PROSTAT XƏRÇƏNGİ

PROSTAT XƏRÇƏNGİ
Prostat xərçəngi kişilərdə ən çox rast gəlinən xərçəng növüdür. Kişilərdə ağciyər xərçəngindən sonra ikinci ölüm səbəbidir.

ERKƏN DİAQNOZ HƏYATLARI XİLAS EDİR!
Prostat vəzi xərçəngi erkən mərhələdə diaqnoz qoyularsa, düzgün və uyğun müalicə ilə sağalma şansı yüksək olan xəstəlikdir. Xərçəngin müalicəsi kapsuldan kənara hələ yayılmadıqda mümkündür.
Bu səbəbdən yaşı 45-dən yuxarı olan hər bir kişinin şikayəti olub-olmamasından asılı olmayaraq ildə bir dəfə həkimə müayinədən keçməsi (prostat vəzinin müayinəsi və qanda PSA testi üçün) tövsiyə olunur. Çünki bir çox xəstələrdə gec mərhələlərə qədər xəstəlik heç bir əlamət göstərməyə və heç bir şikayətə səbəb olmaya bilər. Simptomlar arasında tez-tez sidiyə getmə (xüsusilə gecə), sidiyə çıxmaqda çətinlik, nazik və aralıq sidiyə getmə, sidiyə gedərkən narahatlıq və ya ağrı, sidikdə qan görmə, kürək, qalça və bel ağrısı, sidikdə qan və ya iltihab, spermada qan və ağrı kimi simptomlar nəzərə alına bilər.

PROSTAT XƏRÇƏNGİNİ NECƏ TƏYİN ETMƏK OLAR?
Diaqnoz prostat vəzinin barmaqla müayinəsi, qanda PSA adlı maddənin ölçülməsi və bunların qiymətləndirilməsi və lazım gələrsə prostat biopsiyası aparıldıqdan sonra qoyulur.
PSA maddəsi prostat vəzilərindən ifraz olunur və qanda müəyyən səviyyədə olur. Aşağı PSA səviyyəsi mütləq bir insanın prostat xərçəngi olmadığını göstərmir və yüksək PSA səviyyəsi mütləq xərçəngin varlığını göstərmir. Ancaq PSA dəyəri barmaqla prostat müayinəsi ilə xəstənin qiymətləndirilməsindən sonra bizə prostat xərçəngi ehtimalını göstərmək baxımından əhəmiyyətlidir.
Barmaqla müayinə zamanı prostat vəzi düz bağırsaqdan (rektum) asanlıqla hiss oluna bilər və bu şəkildə səthində kiçik pozuntular belə müşahidə edilə bilər. Xüsusilə sərt yerləri barmaqlarla hiss etmək xərçəng şübhəsini göstərir.
Bu testlərdən hər hansı birində problem varsa, iynə ilə prostatın bir parçasını götürməyi məsləhət görürük. Hal-hazırda biz bu proseduru MR görüntülərinin rəhbərliyi altında transrektal (anus) və ya transperineal (ayaqlar arası) nahiyədən ultrasəs müayinəsi ilə həyata keçiririk və düzgün diaqnoz imkanını maksimum dərəcədə artırırıq.
 
PROSTAT XƏRÇƏNGİNİN MÜALİCƏ VASİTƏLƏRİ:


Prostat vəzi xərçəngi diaqnozu qoyulduqdan sonra ilk olaraq mərhələnin müəyyən edilməsi prosesi aparılır. Mərhələnin müəyyən edilməsində məqsəd xərçəngin prostatın ətraf toxumalarına və ya bədənin başqa bir hissəsinə yayıldığını müəyyən etməkdir. Müalicə xəstənin ümumi vəziyyəti, yüksək PSA səviyyəsi, biopsiyada şiş hüceyrələrinin xüsusiyyətləri (Qleason qiymətləndirilməsi) və xərçəngin mərhələsi kimi bütün faktorlar nəzərə alınaraq təyin edilir. Bu müalicə planlamasında uroloq, tibbi onkoloq və radiasiya onkoloqu xəstəyə komanda yanaşması ilə yanaşmalı və bir çox amilləri nəzərə alaraq müalicə planını təyin etməlidir.
Ancaq ümumiləşdirmə olaraq xərçəng yalnız prostatda yerləşirsə, yəni bədənin heç bir hissəsinə yayılmayıbsa, xəstəyə radikal prostatektomiya və ya radioterapiya adlı cərrahi müalicə üsulunu tövsiyə edirik. Bu gün prostat xərçəngi cərrahiyyəsində ən çox üstünlük verilən üsullar robot üsulu ilə və ya qapalı prostat əməliyyatları olaraq da tanınan laparoskopik əməliyyatlardır və bu müalicə üsullarını xəstələrimizə tövsiyə edirik.

 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə