Xocalı soyqrımına həsr olunan “Mərdliyin zərif adı-Qadın” adlı anım tədbiri

24.02.2024
Liv Bona Dea Hospitalda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Mərdliyin zərif adı-Qadın” adlı anım tədbiri keçirilib. Hospital rəhbərliyi, Türkiyədən və Azərbaycandan dəvət edilən ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.



Tədbirdə qeyd edilib ki, xocalı soyqırımı insanlıq tarixinin qara ləkəsidir və hər zaman bu həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Daha sonra şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım və şəhid polkovnik İlqar Mirzəyevin anası Gülnarə Mirzəyeva Azərbaycanın hərb meydanındakı qələbəsindən və vətənpərvər oğullarımıızn şücaətindən danışıblar. Sonda Liv Bona Dea Hospital tərəfindən tədbir iştirakçılarına, şəhid ailələri və qazilərə ödənişsiz tibbi xidmətin göstəriləcəyi barədə məlumat verilib.