (düzəlmələr) ilə müşayiət edən bir xəstəlikdir. MS diaqnozu anamnez və nevroloji əlamətlərə əsasən qoyulur. Ara-sıra ən az 2 ayrı nahiyəyə aid həmlənin olması MS diaqnozunu təmin edir. Beyin MR müayinəsi MS diaqnozunda ən əhəmiyyətli üsuldur. Xəstəliyə 95%-dən çox dəqiqliklə diaqnoz qoyula bilər. Diaqnozda lümbal punksiya (beldən beyin-onurğa maddəsinin götürülməsi proseduru) ilə beyin-onurğa maddəsində aparılan müayinələr də diaqnozun qoyulmasında faydalıdır.

MS növləri hansılardır?

Təkrarlayan həmlələrlə irəliləyən MS (Relapsing-remiting MS): Ən çox görülən və ən çox bilinən növüdür. 20-30 yaşlarda başlayır. Həmlələr onları təqib edən remissiya dövrləri və həmləsiz dövrlər olaraq irəliləyə bilər. Həmlənin tezliyi insandan insana dəyişə bilər. Həmlələrdən sonra iləriləyən MS (Secondary Progressive MS): Həmlələrə görə tam sağalmayan, nevroloji əlamətlərin getdikcə üst-üstə yığılması ilə irəliləyən klinik vəziyyətdir.

İrəliləyən MS (Primary Progressive MS): MS xəstəliyin başlamasından etibarən yavaş, amma davamlı irəliləyən bir formadadır. Həmləli irəliləyici MS (Relapsing Progressive MS): Bütünlükdə düzəlməyən həmlələrlə xarakterizə olunur.

Xoşxassəli MS (Benign MS): Bu xəstələrdə həmlələr arası müddət çox uzundur və tam sağalma görülə bilər. Xəstəlik başladıqdan 10 il sonra da xəstələrdə simptomsuz ola bilər.

Fərqli formaları da mövcud

Bu xəstəlik növləri istisna olmaqla, fərqli MS formaları da vardır. Bunlar onurğa beyninin tutulması ilə gedən MS (spinal MS), optikonevromielit (Deviç xəstəliyi) və tək və böyük lezyonlu Marburg variantlarıdır. MS diaqnozu qoyularkən infeksion (HIV, siflis, Laym xəstəliyi), demiyelinləşdirici-dismiyelinləşdirici xəstəliklər, vaskulit kimi revmatoloji bəzi xəstəliklərin diferensial diaqnostikası mütləq aparılmalıdır.

MS müalicəsi necə aparılır? 

İmmunoterapiya (İmmunitet sistemini kompressiyası ilə bağlı müalicə)
İmmunitet sistemi fəaliyyətinin kompressiyasına bağlı müalicələrdir. Bunlar həmlə zamanı 5-10 günlük yüksək doza kortikosteroid müalicəsi, metotroksat, azotiopurin, siklosporin, plazmoferez kimi müalicələr, həmlə tezliyini azaltmaq üçün istifadə olunan inyeksiya tərzində interferon müalicələr və ağızdan həb şəklində qəbul olunan müalicələr tətbiq oluna bilər. MS xəstəliyinin və xəstənin fərdi xüsusiyyətlərinə görə bu müalicə üsulu müəyyən olunaraq təşkil olunur.

Somptomların müalicəsi necə aparılır?

Bütün MS-li hallar 80%-də həyatın bir mərhələsində əzələ tonusunun arması (sərtləşməsi); (spastiklik) görülə bilər. Mərkəzi təsirə malik əzələ rahatladıcı dərmanlar spastikliyin müalicəsində istifadə olunur. Botilinum toksin də regional inyeksiyalar formasında tətbiq oluna bilər.

Sidik kisəsi problemləri və əzələ gücsüzlüyü

Onurğa beyninin tutulması səbəbindən MS xəstəliyində həddindən artıq aktiv sidik kisəsi (spastik sidik kisəsi), tənbəl sidik kisəsi, sidik qaçırma tez-tez rast gəlinən problemlərdir. Müalicə zamanı düz əzələlərdə aktiv olan antixolinergiklər (məsələn, oksbutin HCl, tolterodin) istifadə olunur. Tənbəl sidik kisəsində isə qarın nahiyəsinə təzyiq etməklə və ya kateter tətbiqi ilə həll yolu təmin edilə bilər. Başqa bir problem də əzələ zəifliyidir. Fizioterapiya və reabilitasiya və əzələ gücünü artıran məşq proqramları tətbiq edilir.

Yorğunluq

MS xəstəliyində yorğunluq problemi olduqca tez-tez görülür. Necə meydana çıxması isə müzakirə mövzusudur. MS yorğunluğu üçün trisiklik antidepressantlar, selegelin, amantadin, amfetamin kimi dərmanlar (metilfenidat kimi), digər bəzi antidepressantlar, modafinil faydalı ola bilən dərmanlardır.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə