HOLEP Əməliyyatı Nədir?

Prostat Böyüməsində Yeni Müalicə Üsulu - HOLEP

HOLEP Əməliyyatı nədir?

Xoşxassəsli prostat böyüməsi olan və cərrahi müdaxiləyə ehtiyacı olan xəstələrə lazerlə icra olunan müalicə üsuludur. Nəticədə, qanama riski azalaraq xəstəxanada yatış müddəti azalır və sağalma prosesi sürətlənir. Prostatın ən çox rast gəlinən xəstəliyi prostatın normal böyüməsidir. Xüsusilə, 50 yaşdan sonra kişilərin yarısında prostat böyüməsi ilə bağlı əlamətlər görülür, 60 yaşdan sonra isə bu nisbət artır.



Əgər prostatın daxili hissəsindəki toxuma hormonların təsiri ilə yaşla böyüməyə davam edərsə, prostat vəzi xəstəliyinə səbəb olur və sidik ifrazı ilə bağlı şikayətlər başlayır. Liv Bona Dea Hospitalda xoşxassəli prostat böyüməsində istifadə edilən Holmium Lazer prostat əməliyyatı minimal qanaxma riski və sürətli sağalma təmin edir.

HOLEP müalicəsi nədir?

Genişlənmiş prostat bəzi kişilərdə ciddi tibbi problemlərə səbəb ola bilər. Xəstəliklə bağlı dərman müalicəsi ya prostatı kiçildir, ya da prostatdakı hamar əzələlərə təsir edərək xəstələrin rahat sidiyə getməsinə şərait yaradır. Əgər dərmanlar kifayət etməməyə başlayırsa, o zaman prostatda əməliyyat aparılması zərurəti yaranır. HOLEP, cərrahi müdaxilə tələb edən xoşxassəli prostat böyüməsi olan xəstələr üçün lazerlə müalicə üsuludur.

HOLEP əməliyyatından sonra nə baş verir?

Qanaxma riskini azaldır
Hospitalda qalma müddəti azalır
Sürətli sağalmanı təmin edir

HOLEP əməliyyatı necə aparılır?

Ümumi anesteziya və ya epidural anesteziya altında aparılır. Prostatın sidik kanalına daxil olaraq endoskopik üsulla edilir.
Sidik yollarını bağlayan hissənin çıxarılması məqsədi daşıyır. Böyümüş prostat toxuması (adenoma) lazer vasitəsi ilə kapsulundan ayrılaraq tamamilə çıxarılır.
Xüsusi endoskopik aparatla sidik kanalından daxil edilir, prostatın böyümüş hissələri prostat kapsulundan ayrılaraq lazer enerjisi ilə sidik kisəsinə itələnir.
Başqa bir endoskopik alətlə sidik kisəsindəki bu toxumalar kiçik hissəciklər şəklində sorulur və heç bir kəsmə prosesi olmadan sidik kanalından çıxarılır.

HOLEP Cihazı kimlər üçün uyğundur?

Xüsusilə iri prostatlar üçün uyğun olan HOLEP metodu prostat böyüməsi diaqnozu qoyulan hər kəsə endoskopik (qapalı) şəkildə tətbiq oluna bilər.

HOLEP əməliyyatı neçə saat çəkir?

Əməliyyatın müddəti prostatın ölçüsündən asılı olaraq 1-3 saat arasında dəyişir.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə