Süd Vəzi Estetikası

Süd vəzi Estetikası

Bir çox qadınlar üçün süd vəzi rekonstruksiyası özünü daha yaxşı hiss etmək və həyata yeni bir başlanğıc etmək üçün yaxşı bir yoldur. Süd vəzi rekonstruksiyasını seçən qadınlar üçün daha asan və daha yeni cərrahi prosedurlardır. Belə yeni cərrahi üsullardan biri də bir mərhələli süd vəzi rekonstruksiyası adlanır.

Süd vəzi rekonstruksiyası seçimləri

●    Süd vəzini bərpa etməyin fərqli yolları vardır. Süd vəzi rekonstruksiyası, şəxsin öz bədən toxuması, süd vəzi implantları istifadə edərək və ya öz toxuması və bir süd vəzi implantı kombinasiyası istifadə edərək icra edilə bilər. Həkiminizlə birlikdə seçdiyiniz üsul aşağıdakılar daxil olmaqla müxtəlif amillərlə bağlıdır:
●    Sağlamlığınız və həyat tərziniz
●    Bədən tipiniz
●    Süd vəzinizin ölçüsü
●    Şəxsi seçiminiz
●    Geriyə qalan toxuma və dəri miqdarı
●    Süd vəzi rekonstruksiyası üçün öz toxumanızın istifadə olunması / Latissimus Dorsi Flep

Şəxsin öz süd vəzlərindəki toxumadan istifadə edərək rekonstruksiya icra edilməsini təmin edən üsullardan biri də “latissimus dorsi flap” adlanır. Bu prosedur zamanı kürəyinizdən və ya qolunuzun altından dəri və əzələ parçası götürülərək süd vəzlərinizin bərpası üçün istifadə olunduğu süd vəzi nahiyəsinə gətirilir. Kürəyinizdəki dəri və əzələ normal olaraq çox nazik olduğu üçün bu üsul bəzən yeni süd vəzlərinizə daha dolğun forma vermək üçün döş implantı ilə birlikdə istifadə olunur. Hazırda ən çox üstünlük verilən və ən qısa müddətdə nəticə verən rekonstruksiya əməliyyatdır.

İmplantlarla süd vəzi rekonstruksiyası

Mastektomiya zamanı cərrah dərini və süd vəzi toxumasını çıxarır və süd vəzi toxumalarını düz və gərilmiş hala gətirir. Uzunmüddətli implant qoyulmazdan əvvəl süd vəzi toxuması implanta yer açmaq üçün genişləndirilməlidir. Bu prosedur toxuma genişlənməsi adlanır. Bir qayda olaraq, iki və ya bir mərhələdə icra edilə bilər.

İmplantlarla süd vəzi rekonstruksiyası

Mastektomiya zamanı cərrah dərini və süd vəzi toxumasını çıxarır və süd vəzi toxumalarını düz və gərilmiş hala gətirir. Uzunmüddətli implant qoyulmazdan əvvəl süd vəzi toxuması implanta yer açmaq üçün genişləndirilməlidir. Bu prosedur toxuma genişlənməsi adlanır. Bir qayda olaraq, iki və ya bir mərhələdə icra edilə bilər.

İki mərhələli süd vəzi rekonstruksiyası

İmplantlarla icra edilən iki mərhələli süd vəzi rekonstruksiyası çox populyar bir seçimdir. Bu prosedur mastektomiya ilə eyni vaxtda və ya sonrakı mərhələdə (gec) icra edilə bilər.

Mastektomiya 

Mastektomiya xərçəngli və ya prekanser hüceyrə inkişafı səbəbindən süd vəzi toxumasının çıxarılmasıdır. Mastektomiya zamanı çıxarılan toxuma miqdarı həmişə eyni olmur. Xərçəngin ölçüsü və mərhələsi, bədən tipi və şəxsi seçimlərdən asılı olaraq dəyişir.

Süd vəzi rekonstruksiyası üçün vaxt təyini

Süd vəzi rekonstruksiyası mastektomiya ilə eyni əməliyyat zamanı icra edilə bilər. Buna erkən rekonstruksiya deyilir. Mastektomiyadan həftələr, aylar və hətta illər sonra icra edilə bilər. Buna da gecikmiş rekonstruksiya deyilir. İndividual şərtlərinizdən asılı olaraq, həkiminizlə sizin üçün ən yaxşı üsula qərar verə bilərsiniz. Erkən rekonstruksiya: Erkən süd vəzi rekonstruksiyası etdirməyin üstünlüyü ondan ibarətdir ki, süd vəzi mastektomiya ilə eyni əməliyyat zamanı bərpa olunur. Beləliklə, bir əməliyyat və bərpa dövrü keçirilir. Gecikmiş rekonstruksiya: Gecikmiş rekonstruksiyanın üstünlüyü ondan ibarətdir ki, ilkin olaraq diqqətin xərçəngdən sağalmağa verilməsinə və gücü bərpa etməyə imkan verir. Gecikmiş rekonstruksiya variantları nəzərdən keçirməyə və süd vəzi rekonstruksiyası ilə bağlı məlumatlanmaq və düzgün qərar qəbul etmək üçün vaxt verir.

Süd vəzi Böyütmə

Bir çox qadın bədənlərini daha mütənasib etmək, əmizdirmə kimi səbəblərdən deformasiyaya uğramış süd vəzlərinə forma vermək, ölçü və forma baxımından fərqli olan süd vəzlərini tarazlaşdırmaq üçün süd vəzi böyütmə əməliyyatını istəyir. Süd vəzi böyütmə ilə bağlı qərar; şəxsi ehtiyaclar, istəklər və gözləntilər nəzərə alınmaqla xəstə və həkim ünsiyyəti nəticəsində qərar qəbul edilməlidir.

Yerləşdirmə seçimləri

Süd vəzi böyütmə zamanı implantlar sinə əzələsinin altına (əzələaltı) və ya əzələnin üzərinə və süd vəzlərinin altına yerləşdirilir (vəzaltı).

Əzələaltı Yerləşdirmə

Bu, implantların dəri altında hiss olunma ehtimalını azalda bilər və implantların ətrafındakı yara toxumasının sərtləşmə ehtimalına kömək etməyi təmin edə bilər. Həm də mamoqramma zamanı süd vəzlərinin görüntülənməsini asanlaşdırır. Bu yerləşdirmə variantının mümkün çatışmazlıqları daha uzun əməliyyat və bərpa müddəti ola bilər. Lakin hazırda əməliyyatdan sonrakı yan təsirlər və ağırlaşmalar baxımından ən çox seçilən nahiyədir.

Vəz altı Yerləşdirmə

Böyütmə əməliyyatının daha qısa olmasını təmin edir və sağalma müddətini azaldır. İmplantlar süd vəzi altına yerləşdirildiyi zaman mamoqramma zamanı görüntüləmə daha çətin ola bilər. Bu nahiyə seçimlərinə adətən kifayət qədər süd vəzi toxuması olan qadınlarda və kapsul kontrakturası riski az olan qruplarda üstünlük verilir.

Süd vəzi implantı növləri

İki əsas süd vəzi implantı növü var:

İçi Gellə Dolu Süd vəzi İmplantları

Mentorun gel implantlarının hamısında yapışqan, təhlükəsiz və estetik cəhətdən xoş gellər istifadə olunur.

İçi Fizioloji serum Dolu Süd vəzi İmplantları

Fizioloji serumla doldurulmuş süd vəzi implantları əməliyyat zamanı insan bədəninin böyük hissəsini təşkil edən mayeyə bənzəyən duzlu su məhlulu ilə doldurulur. Bu gün ən az üstünlük verilən implantdır.

İmplant Formaları

İstədiyiniz süd vəzi formasından asılı olaraq yumru və ya konturlu implant seçilə bilər. Konturlu implantlar damcıya bənzər bir formaya malikdir və xəstələrə daha təbii görünən süd vəzi görüntüsü verir.

İmplant Səthləri

Süd vəzi implantının səthləri hamar və ya kobud ola bilər. Düz səthli implantların qabığı bir qədər yumşaqdır və dərindən hiss olunma ehtimalı daha azdır. Kobud səthə malik implantlara silteks deyilir.

Əməliyyat necə icra edilir?

Ümumi anesteziya ilə icra edilən əməliyyatda xəstə adətən ilk gün evə buraxılır. Əməliyyat adətən 1-2 saat çəkir. Həkiminiz bir insiziya edir və döş implantının yerləşdiriləcəyi bir cib yaradır. İmplant uyğun pozisiyaya qoyulduqda kəsik tikişlə bağlanır. Ən yaxşı nəticələrə nail olmaq və mümkün qədər tez sağalmaq üçün cərrahınız fərdi ehtiyaclarınıza ən uyğun olan cərrahi üsulları izah edəcəkdir.

Sağalma prosesi nə qədər davam edir?

Hər qadının sağalma prosesi fərqlidir. Ümumiyyətlə, süd vəzi böyütmə əməliyyatından sonra bir neçə gün ərzində bir qədər ağrı hiss olunur. İlk 24-72 saat adətən özünüzü ən narahat hiss edəcəyiniz dövrdür. Süd vəzləri şişmiş və həssas olur. Hər qadının bərpa prosesi fərqli olsa da, təxminən bir həftə sonra yüngül fəaliyyətlər icra edilə bilər. Sağalma prosesini sürətləndirmək üçün əməliyyatdan sonrakı dövr üçün büstqalter və ya xüsusi sıxıcı geyim geyinmək vacibdir.

Süd vəzi estetikasında ideal nisbət nədir?

Süd vəzi estetikasında ilk mərhələ əməliyyat ehtiyacının ümumi xüsusiyyətlərini müəyyən etməkdir. Xəstənin gözləntiləri, bədənin ümumi quruluşu və cərrahın tövsiyələri ilə süd vəzi estetikasında yola necə davam ediləcəyi müəyyən edilir. Bu qərardan sonra xəstənin ehtiyaclarına uyğun olaraq əməliyyat mərhələsi başlanır. Süd vəzi estetikası ümumiyyətlə süd vəzi böyütmə, süd vəzi kiçiltmə və süd vəzi dikləşdirmə əməliyyatlarından ibarətdir.

Süd vəzi böyütmə və süd vəzi kiçiltmə əməliyyatlarında ən vacib məsələ xəstənin ümumi bədən quruluşudur. Boy və çəkinin vacib olduğu bu məqamda məqsəd; xəstəyə təbii, estetik və rahat süd vəzi görünüşünü təmin etməkdir. İdeal süd vəzi quruluşunun hesablanmasında ən mühüm kriteriya cərrahın bu mövzuda təcrübələridir.

Süd vəzi estetikasından sonra sağalma prosesi necə olur?

Süd vəzi estetikasından sonra bərpa prosesi; İcra edilən əməliyyatın növünə, xəstənin ümumi həyat tərzinə, xəstənin spirt və siqaretdən istifadə vəziyyətinə görə dəyişir. İdeal xəstə profilində orta istirahət müddəti 4-5 gündür. Bu 4-5 günlük müddətin sonunda xəstə gündəlik həyatına qayıda bilər. Bununla belə, tam sağalma baş verənə qədər gərgin idman və ağır işlərdən çəkinmək lazımdır. Həmçinin, xəstənin ümumi vəziyyətindən asılı olaraq 1-15 gün sağaldıqdan sonra xəstə tam olaraq köhnə fəaliyyətlərinə qayıda bilər.

Süd vəzi Kiçiltmə

Süd vəzləri müxtəlif səbəblərdən sallanmış bir görünüş ala bilər. Süd vəzi toxumasını yerində saxlayan bağlar zamanla boşala bilər. Çəki dəyişikliklərindən, əmizdirmədən və cazibə qüvvəsinin təsirindən asılı olaraq, süd vəzi toxuması ilə ətrafdakı dəri örtüyü arasında uyğunsuzluq ola bilər. Problem süd vəzi toxuması, dəri və ya hər ikisi ilə əlaqəli ola bilər. Nəticədə, içi boş görünən sallanan süd vəzi görüntüsü ortaya çıxa bilər.

Əməliyyatdan əvvəl

Digər süd vəzi əməliyyatlarında olduğu kimi, niyə əməliyyat etdirmək istədiyinizi və bu əməliyyatdan nə gözlədiyiniz həkiminizlə müzakirə edin. Ailənizdə süd vəzi xəstəliyi və ya xərçəng, siqaret, narkotik asılılığı və ya sistemik xəstəlik tarixçəniz varsa, bu barədə həkiminizlə danışın.

Əməliyyat necə icra edilir?

Liv Bona Dea Hospital  Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə Klinikasında estetik süd vəzi dikləşdirmə əməliyyatında sallanan süd vəzi toxuması yenidən formalaşdırılır və artıq dəri çıxarılır. Sinə ucu olmalı olduğu yerə gətirilir. Əməliyyat ümumi anesteziya ilə aparılır. Əməliyyat 1,5-2 saat çəkir. Sallanma dərəcəsindən asılı olaraq müxtəlif formalarda çapıqlar qalır. Hansı üsul tətbiq edilirsə, sinə ucu ətrafında çapıqların qalması qaçılmazdır.

Əgər sinə ucu ətrafında kəsik icra edilərək süd vəzi dikləşdirmə əməliyyatı icra edilirsə, sinə ucu ətrafındakı çapıq daha qabarıq görünə bilər. Süd vəzi qaldırma əməliyyatlarında sinə ucu ətrafında çapıqdan əlavə sinə ucu aşağı kənarının orta hissəsindən aşağıya doğru 4-5 sm uzanluğunda iz qalır. Uyğun xəstələrdə sadəcə süd vəzi protezi qoyularaq sallanma aradan qaldırıla bilər. Bu vəziyyətdə cərrahi çapıq yalnız sinə ucunun qəhvəyi dərisi ilə döşün ağ dərisi arasındakı birləşmə yerində gizlənir və minimal olur. İz buraxmayan süd vəzi dikləşdirmə əməliyyatı yoxdur. Lakin bu izlər başlanğıcda qabarıq, vaxt keçdikcə qeyri-müəyyən hal alan izlərdir.

Əməliyyatdan sonra

Əməliyyatdan sonra adətən rahat olur. Ağrı ümumiyyətlə problem yaratmır. Əgər əməliyyat zamanı süd vəzi protezindən istifadə edilibsə, bir neçə gün qol hərəkətlərində məhdudiyyət ola bilər. Süd vəzləri üzərinə büstqalterə bənzər sarğı çəkilir. Sinə ucuna ayrıca sarğı qoyulur. 2 gündən sonra sarğı açılır və yara yoxlanılır. Əməliyyatda xaricdən tikiş atılmadığı üçün tikişlərin çıxarılmasına ehtiyac yoxdur. Bununla belə, 3 həftə ərzində dəri rəngli bandajı yarada saxlamaq məsləhətdir. Xəstəyə 6 həftə idman büstqalteri taxılır və masaj məsləhət görülür. Erkən dövrdə şişkinlik ola bilər; Məmə ucunda uyuşma və dəridə bənövşəyi rəng dəyişikliyi ola bilər. Bunlar qısa müddətdə öz-özünə yox olur.

Normal həyata qayıdış

Xəstə 3-4 gün ərzində işə qayıda bilər. 3 ay ağır idmandan uzaq durmaq məsləhətdir. Estetik süd vəzi dikləşdirmə əməliyyatı ümumiyyətlə yaxşı və qalıcı nəticələr verən, insanın və onun partnyorunun ruhi sağlamlığını yaxşılaşdıran, həyata bağlılığını artıran bir əməliyyatdır. Yeni forma verilmiş süd vəzi uzun müddət davamlıdır. Ancaq çəki dəyişiklikləri, hamiləlik, əmizdirmə və cazibə qüvvəsi yeni sallanmalara səbəb ola bilər.
 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə