Obstruktiv Beyin Damar Xəstəliklərində Risk Dəyərləndirmə

Obstruktiv Beyin Damar Xəstəliklərində Risk Dəyərləndirmə



Beyin damarlarının tıxanıqlığı çox ciddi koqnitiv, funksional itkilərə zəmin yaradaraq ciddi zədələrə səbəb ola bilər. Ümumilikdə obstruktiv insult adlandırılan bu vəziyyət mövcud olduqda danışıq, qavrama, udma pozğunluqları, qol-ayaq zəifliyi və uyuşma, müvazinət pozğunluqları kimi hallar yaşanır. Bəzən bu tıxanıqlıqlar həyati təhlükəli ola bilər.

Obstruktiv beyin damar xəstəlikləri ümumilikdə 60 yaşdan yuxarı daha tez-tez görülür, amma genetika kimi bəzi spesifik hallarda müvafiq risk amilləri olarsa, gənc yaşda da görülə bilər. Obstruktiv insult xəstəlikləri inkişaf etmədən risk amillərinin müəyyən olunması, müalicə oluna bilənlərin müalicəsi, profilaktik müalicəyə başlanması insanı böyük nisbətdə bu xoşagəlməz damar tıxanıqlığının nəticələrindən qoruya bilər. Check-up müayinə ilə “Obstruktiv Beyin Damar Xəstəliklərində Risk Dəyərləndirmə“ ilk öncə mümkün riskləri müəyyən edir, bu vəziyyətə səbəb ola biləcək xəstəlikləri araşdırır, risk müəyyən olunduqda ya da müvafiq xəstəliklər aşkarlandıqda müalicəsi, yaratqdıqları risklərin nəzarət altına alınması istiqamətində addımlar atılır. 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə