Epilepsiya


Epilepsiya xəstəliyi nədir?

Epilepsiya xəstəliyi müvəqqəti beyin elektriklənməsinə bağlı təkrarlayan tutmalarla formalaşır. Bir çox fərqli epilepsiya xəstəliyi vardır. Beyin qanaxması, şiş, travmaya bağlı inkişaf edən beyin toxumasının təsirə məruz qalması kimi fərqli bir çox səbəb ola bilər. Ümumilikdə yüzdə birə yaxın tezlikdə görülür. Ümumilikdə digər bütün beyin funksiyaları sağlamdır. Epilepsiyalı şəxslər həyatlarına sağlam davam edə bilər, evlənə, oxuya, təlim alıb işləyə bilərlər.



Səbəbləri

Baş zədələnmələri, insult və digər beyin xəstəlikləri, demensiya kimi neyrodegenerativ (beyin funksiyalarının itirilməsi ilə gedən hallar), beyin infeksiyaları (keçirilmiş meningit, ensefalit, abses), beyin əməliyyatları kimi səbəblər aşkarlana bilər. Bununla belə, əksəriyyətində heç bir xüsusi səbəb müəyyən edilə bilməz. Burada ümumilikdə beynin elektrik istehsal etməsi üçün fərdi fərqlərdən irəli gələn səbəblər mövcuddur. 

Ailə tarixçəsi: Xəstəliklər bəzən ailəvi xüsusiyyət göstərə bilər. Eyni ailədə oxşar epileptik xüsusiyyətlər, bəzən də fərqli tutma növləri ola bilər. Ailədə epilepsiya tarixçəsi varsa, tutma pozğunluğunun inkişaf riski daha yüksek ola bilər. Epilepsiya bəzən autizm və neyrofibromatoz kimi proqressiv pozğunluqlarla əlaqələndirilə bilər və müəyyən edilə bilən genetik bir xüsusiyyət daşıya bilər.

Uşaqlıqda keçirilən tutmalar: Uşaqlıqda keçirilən yüksək hərarət bəzən tutmalarla əlaqələndirilə bilər. Yüksək hərarət səbəbilə tutma keçirən uşaqlarda ümumilikdə epilepsiya inkişaf etmir. Bir uşağın febril qıcolmasının uzunmüddətli davam etməsi, təkrarlaması, altda yatan bir səbəbin olması zamanı epilepsiya ehtimalı baxımından dəyərləndirilməsinə ehtiyac ola bilər. Proqressiv pozğunluqlar, müəyyən genetik xəstəliklər uşaqlarda daha tez-tez görülə bilər. Doğuşdan öncə, hamilə ikən anada infeksiyanın görülməsi, kifayət qədər qidalanmama və ya oksigen çatışmazlıqları, doğuş zamanı yaşana biləcək hallar kimi müxtəlif amillər beyin zədələnməsi, epilepsiyaya səbəb ola bilər.

Hansı yaşlarda görülür? 

Hər yaşda və hər kəsdə görülə bilər. Qadın, kişi ya da yaş fərqi qoymaz. Epilepsiyanın başlanğıcı ən çox uşaqlarda və yaşlılarda görülür, ancaq hər yaşda ortaya çıxa bilər. Tutma simptomları dəyişkən ola bilər. Epilepsiyanın səbəbi hər yaş qrupuna görə dəyişir. Doğuş zamanı oksigensiz qalma, travma kimi səbəblərdən başqa anadangəlmə anamoliyalar, genetik səbəblər, ciddi kəllə-baş travmaları, insultlar, meningit, ensefalit kimi beyin infeksiyaları, beyin şişləri kimi müxtəlif çeşidli səbəblər epilepsiya səbəbləri arasında mövcuddur. 

Əlamətləri nələrdir? 

Epilepsiya əlamətləri insandan insan dəyişir. Bir və ya bir neçə əlaməti eyni anda baş verə bilər. Əlamətlərin hamısı müşahidə olunmaya bilər. Şüur itkisi, fikirə getmələr, əldə-ayaqlarda sıçramalar, eyni formada təkrarlayan, ifadə olunmayan hiss və duyğular, qoxu, səs, qəribə, izah oluna bilinməyən daxildən gələn, yüksələn bir hiss, qolda-ayaqda keyimələr, daha əvvəl yaşadığı bir anı hiss etmə kimi hallar nümunə olaraq göstərilə bilər. Bu tərz, xüsusilə hiss səviyyəsində olan göstəricilərin gün ərzində hər kəsdə ara-sıra təkrarlana biləcəyi, bu həmlələrin hər zaman eyni qaydada təkrarlanmasının əhəmiyyət daşıdığı nəzərdə saxlanılmalıdır. Böyük tutmalarda yıxılma, qıcolma, ağızdan köpük gəlməsi, sidik qaçırma görülə bilər. 

Epileptik tutma keçirən bir insanda diqqət edilməli məqamlar: Bu vəziyyət tutmanın növünə görə dəyişə bilər. Böyük qıcolma tutmalarını xəstəxanadan kənar dayandıracaq bir üsul yoxdur. Adətən beynin müəyyən bir müddət ərzində elektrik cərəyanının qarşısını alması ilə başa çatır. Bu zaman aralığında fərdin zərərə uğramasının qarşısını almaq ən vacib addımdır. Yıxılmasının qarşısını almaq üçün yatırmaq, başının altına yumşaq bir yastıq qoymaq, dişlərini sıxmadan əvvəl dişlərinin arasına boğazına getməyəcək yumşaqlıqda, ancaq zərər verməyəcək sərtlikdə bir əşya qoyula bilər (sərt kətan parçasının ucu, taxta qaşıq ucu kimi). Güc tətbiq etmək, qıcolmasını dayandırmaq üçün sərt bir şəkildə tutmağa çalışmaq həmin şəxsdə qırıq-çıxığa səbəb ola biləcək zərər verir. Çənəni açmaq üçün aparılan müdaxilələr zədələnmələrə, diş qırıqlarına səbəb olur. Ətraf mühitdən zədələnməyə səbəb olacaq iti uclu, qırıla biləcək əşyalar uzaqlaşdırılmalıdır. Tibbi komandalara xəbər verilərək səhiyyə müəssisələrinə yönləndirmək tələb oluna bilər. Bəzən fərdlər şüur itkisi ilə müşayiət olunan tutmalar zamanı hərəkətlərinə davam edə bilər, piyada keçidindən keçə bilər, yemək hazırlamağa, isti su ilə yuyunmağa davam edə bilər. Bu vəziyyətdə zədələnmənin qarşısını almaq üçün xəstənin təhlükəsizliyini təmin etmək lazım ola bilər. Bundan başqa, kiçik tutmaların beynin digər nahiyələrinə də yayılaraq böyük tutmaya çevrilə biləcəyi ağılda tutulmalıdır. Tutma zamanı edilən səhvlər fiziki zədələnmələrə, sosial ölçüdə edilən səhvlər isə psixi zədələnmələrə səbəb olur.

Necə bir xəstəlikdir?

Epilepsiya xəstəliyi yoluxucu deyil, əsasən irəliləmir, üçüncü şəxslərə zərər vermir. Yanlış məlumat, inanclar səbəbilə 1-2 dəqiqəlik, bəlkə ildə, bəlkə də ayda bir dəfə təkrarlayan həmlələr insanların həyatlarında problemlərə səbəb olur. İşdən çıxarılma, işlə təmin olunmama, evlənməmə kimi bir çox proseslər fərdlərin və cəmiyyətin reproduktivliyinə, sağlam yaşamasına mane olur. Xəstəliyin gizlənməsinə səbəb olaraq risklərə yol aça bilər. Yanlış məlumatlar insanların xəstəlik səbəbilə sıxışdırılmasına səbəb ola bilər. Bu vəziyyət sosial, psixoloji problemlərə səbəb ola bilər. Epilepsiya haqqında məlumatlı olmaq yanlış inanclardan çəkinmək və yanlış proseslərə mane olmaq baxımından ən vacib addımdır. Epilepsiya deyil, epilepsiya haqqında yanlış bilinən məlumatlar insana daha çox zərər verir. 

Müalicəsi varmı? Necə aparılır? 

Epileptik tutmalar müalicə edilə bilir. İstifadə olunan dərmanlar eynilə təzyiq xəstələrində olduğu kimi xəstəliyin tamamilə ortadan qalxmasına yol açmasa da, nəzarət altına alınmasını mümkün edir. Tutmanın növü müəyyənləşdirildikdən sonra həkimin verdiyi dərmanın və ya dərmanların müntəzəm və planlı şəkildə istifadəsi böyük əhəmiyyət kəsb edir. Xəstələrin 60-70%-i dərmanlarını müntəzəm qəbul edib həkim nəzarətində olaraq, dərman müalicəsinə xüsusi diqqət göstərərək problemsiz bir həyat yaşaya bilərlər. Burada əsas vacib olan odur ki, dərmanın müntəzəm istifadəsindən başqa sağlam həyat qaydalarına xüsusi diqqət yetirilsin. Bəzən uzun illər dərman istifadəsinə davam olunması lazım ola bilər. Bəzi epilepsiya xəstəliklərində, xüsusilə uşaqlıq çağında görülən xəstəliklərdə xəstəlik özünü məhdudlaşdıra bilər və müəyyən bir müddətdən sonra dərmanlar dayandırıla bilər.  

Müalicəyə davamlı hallarda cərrahi üsullar tətbiq oluna bilər

Dərman müalicəsi uğursuz olduqda, müalicəyə davamlı epilepsiya hallarında isə cərrahi üsullar tətbiq oluna bilər. Burada məqsəd epileptik tutmanın yarandığı nahiyənin aydın şəkildə aşkarlanmasından sonra bu nahiyənin cərrahi üsullarla çıxarılmasıdır. Bu, olduqca diqqətlə izlənilməli olan bir sıra müayinə tələb edir. Əlamətlərin aydın şəkildə qiymətləndirildiyi bəzi epilepsiya xəstəliklərində tutmalar nəzarət altına alına bilər.
Fərqli cərrahiyyə üsulları olduğu kimi, azan sinirin stimullaşdırılması, ketogenik pəhriz kimi fərqli üsullar da var. 

Diaqnoz necə qoyulur? 

Epilepsiyanın qiymətləndirilməsi ətraflı anamnez, şəxsin təcrübələri və şahid ifadələri ilə başlayır. Bu səbəbdən məlumatlı olmaq, xəstəliyi və onun əlamətlərini başa düşmək, qeydlər aparmaq vacibdir. Nevroloji və fiziki müayinədən sonra qan analizləri götürülməlidir. Ürək elektrodunda olduğu kimi, beynin elektrik siqnalı istehsalını başa düşmək üçün Elektroansefaloqrafiya (EEG) müayinəsi faydalıdır. Müayinə həmişə heç bir nəticə verməyə bilər. Ehtiyac olarsa, yuxuda tədqiqatlar və ya tez-tez baş verən tutmalarda daha uzunmüddətli tədqiqatlara ehtiyac var. Burada vacib məqam diferensial diaqnozun aparılmasıdır. Ürək problemi səbəbilə huşunu itirdiyi düşünülən bir şəxsdə ürək müayinələrinin aparılması qaçılmazdır. Bütün bu müayinələrdə məqsəd tutmanın növü, epilepsiya növü, xəstəliyin xüsusiyyətlərini başa düşməyə çalışmaqdır. Beyin görüntüləməsində ətraflı beyin MRT müayinəsi altda yatan mümkün səbəbin aşkarlanmasında vacib bir üsuldur. Ehtiyac olarsa, beyin PET müayinəsi kimi daha qabaqcıl müayinələrə ehtiyac ola bilər. Neyropsixoloji testlər ayrıca əhəmiyyət daşıyır. Liv Bona Dea Hospital Epilepsiya Klinikasında öz ixtisası üzrə həkim-mütəxəssis icması ilə diaqnoz və müalicə üçün son texnoloji üsullardan diqqətlə istifadə edərək xəstələrin diaqnostika və müalicəsi aparılır, müasir, dinamik və çoxölçülü dəstək göstərilir. 

Komanda işinə ehtiyac var

Liv Bona Dea Hospital Epilepsiya Klinikası hər xəstə üçün fərdi müalicə təqdim edir. Liv Bona Dea Hospital Epilepsiya Klinikasında epilepsiya mövzusunda ixtisaslaşmış nevroloqlar tərəfindən xəstənin göstəriciləri dəyərləndirilir. Diferensial diaqnoz üçün lazımi dəyərləndirmələr planlaşdırılır. Uşaq yaş qrupunda pediatrik nevrologiya, görüntüləmə mütəxəssisləri (radioloqlar), neyropsixoloq, psixiatr, nüvə təbabəti mütəxəssisi, beyin cərrahları xəstəni öz sahələri üzrə dəyərləndirir. Nəticə etibarı ilə xəstə üçün ən uyğun müalicəni nevroloq təyin edir. Müalicəyə davamlı hallarda cərrahi müalicə və qabaqcıl müalicə üsullarını dəyərləndirmək üçün komanda işinin görülməsi lazımdır. 

Fərdlərin mütəmadi olaraq təqib olunması, məlumatlandırılması, üzləşilə biləcək problemlər, sosial dəstək, mümkün yan təsirlərin təqib edilməsi, evlilik və uşaq sağlamlığı mövzusunda konsultasiyanın verilməsi son dərəcə əhəmiyyət daşıyır. Fərdin xəstəliyini tanıması, mümkün problemlər, riskləri bilməsi, həkiminə dəyişiklikləri bildirə bilməsi və müalicə prosesində aktiv iştirak etməsi ən az dərmanlar qədər təsirlidir. Epilepsiyanın çoxölçülü idarə olunması insanlarımızı və cəmiyyətimizi daha sağlam və prodaktiv olmasını təmin edəcəkdir. Burada məqsəd qısamüddətli, bəlkə də ildə bir dəfə baş verəcək həmlə dövrü istisna olmaqla, hamı kimi sağlam fərdlər olaraq həyatlarına davam edə biləcəkləri yolu təmin etməkdir. 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə