Burun Estetikası

Burun Estetikası

Burun Estetikası (Rinoplastika) Nədir?

Estetik burun əməliyyatı və ya buruna yenidən forma vermə, estetik cərrahiyyənin ən çox tətbiq olunan əməliyyatlarıdır. Burun, üz nahiyəsinin estetikasını müəyyən edən ən vacib ünsürdür və təbii görünməlidir. Liv Bona Dea Hospital Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə Klinikasında buruna forma vermək üçün tətbiq olunan burun estetikası əməliyyatları ilə burun kəmərinin və ya burun ucunun forması dəyişdirilə bilər; burun kiçildilə bilər və ya böyüdülə bilər; burun dəlikləri kiçildilə bilər. Bundan əlavə, nəfəs almada problem yaradan polip, sinuzit, burun ətləri və septum deviasiyası kimi problemlər də aradan qaldırılır.

Rinoplastika Necə İcra edilir?

Burun estetikası (rinoplastika) əməliyyatı şəxsin üz ifadəsində vacib dəyişiklik təmin edəcəyi üçün ilk növbədə xəstənin bu əməliyyata özünü hazır hiss etməsi zəruridir. Bu hal burun estetikası əməliyyatında ilk mərhələdir. Burun estetikası əməliyyatlarında qızıl meyar həkimin təcrübəsi və bacarığıdır. Bu səbəbdən əməliyyatın bəlkə də ən vacib mərhələsi düzgün həkimi tapmaq və seçməkdir.

Burun estetikası əməliyyatlarında digər diqqət ediləcək məqam isə texnologiyanın bütün faydalarından yararlanma fürsətidir. Hazırda bir çox klinikada vizual animasiya proqramları ilə sahib olacağınız yeni burunu görə bilmə şansınız var. Bu üsullarla əldə edilən görüntülər fikir formalaşdırmaq məqsədi daşıyır. Burun estetikası əməliyyatlarında istifadə olunan materiallar da olduqca vacibdir. Xüsusilə, yaxşı xəstəxana və anesteziya şərtlərində və ən az travma ilə həyata keçirilən əməliyyatlar və sonra xüsusi şinlərin istifadə olunması daha sürətli və problemsiz bir sağalma prosesi mövzusunda xəstəyə kömək edir. 

Əksər hallarda xəstələr tərəfindən nümunəvi burun profilləri tələb edilsə də xəstəyə ən uyğun burun quruluşunun öz üz cizgiləri ilə mütənasib olaraq müəyyən ediləcəyi və bu prosesin sonunda ideal məqama çatacağımız izah edilməlidir. Yenə də bu məqamda həkimin təcrübəsi çox önəm daşıyır.

Rinoplastikadan Sonra Nəfəs Pozuntuları Düzəlirmi?

Burun estetikası mövzusunda bilməyin zəruri olduğu digər bir vacib təfərrüat isə bu əməliyyatların sadəcə estetik məqsədi daşımasıdır. Burun ağciyərlərə gönderilən havanın keyfiyyətini tənzimləyən bir orqan olduğu üçün nəfəs yolunda meydana gələn pozuntular da burun estetikası əməliyyatları ilə birləşdirilir. Beləliklə, şəxs sağlam və funksional bir burun quruluşuna qovuşur. Bundan əlavə, burun əməliyyatları ilə üzün orta hissəsinə aid olan göz ətrafı, yanaq və dodaqların da dəyişəcəyi barədə məlumatınız olmalıdır. 

Burun Estetikası Faydalıdırmı?

Estetik burun əməliyyatı xarici görünüşü gözəlləşdirməklə bərabər özünə inamı da artırır. Estetik burun əməliyyatı üçün ən uyğun xəstələr mükəmməllik axtaranlar deyil, xarici görünüşlərində gözəlləşmə və daha yaxşıya doğru bir irəliləyiş gözləyənlərdir.

Rinoplastika üçün Yaş Həddi Nədir?

Bir çox cərrah yetkinlik dövründə olan gənclərin inkişaflarını tamamlayana qədər əməliyyatı təxirə salmağa üstünlük verir. Bu gözləmə müddəti gənc qızlar üçün təxminən 14 -15 yaş, kişilər üçün isə biraz daha gecdir.

Əməliyyat Necə İcra edilir?

Estetik burun əməliyyatı adətən 1-3 saat davam edir. Əməliyyat zamanı burun dərisi, sümük və qığırdaq damından ayrılır. Buruna yenidən forma verilməsi proseduru burunda mövcud olan problemdən və cərrahın tətbiq etdiyi üsuldan asılı olaraq dəyişir. Sonda dəri formalaşdırılan damın üzərinə adaptə edilir. Bir çox plastik cərrah estetik burun əməliyyatında açıq üsuldan istifadə etməyə üstünlük verir; burun dəliklərini bir-birindən ayıran dərinin şaquli qatları üzərində kiçik bir kəsik icra edilir. Əməliyyat bitdikdə burun üzərinə burnun yeni formasını mühafizə etməsinə kömək edəcək bir plastik şin tətbiq olunur. Burnun içindəki iki hava yolunu bir-birindən ayıran bölmə olan septumu sabitləşdirmək üçün burnun içinə tamponlar və ya yumşaq silikon alətlər qoyula bilər.

Əməliyyatdan Sonra

Əməliyyatdan sonra ilk 24 saat ərzində üz şişmiş hiss edilir. Nadir hallarda burun ağrıya bilər və ya yüngül baş ağrısı ola bilər. Hər hansı bir ağrı olduqda cərrahın verdiyi ağrıkəsici dərmanlarla nəzarətə götürülür. İlk gün üçün tualetə getmək xaricində baş yüksəkdə olacaq şəkildə yataqda yatmaq və ya mümkün qədər günün oturaq keçirilməsi tövsiyə edilir.

Gözlərin ətrafındakı göyərmə və şişkinlik 2 və ya 3 gün sonra ən aydın şəkildə bilinir. Soyuq kompres bu vəziyyəti yüngülləşdirir və daha yaxşı hiss etməyinizi təmin edir. Şişkinlik və göyərmələrin çoxu 4. gündən etibarən aradan qalxır. Əməliyyatdan sonrakı ilk bir neçə gün müddətində adətən burun dəliklərindən çox yüngül bir sızıntı olur. Bir neçə həftə də burunda yüngül tıxanma hiss edilir.

Toxumaların sağalma prosesi müddətində bir həftə və ya daha uzun müddət üçün fınxırmamağınız (burnunuzu silməməyiniz) tələb olunur. Əgər burun içərisində tampon varsa, bir neçə gün sonra götürülür və şəxs özünü çox daha rahat hiss edir. Bir və ya bəzən ikinci həftənin sonuna doğru bütün sarğılar və burnun üzərindəki gips şin götürülür.

Normal Həyata Qayıdış

Estetik burun əməliyyatı olan xəstələrin çoxu iki gün ərzində ayağa qalxıb gəzir və əməliyyatdan bir həftə sonra məktəbə və ya çox yorucu olmayan iş həyatına qayıda bilər. Adətən yüksək səy tələb edən hərəkətlərdən (qaçış, üzgüçülük, gimnastika, cinsi əlaqə - qan təzyiqinizi yüksəldəcək hər hansı bir hərəkət) iki-üç həftə çəkinməyiniz, 8 həftə müddətində burnunuzu zərbə və ya zərbələrdən qorumağınız, ovuşdurmaqdan və günəşdə yandırmaqdan çəkinmək lazımdır.

Kontrol müayinələr vacibdir

Üzünüzü və saçınızı yuyarkən və ya makiyaj edərkən zərif və diqqətli olmalısınız. Lazım olduqda kontakt linzanızı taxa bilərsiniz. Amma eynək üçün vəziyyət fərqlidir. Burnunuzdakı şinləri çıxardıqdan sonra burnunuz tam sağalana qədər (iki ay ərzində) eynəklərin tutacaq hissəsinin ucları burun körpüsünə oturmamalıdır. Həkiminiz sağalmanızdakı irəliləyişi yoxlamaq üçün əməliyyatdan sonra bir ay ərzində sizi tez-tez kontrol müayinələr üçün çağıracaq.

Estetik burun əməliyyatından sonra baxım təlimatı:

●    Burun əməliyyatınızdan sonra sağalma prosesi üçün vaxt və səbr lazımdır. Əməliyyatdan sonrakı baxımda aktiv şəkildə iştirak etməyiniz əməliyyat qədər vacibdir.
●    Əməliyyatdan sonra burnunuzun içindəki tamponlar səbəbindən burnunuzdan nefes almamağınız mümkündür. Bu dövr müddətində ağzınızdan nəfəs almalısınız. Tamponların burnunuzda qalma müddətini həkiminiz müəyyən edəcəkdir.
●    Kifayət qədər maye qəbul etməyiniz vacibdir. Qurtum-qurtum içəcəyiniz meyve şirəsi, su və yüngül içkilər ağızdan nəfəs almağın səbəb olduğu ağız quruluğunu ən azı yüngülləşdirməyə kömək edəcəkdir. Çöp istifadə etməyin. Yumşaq, asan çeynənən qidalar yeyin. Dodaqlarınızı nəm saxlamak üçün gel və ya dodaq kremlərindən istifadə edin.
●    Yalnız həkiminiz tərəfindən verilən dərmanlardan istifadə edin. Aspirin və ya aspirin tərkibli dərmanlar və ya qan laxtalanmasının qarşısını alan dərmanlar istifadə etməyin.
●    Sarğılar olduqda başınızı yüksəkdə tutun.
●    Burnunuzdakı sarğılar qalırsa, yatarkən və ya istirahət edərkən başınızı ən azı iki yastıq olacak şəkildə yüksəkdə tutun. Mümkün olduğu qədər gün ərzində başınızı dik tutmağa diqqət göstərin. Bu normal qan dövranını qoruyacaq və əməliyyatdan sonra yaranacaq şişkinliyin azalmasına kömək edəcəkdir.
●    Burnunuzdan bir qədər sızıntı olması gözlənilən bir şeydir. Bu, çəhrayı/açıq qırmızı rəngdə olacaqdır. Lakin, davamlı şəkildə qırmızı qan gelirsə, telefonla həkiminizə bildirməlisiniz.
●    Əməliyyatdan çıxdığınız zaman burnunuzun üzərində iki qat plaster və bir şin olacaqdır. Bunlar burnunuza forma vermək qədər burnunuzun qorunması üçün də vacibdir. Bu sarğılara toxunmayın və korlamayın. Bir həftə müddətində həkiminiz tərəfindən çıxarılacaqdır.
●    Burnunuzun altındakı kiçik tampon, ehtiyac olduqca dəyişə bilər (və ya heç bir qanama yoxdursa, çıxarılıb atıla bilər).
●    Əllərinizi burnunuzdan uzaq saxlayın
●    Burun dəliklerinizi ovuşdurmayın və ya burun silməyə cəhd etməyin. Əllərinizi burundan uzaq saxlamaq sizin üçün yaxşı qayda olacaqdır. Burnunuzun harasa dəyməməsinə diqqət göstərin. Öndən düyməli paltarlar geyinin. T-shirtlərdən ve yumru yaxa paltarlardan uzaq durun.
●    Dişlərinizi diqqətlə fırçalayın və yalnız yumşaq diş fırçası istifadə edin. Dodaqlarınızı büzməyin və ya üst dodağınızı lazım olduğundan daha artıq yuxarı qaldırmağa çalışmayın.
●    Əməliyyatınızdan sonra iki həftə müddətində gücənməkdən, əyilməkdən, ağır şeylər qaldırmaqdan (xüsusilə azyaşlı uşaqlarınızı), səy tələb edən məşqlərdən və idmandan çəkinin.
●    Bir ay müddətində birbaşa günəş şüasına məruz qalmaqdan çəkinin.
●    Ətraf toxumalarda bir qədər şişkinlik ola bilər.
●    Burnunuzun xaricindəki sarğılar çıxarıldıqda ətraf toxumalarda bir qədər şişkinlik və rəng dəyişikliyinin fərqinə varacaqsınız. Burnunuz şiş və ucu yuxarı çevrilmiş kimi görünə bilər. Bu, vaxt keçdikcə öz-özünə düzələcəkdir.
●    Burnunuzun ucunda və bəzən də üst dodağınızda uyuşma hiss edə bilərsiniz. Bu, bir neçə həftə müddətində yox olacaqdır.
●    Tamponlar çıxarıldıqdan sonra burnunuzu zərif şəkildə gündə 2-3 dəfə qulaq təmizləmə çöpü ilə kran suyu istifadə edərək təmizləyə bilərsiniz. Qulaq təmizləmə çöpünü burun dəliyinizdən yuxarı doğru salmayın.
●    Tamponlar götürüldükdən sonra belə burnunuz tıxalı olacaqdır. Bu, toxumaların əməliyyata normal reaksiyasıdır. Bir həftə müddətində burnunuzu fınxırmağa cəhd etməyin. Asqırmağa və ya fınxırmağa məcbur qaldıqda hər iki burun dəliyiniz açıq şəkildə olmaqla bunu zərif şəkildə edin. Burun spreyleri və ya damlaları istifadə etməyin. Əgər asqırmaq məcburiyyətində qalsanız, ağzınız açıq asqırın.
●    Əməliyyatdan sonra randevularınızı təxirə salmayın
●    Sarğılar götürüldükdən sonra normal iş həyatınıza qayıda bilərsiniz (gördüyünüz işin növündən asılı olaraq). Kiçik qançırların gizlənməsinə kömək etmək üçün makiyajdan istifadə edilə bilər.
●    Əməliyyatdan sonra randevularınızın hamısına mütləq gedin. Bunlar, həkiminizin sağalmağınızı və burnunuzun inkişafını təqib etməsi və burnunuzun görünüşündəki irəliləyişi dəyərləndirmək üçün çəkiləcək əməliyyatdan sonrakı fotolar üçün lazımdır. Əməliyyatdan sonrakı randevular adətən əməliyatdan 1 həftə, 1 ay, 3 ay və 6 ay sonraya təyin edilir.
●    Əməliyyatdan sonra məcbur olmadıqca iki ay eynək istifadə etməyin. Eynəklər yalnız gips tel yerində olduğu zaman taxıla bilər. Bu dövrdən sonra bir parça lentlə alnınıza asılmalıdır. Bunun necə edildiyi sizə göstəriləcəkdir.
 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə