Üz Gəncləşdirmə

Üz Gəncləşdirmə

Cool liftinq

İstədiyiniz aktiv maddələrin təzyiqli CO2 qazı ilə dəriyə səpilməsi ilə edilən prosedurdur. Soyuq və təzyiqlə hialuron turşusu və ya ləkə açan serum (vitamin C, kojik turşusu, qlikolik turşu) dəriyə nüfuz edir. İlk prosedurda belə dartılma, parıltı və canlandırma effekti tez görünür.

Radiotezlik (İynəli/ İynəsiz)

Bipolyar elektrik enerjisi ilə dermisin iynəsiz radiotezlikdə isidilməsi termal effektlə dəridə sıxlıq və gərginlik yaradır. İynəli radiotezlikdə dəriyə nüfuz edən iynələr termal effekt verməklə üz və boyun dərisinində dartılma, qırışların silinməsi, sızanaq izlərinin, əməliyyat çapıqlarının və çatların sağalması, dərinin qabalığı və qalınlığında azalma təmin edərək həm dəri sallanması, həm də dəri səthindəki problemlərin həllində uğurla istifadə olunur.

Tibbi Dəri Baxımı (Hydrafacial)

Tibbi dəri baxımı mütəxəssis həkim nəzarəti altında dərinin canlılığını bərpa etmək və dərinin solğun görünməsinə səbəb olan yağ, qara nöqtələr və makiyaj qalıqları kimi faktorlardan dərini təmizləmək üçün dermokosmetik məhsullarla həyata keçirilən prosedurlardan ibarətdir. Xəstənin mövcud problemlərinə əsasən ən uyğun dəri baxımı proqramı təşkil edilir və standart baxım yerinə fərdi dəri baxımları hazırlanır.

Üz Mezoterapiyası (Mezolift)

Dəridə yaş artdıqca meydana gələn qırışlar, ləkələr və dəri rəngində matlaşma kimi problemlərin müalicəsində problemli nahiyələrin daha canlı və gözəl görünməsi üçün tətbiq edilən müalicə üsuludur. Faydalı vitamin, mineral və amin turşusu qarışıqları və dərinin nəmliyini və gərginliyini təmin edən və hialuron turşusu məhsulları bədənin problemli nahiyəsindəki istənilən hissəsinə tətbiq oluna bilər. Zamanla üzdə sağlam görünüş əldə edilir, dəriyə parlaq və canlı görünüş verir.

Pilinq və Mikrodermabraziya

Həm pilinq, həm də mikrodermabraziya üsulları dərinin ölü hüceyrələrdən ibarət üst qatını soymağı hədəfləyir. Dərinin daha parlaq və gənc görünməsini təmin edir. Dərinizdə heç bir problem olmasa belə, dövri pilinq və ya mikrodermabraziya prosedurları ilə ən yaxşı dəri baxımına sahib olacaq, eləcə də qırış və elastiklik itkisi riskini minimuma endirəcəksiniz.
PRP (Trombositlə Zəngin Plazma)

Dəri gəncləşdirmə, saç tökülməsi, yaraların sağalması, sızanaq izi və cərrahi çapıq müalicəsi kimi bir çox sahədə istifadə edilən PRP şəxsdən götürülən kiçik bir miqdar qanın xüsusi bir tubikə qoyularaq bir sıra prosedurlardan sonra əldə edilən trombositlə zəngin plazmanın eyni adama inyeksiya yolu ilə geri qaytarılmasıdır. Mütəxəssis həkimlər tərəfindən tətbiq edilən PRP müalicəsində normal şəraitdə toplanan trombositlərdən daha çox hüceyrə zədələnmiş toxumada toplanır. Beləliklə, bərpa prosesi tez və güclü şəkildə başlayır.

Dermapen proseduru

Dəridə mikro kanallar açılaraq dərini sağaltma üsulu olan və mütəxəssis həkimlər tərəfindən tətbiq edilən Roller (Mikro iynələmə) üz, əllər, dekolte və boyun nahiyələrinə tətbiq oluna bilər. Roller terapiyası incə cizgiləri və qırışları aradan qaldırmaq və ya azaltmaq, sızanaq izləri və cərrahi çapıqların qabarıqlığını azaltmaq kimi yaşlanma əleyhinə müalicələrdə də istifadə olunur. Prosedur bir silindr üzərində olan tükdən daha nazik mikro iynələr olan Roller cihazı ilə həyata keçirilir. Dəri daha sağlam, parlaq, canlı və gənc görünüşə malik olur.

Lazer müalicəsi

Ləkə müalicəsində istifadə olunan lazer Pikosecond və Q-switch lazeridir. Bu lazerlərdə çox qısa müddətdə dəriyə yüksək enerjili işıq tətbiq olunur və yaranan yüksək istilik və şok dalğaları ilə piqment parçalanır. Picosecond və Q-switch lazeri ilə döymələr, günəş ləkələri, nevuslar (xallar), efelidlər (çillər), melazma, cafe-au-lait ləkələri və bütün arzuolunmaz ləkələrdən xilas olmaq mümkündür. Bundan əlavə, dəri gəncləşdirmə üçün istifadə etdiyimiz fraksional CO2 lazerlə bəzi ləkələr və xallar müalicə edilə bilər.

1- Dəri gəncləşdirmə

Lazerlə dəri gəncləşdirmə, dəridə məsamələrin daralması, ləkə terapiyaları və damar problemləri müalicə olunur. Lazer şüası dəriyə tətbiq olunduqda dərinin altında müəyyən istilik səviyyəsinə çatır və kollageni yeniləyir. Dərini gənc, parlaq və dartılmış göstərir. Lazer müalicələri sızanaq izlərinin aradan qaldırılmasında və doğuşdan sonrakı dəri çatlarının müalicəsində də istifadə olunur. Dərinin yenilənməsində istifadə etdiyimiz lazerlər fraksional CO2 lazer, Nd:YAG lazer, Er:YAG lazer və fraksional lazerdir.

2- Damar

Pulse Boya Lazer (Pulse Dye Laser) və Nd:YAG lazer damar lezionlarında təsirli olan aparıcı lazerlərdir. Bütün damar lezionları bu iki lazer sistemi ilə uğurla müalicə olunur. Tətbiq sahələri Port wine ləkəsi (şərab ləkəsi), hemangiomalar, akne rosacea, üz və ayaq telengiektaziyaları (kapilyar genişlənməsi), albalı angiomaları, hörümçək angiomaları, poikiloderma, sinə və boyun qızartılarıdır. Damar üçün spesifik lazerlər çapıqların, çatların, psoriaz (sədəf xəstəliyi) və inadkar ziyillərin müalicəsində də istifadə olunur.

3- Epilyasiya

Arzuolunmaz tüklərdən xilas olmaq üçün bu gün ən çox istifadə edilən üsul lazer epilyasiyasıdır. Klinikamızda epilyasiya üçün ən effektli lazer sistemlərinə üstünlük verilir.

Botoks 

Botoks üzdə mimikaların yaratdığı dinamik qırışların müalicəsində istifadə edilən bir üsuldur. Qırışlara səbəb olan əzələlərə tətbiq olunaraq mimikaların azalmasına və beləliklə də qırışların azalmasına səbəb olur. Botoks istənilən yaşda tətbiq oluna bilər. Gənc yaşlarda qırışların yaranmasının qarşısını alır, sonrakı yaşlarda isə mövcud qırışların yox olmasına səbəb olur.

Botoks prosedurları hansı sahələrdə icra edilir?

●    Göz ətrafı qırışlar
●    Alın və qaş arası mimik qırışlar
●    Dodaq ətrafı qırışlar
●    Boyun nahiyəsi qırışlar
●    Burundan ağıza doğru enən nazolabial xətt
●    Dodaq kənarından çənəyə doğru enen xətlər
●    Yanaq sallanmaları

Dolğu

Zamanla əlaqədar yaşlanma nəticəsində dəridə yaranan həcm itkisi ən çox göz və ağız ətrafında, çənə və yanaq xətlərində, yanaqlarda və dodaqların ətrafında baş verir. Dolğu prosedurları ilə yaş artdıqca meydana çıxan bu xətlər və qırışlar asanlıqla aradan qaldırılır. Dolğu tətbiqi prosedurundan sonra təsiri dərhal görünür.

Dolğu prosedurları hansı sahələrdə icra edilir?

●    Alın xətlərini azaltmaq
●    Qaş arasındakı xətləri azaltmaq
●    Ağız ətrafındakı qırışları düzəltmək
●    Nasolabial xətləri (Burun qanadlarından dodaq kənarlarına enən qırış) düzəltmək
●    Ağız kənarından çənəyə doğru uzanan qırışları azaltmaq
●    Qaşa forma vermək
●    Almacıq sümüklərini vurğulamaq
●    Dodaq formasının vurğulanması və həcminin artırılması, asimmetrik dodaqların düzəldilməsi
●    Üz konturunu düzəltmək və çənə sümüyünü vurğulamaq
●    Çənəni önə çıxarmaq və vurğulamaq
●    Üzdə yaşla əlaqədar həcm itkisi olan nahiyələri düzəltmək
●    Gözaltı çuxurları və qaraltıları aradan qaldırmaq

Buxaq estetikasında əməliyyatsız üsul: Lazer Lipoliz

Yığılmış və pəhrizlə heç cür əridilə bilməyən piylər lazer lipolizlə bədəndən çıxarılır. Bu üsul dərinin altında yığılan piyləri məhv etməklə yanaşı, dəridə kollagenin istehsalını da artıraraq dərini daha dartılmış və gənc göstərir. Regional yağlanmanın və dəridə boşluğun müalicəsində istifadə edilən bir müalicə olan lazer lipoliz; bədənə forma vermə prosedurlarında çox yenilikçi bir prosedurdur. Lazer Lipoliz ilə yağ hüceyrələri lazer enerjisi ilə fəaliyyət göstərə bilmir və parçalanaraq bədəndən xaric edilir. Lazer enerjisi eyni zamanda dərinin alt təbəqəsinə təsir edərək kollagen və elastik liflərini stimullaşdırır. Lazer lipoliz kanula adlanan kiçik bir tubikə yerləşdirilən xüsusi lazer lifi ilə müəyyən nahiyədə həddindən artıq toplanmış piylərin əridilməsi prosesidir. Bu prosedur adətən kiçik sahələr üçün tövsiyə edilsə də, ənənəvi liposaksiya ilə eyni üstünlükləri təqdim edir və qısa müddətdə sosial həyata qayıdışı təmin edir. Xüsusilə çənə altında buxaq adlandırılan nahiyənin düzəldilməsi və boyun xətlərinin yenidən formalaşdırılmasında ən məşhur üsuldur.

Lazer Lipolizle Buxaq Estetikası

Qadınlarda yaş problemləri, kişilərdə isə çəki problemi buxaq sallanmasına səbəb olur. Çənəyə paralel olan və qarşıdan baxdıqda düz və aydın çənə xətti olmalı olan buxaq nahiyəsindəki sallanma bütün üz qavrayışını mənfi istiqamətdə dəyişir və yaşlı bir görünüşə səbəb olur. Buxaq estetikası proseduru; Xəstəni qorxudacaq və ya narahat edəcək bir prosedur deyil, lokal anesteziya tətbiq edilir. Buxaq nahiyəsində 1 və ya 2, 1-2 mm-lik dəliklərdən daxil olaraq kanula içərisinə yerləşdirilən lazerlə tək seansda piylər tamamilə əridilir və dəri dartılır. Həmin gün evə buraxılır.
 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə